10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Rusiyadan açıqlama…

Rusiya Federal Təhlükəsizlik Xidməti beynəlxalq terror qrupları rəhbərlərinin Şimali Qafqazla bağlı planları barədə məlumatlar əldə edib. Bu sözləri Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov Sankt – Peterburqda keçirilən təhlükəsizlik orqanlarının 15-ci iclasında çıxışı zamanı bildirib. “FTX-nın əldə etdiyi məlumatlarda deyilir ki, Yaxın Şərqdə olan bu terror qrupları Qafqazdakı gizli quldur dəstələrinə yeni impils vermək cəhdi göstərirlər”. Bortnikov deyib ki, Rusiya və digər dövlətlər üçün Yaxın Şərqdən vətənlərinə qayıdan terrorçular təhlükə yaradırlar:“Biz bu dəstələrin fəallığının qarşısını ala bilirik. Onların böyük hissəsi neytrallaşdırlıb”.xeber100.com  

İyul 27, 2016 2:49

Mərkəzi Seçki Komissiyası referendum keçirməkdən imtina edib

Gürcüstan Mərkəzi Seçki Komissiyası NATO-ya giriş üzrə referendum keçirməkdən imtina edib. Rusiya mətbuatının məlumatına görə, bu barədə “Kartuli Dasi” partiyasının lideri Condi Baqaturiya jurnalistlərə bildirib.Partiya referendumun 8 oktyabrda keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi.“Təəssüf ki, Mərkəzi Seçki Komissiyası aktual bir məsələ üzrə referendumun keçirilməsi haqqında bizim təşəbbüsümüzü rədd etdi. Son illərdə Gürcüstan əhalisinin NATO-ya münasibəti əhəmiyyətli dərəcədə dəyişdi. Bu gün həmvətənlərimizin çoxu arzu edirlər ki, Gürcüstan hərbi bloklara daxil olmasın və neytral ölkə olsun”, – partiya sədri qeyd edib.O, bildirib ki, partiyası Mərkəzi Seçki Komissiyasının qərarından məhkəməyə şikayət etmək niyyətindədir.Parlamentinin sabiq spikeri Nino Burcanadzenin lideri olduğu “Demokratik Gürcüstan” Partiyası da hərbi bloklara qoşulmamaq kursunu dəstəkləyir.xeber100.com

İyul 27, 2016 1:53

Avropa İttifaqı prinsipial seçim qarşısında…

Estoniyanın Avropa İttifaqı (Aİ) Şurasında sədrliyi nəzərdə tutulan vaxtdan yarım il əvvələ, yəni 2018-ci ilin birinci yarısından 2017-ci ilin ikinci yarısına keçirilir. Estoniyanın Baş naziri Taavi Rıyvas bu barədə deyib: “Avropa İttifaqı gələn il ümumi maraqları və üzv dövlətlərin məqsədlərini üzə çıxarmaq və bir çox mürəkkəb məsələlərdə razılıq əldə etmək istəyən və bunu bacara bilən dövlətin sədrliyinə ehtiyac duyur. Avropa İttifaqı öz gələcəyinin prinsipial seçimi qarşısında dayandığı bir vaxtda Estoniya üzərinə sədr-dövlət məsuliyyətini götürür. Biz Aİ Şurasında altı ay əvvəl sədr dövlət kimi öz vəzifələrimizin öhdəsindən yaxşı gələcəyik və işimizin keyfiyyətini aşağı salmayacağıq".xeber100.com

İyul 27, 2016 1:17

Anadolu agentliyinin məlumatına görə…

ABŞ-ın Demokratlar Partiyası sabiq dövlət katibi Hillari Klintonu cari ilin noyabr ayında keçiriləcək seçkilərdə ölkə prezidentliyinə namizəd kimi təsdiq edib. Anadolu agentliyinin məlumatına görə, bu barədə qərar partiyanın Filadelfiyadakı qurultayında keçirilən səsvermə nəticəsində qəbul olunub. Bununla da, Birləşmiş Ştatların 240 illik tarixi ərzində ilk dəfə sistem formalaşdıran iki siyasi partiyadan biri tərəfindən ali dövlət postuna qadın namizəd irəli sürülüb. Klinton seçkilərdə demokratları təmsil etmək barədə rəsmi razılığını cümə axşamı Filadelfiyada keçiriləcək partiya qurultayında elan edəcək.xeber100.com

İyul 27, 2016 12:51

Donald Trampa qarşı kampaniya…

ABŞ-da yüzdən çox tanınmış şəxs Respublikaçılar partiyasından prezidentliyə namizəd, ölkədə gərginliyi artıran bəyanatlar səsləndirən Donald Trampa qarşı kampaniya başladıblar. Həmin şəxslər ABŞ prezidenti vəzifəsinə can atan “milyarderin namizədliyinin real və həqiqi təhlükəsinə” diqqət çəkməyin vacib olduğunu hesab edirlər. “Policy.mic” portalının verdiyi xəbərə görə, “Nifrətə qarşı birlik” (United Against Hate) adlandırılan kampaniya “MoveOn.org” təşkilatı tərəfindən həyata keçirilir. Kampaniyada aktyorlar Vudi Harrelson, Mark Ruffalo, Culian Mur, Oliviya Uayld, Meq Rayan, Brayan Krenston, Nil Patrik Harris, Sintiya Nikson, rejissor Maykl Man, musiqiçilər Mobi, Talib Kveli və bir başqaları iştirak edirlər. Onlar sayta ünvanladıqları məktubda “öz imkanlarından və nüfuzlarından istifadə edərək Donald Trampa və onun təmsil etdiyi nifrət ideologiyasına zərbə vurmaq” üçün çalışacaqlarını bildiriblər.xeber100.com

İyul 27, 2016 12:42

Hökumətin istefası müzakirə ediləcək

“Noi.md” saytının məlumatına görə,  Moldova parlamentinin bugünkü iclasında Pavel Filip hökumətinin fəaliyyətinə münasibətdə etimadsızlıq rəyi müzakirə ediləcək. Deputatlar Baş naziri dinləyəndən sonra bir qrup sosialistin, kommunistin və liberal-demokratın (cəmi 34 deputat) irəli sürdüyü etimadsızlıq rəyini dəstəkləyib-dəstəkləməmək barədə qərar qəbul edəcəklər. Təşəbbüs qrupunun fikrincə, indiki hökumət səriştəsizdir, xalq tərəfindən dəstəklənmir, Moldovanın isə ölkə vətəndaşlarının tələbatını təmin edəcək yeni hökumət proqramına ehtiyacı var. Pavel Filip bütün bu ittihamları rədd edərək vurğulayıb ki, müxalifət partiyaları nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək istəyirlər, bunun üçün yeganə əlçatan vasitə siyasi sabitliyi pozmaqdır. Qeyd edək ki, hökumətə etimadsızlıq rəyi seçilmiş deputatların dörddəbir hissəsinin təşəbbüsü ola bilər. Etimadsızlıq rəyini təsdiq etmək üçün isə azı 51 səs lazımdır.xeber100.com

İyul 27, 2016 12:34

Nyu-Yorkun hava limanlarında uçuşlar ləğv edilib

Hava şəraiti ilə əlaqədar Nyu-Yorkun hava limanlarında uçuşlar ləğv olunub. “airport-jfk.com” saytının verdiyi xəbərə görə, iyulun 26-da Nyu-York hava limanlarında əlverişsiz hava şəraiti ilə əlaqədar 154 aviareys ləğv olunub, 208-i təxirə salınıb. Güclü külək və şimşəklə müşayiət olunan şiddətli yağışla əlaqədar Con Kennedi adına Beynəlxalq Hava Limanında 57 aviareys ləğv edilib, 95-i təxirə salınıb. La-Quardia aeroportunda isə 97 uçuş ləğv olunub, 113-ü təxirə salınıb.xeber100.com

İyul 26, 2016 11:09

Anadolu Agentliyinin məlumatı…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin avqustun 9-da Sankt-Peterburqda görüşəcəklər. Anadolu Agentliyinin məlumatına əsasən, bu barədə Türkiyə Baş nazirinin müavini Mehmet Şimşək məlumat verib. Görüş Türkiyə Prezidentinin Rusiyaya səfəri çərçivəsində baş tutacaq.xeber100.com

İyul 26, 2016 10:32

RİA Novosti agentliyinin məlumatına əsasən…

Rusiyanın Saxalin vilayətinin Kuril adaları yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib. RİA Novosti agentliyinin verdiyi xəbərə görə, yeraltı təkanlar  yerli vaxtla 06:03-də Sakit okeanda, 120 km dərinlikdə  qeydə alınıb. Yerli vaxtla saat 06:24-də eyni ərazidə 3,6 bal gücündə təkrar zəlzələ baş verib.Yerli FHN mərkəzinin məlumatına əsasən, regionun yaşayış məntəqələrində yeraltı təkanlar hiss olunmayıb. Zəlzələ ilə əlaqədar sunami xəbərdarlığı elan edilməyib.xeber100.com

İyul 25, 2016 11:57

“Reuters”in verdiyi xəbərə görə…

“Türkiyə mövcud halı ilə yaxın bir zamanda Avropa İttifaqına üzv olacaq vəziyyətdə deyil. Hətta uzun müddət üçün bu, belə olacaq”. "Reuters"in verdiyi xəbərə görə, bu sözləri Avropa Komissiyasının prezidenti Jan Klod Yunker “France 2” televiziyasına müsahibəsində deyib. O bildirib ki, ölüm cəzasının bərpa ediləcəyi təqdirdə, Türkiyənin quruma üzvlük prosesi dərhal dayandırılacaq. Qeyd edək ki, daha əvvəl Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini də ölüm hökmü bərpa edilən ölkənin Avropa İttifaqına üzv ola bilməcəyi ilə bağlı açıqlama vermişdi.xeber100.com

İyul 25, 2016 11:50
    Page 257 of 301« First«...102030...255256257258259...270280290...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az