23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Çexiya hökuməti yeni məhdudiyyətlər dalğası çərçivəsində

Çexiya hökuməti yeni məhdudiyyətlər dalğası çərçivəsində virusəleyhinə qaydaları sərtləşdirmək niyyətindədir.Azərtac xəbər verir ki, bundan sonra müəssisələrin və ticarət obyektlərinin əksəriyyətinə giriş yalnız maska və vaksinlənmə sertifikatı vasitəsilə olacaq. Əvvəllər ölkədə bu qayda fəaliyyət göstərməyib, yəni vətəndaşlar maskanı məcburi deyil, könüllü şəkildə taxa bilərdi. İndi isə cansıxıcı statistika hökuməti daha sərt tədbirlərə əl atmağa məcbur edib.Yeni qaydalara görə, çexlərin əksəriyyəti həftədə dörd gün evdən işləyəcək və hələlik belə hal dekabrın ortalarınadək davam edəcək.Qeyd edək ki, bir müddət əvvəl ölkə hökuməti bütün tibb işçilərinin peyvəndlənməsini bir vəzifə kimi irəli sürüb.xeber100.com

Noyabr 22, 2021 3:23

COVID-19-un qurbanlarının sayı 67 nəfər artaraq 132 min 618-ə yüksəlib

İtaliyada ötən 24 saatda COVID-19-un qurbanlarının sayı 67 nəfər artaraq 132 min 618-ə yüksəlib.Ölkədə koronavirusa yoluxanların sayı isə 8569 nəfər artaraq ümumilikdə 4 milyon 835 min 435-ə çatıb.Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində ölkədə 595 min 812 test icra olunub. Ölkədə aktiv COVID-19 xəstələrinin sayı 106 min 920 nəfərdir. Virusdan sağalanların sayı isə 4569 nəfər artaraq 4 milyon 595 min 897 olub.Keçən il dekabrın 27-dən indiyədək İtaliyada COVID-19-a qarşı aparılan vaksinasiya prosesi çərçivəsində 91 milyon 468 min 931 nəfər peyvənd olunub. Hər iki doza peyvənd qəbul edənlərin sayı isə 45 milyon 274 min 174 nəfərdir.xeber100.com

Noyabr 12, 2021 2:31

Fransa Birinci Dünya müharibəsinin başa çatmasının 103-cü ildönümünü qeyd edib

Fransa Birinci Dünya müharibəsinin başa çatmasının - Barışıq Gününün 103-cü ildönümünü qeyd edib.Azərtac xəbər verir ki, “Naməlum əsgərin” qəbri önündə keçirilən rəsmi tədbirdən sonra Fransa Prezidentinin iştirakı ilə cari il oktyabrın 12-də vəfat etmiş qurtuluşun sonuncu üzvü Über Jermənin xatirəsi anılıb. Xatırladaq ki, “Barışıq” müqaviləsi 1918-ci il noyabrın 11-də səhər saat 5:20-də Uazda “Compiegne” meşəsində imzalanmış və həmin gün saat 11-dən qüvvəyə minmişdir. “Barışıq“ müqaviləsi Böyük Britaniyanın təmsilçisi Admiral Vemis, Almaniyanın təmsilçisi Matiyas Erzbergerlə müzakirələrdən sonra Müttəfiqlərin Ali Baş Komandanı kimi marşal Ferdinand Foş tərəfindən imzalanmışdır. Müvəqqəti xarakter daşıyan bu sənəd 33 günlük atəşkəsi nəzərdə tuturdu. Birinci Dünya müharibəsi rəsmən 1919-cu il iyunun 28-də imzalanıb.xeber100.com

Noyabr 12, 2021 2:27

Noyabrın 12-də 5 bal gücündə zəlzələ baş verib

Noyabrın 12-də Yaponiyanın cənub sahillərində 5 bal gücündə zəlzələ baş verib.Azərtac xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.Yeraltı təkanların Miyako adasındakı Hirara şəhərindən 198 kilometr cənub-şərqdə, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.xeber100.com

Noyabr 12, 2021 2:21

Çexiyanın Baş nazirinin rəhbərlik etdiyi hökumət istefa verib

Çexiyanın Baş naziri Andrey Babişin rəhbərlik etdiyi hökumət istefa verib.Çexiya KİV-ri xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin rəhbəri jurnalistlər üçün təşkil olunan mətbuat konfransında məlumat verib.“Bununla əlaqədar respublika Prezidenti Miloş Zemana kabinetimizin istefası barədə yazılı müraciət göndərdim. Onun yeni kabinet formalaşana qədər bizə tapşırıq verəcəyini gözləyirəm”, - deyə hökumət başçısı bildirib.Bir müddət öncə Çexiyanın yeni parlamentinin deputatları iclas keçirərək rəhbər orqanların nümayəndələrini seçiblər.Andrey Babiş oktyabrda parlamentin aşağı palatasına keçirilən seçkilərdə məğlubiyyətə uğrayan “Narazı vətəndaşların aksiyası” siyasi hərəkatını təmsil edir. Yeni kabineti isə liberal Demokratik Vətəndaş Partiyasının sədri, “Birlikdə” koalisiyasının lideri Petr Fiala formalaşdıracaq.Qeyd edək ki, Çexiya Prezidenti Miloş Zeman hazırda Mərkəzi Hərbi Hospitalda müalicə olunur. O, bir müddət öncə reanimasiyadan palataya köçürülüb. Lakin həkimlər hələlik dövlət başçısının vəziyyətini vəzifələrini yerinə yetirmək qabiliyyəti kontekstində dəqiq qiymətləndirə bilməyib. Buna baxmayaraq, Miloş Zeman həm Andrey Babiş, həm də Petr Fiala ilə telefonla danışıb.xeber100.com  

Noyabr 11, 2021 11:30

Noyabrın 4-də İndoneziyanın şimalında 5,7 bal gücündə zəlzələ olub

Noyabrın 4-də İndoneziyanın şimalında 5,7 bal gücündə zəlzələ olub.Azərtac xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.Yeraltı təkanların episentrinin Amahay yaşayış məntəqəsindən 65 kilometr cənub-qərbdə, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb.xeber100.com

Noyabr 4, 2021 12:05

Özbəkistanda keçirilən Prezident seçkilərinin yekun nəticələri

Oktyabrın 24-də Özbəkistanda keçirilən Prezident seçkilərinin yekun nəticələri elan olunub.Özbəkistan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, hazırkı dövlət başçısı Şavkat Mirziyoyev seçicilərin 80,12 faizinin səsini qazanıb.Seçkilərdə səs hüququ olan 19,86 milyon seçicinin 16,212 milyon nəfəri iştirak edib ki, bu da seçici fəallığının 80,4 faiz olduğu deməkdir.Prezident postu uğrunda mübarizə aparan Xalq-Demokratik Partiyasından Maqsuda Varisova səslərin 6,63 faizini toplayaraq ikinci, “Milli Dirçəliş” Demokratik Partiyasından Əlişir Kadırov 5,48 səslə üçüncü yerlərdə qərarlaşıblar. Ekologiya Partiyasından Narzulla Oblomuradov 4,14 faiz, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov isə 3,4 faiz səs toplayıb.Azərbaycan Milli Məclisi sədrinin müavini Fəzail İbrahimlinin başçılığı ilə parlament nümayəndə heyəti seçkilərdə müşahidəçi kimi iştirak edib. Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Cavanşir Paşazadə və Aydın Mirzəzadə MDB PA-nın, deputat Ağalar Vəliyev isə TÜRKPA-nın xətti ilə seçkilərin gedişini izləyiblər.xeber100.com

Oktyabr 29, 2021 3:20

Yeni Zelandiyanın iki böyük adasında 5,9 bal gücündə zəlzələ qeydə alınıb

Oktyabrın 22-də Yeni Zelandiyanın iki böyük adasında 5,9 bal gücündə zəlzələ qeydə alınıb.Bu barədə “Radio New Zealand” radiosu öz saytında məlumat verib.İlkin olaraq yeraltı təkanların maqnitudasının 5,4 bal gücündə olduğu bildirilsə də, sonradan onun gücü qaldırılıb. Zəlzələnin episentrinin Şimal adasının mərkəzində, ocağının 207 kilometr dərinlikdə yerləşdiyi bildirilir.Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.Yeraltı təkanların Yeni Zelandiyanın Baş naziri Casinda Ardernin Vellinqtonda keçirilən mətbuat brifinqində fasiləyə səbəb olduğu da bildirilir. Koronavirus pandemiyasına həsr edilən brifinq müəyyən fasilədən sonra davam etdirilib.xeber100.com

Oktyabr 22, 2021 7:20

Cari ildə İtaliya iqtisadiyyatının 6 faiz artacağı proqnozlaşdırılır

Cari ildə İtaliya iqtisadiyyatının 6 faiz artacağı proqnozlaşdırılır.Bu barədə İtaliya Mərkəzi Bankı məlumat yayıb. Bildirilir ki, ilin üçüncü rübündə ölkə iqtisadiyyatı 2 faizdən çox artıb. Cari il üzrə iqtisadi artımın isə 6 faiz olacağı nəzərdə tutulur.Qeyd edək ki, bank əvvəlki hesabatında 2021-ci il üzrə iqtisadi artım tempini 5,1 faiz proqnozlaşdırmışdı.xeber100.com

Oktyabr 22, 2021 7:18

Avropa İttifaqına üzv ölkələrdə yeni avtomobillərin satışı azalıb

Sentyabrda Avropa İttifaqına (Aİ) üzv ölkələrdə yeni avtomobillərin satışı ötən ilin eyni ayına nisbətən 23,1 faiz azalıb. Ay ərzində qitə ölkələrində avtomobil satışlarının ən çox azaldığı ölkə isə İtaliya olub. Azərtac xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) məlumatına görə, keçən ay Aİ-də yeni avtomobillərin satışı əvvəlki ilin sentyabr ayına nisbətən 23,1 faiz azalaraq 718 min 598 ədəd təşkil edib. Belə ki, 2020-ci ilin sentyabrında 934 min 39 ədəd yeni avtomobil satılmışdı.Aİ ölkələrindən İtaliyada avtomobil satışları 32,7 faiz, Almaniyada 25,7 faiz, Fransada 20,5 faiz və İspaniyada 15,7 faiz azalıb. İttifaqa üzv 27 ölkə arasında sentyabr ayında ən çox yeni avtomobil isə Almaniyada satılıb. Belə ki, ötən ay Almaniyada 196 min 972, Fransada 133 min 830, İtaliyada 105 min 175 və İspaniyada 59 min 641 yeni avtomobil qeydiyyata alınıb“Volkswagen Group” sentyabrda 156 min 228 ədəd olmaqla Aİ-də ən çox yeni avtomobil satan konsern olub. Sonrakı yerlərdə “Peugeot”, “Fiat”, “Citroen” və “Opel” kimi markaların daxil olduğu “Stellantis Group” (148 min 283 avtomobil) və “Renault Group” (86 min 159 avtomobil) qərarlaşıb.xeber100.com

Oktyabr 18, 2021 12:41
    Page 26 of 299« First«...1020...2425262728...405060...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az