03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Ermənistana qaz nəqli dayandırıldı

İyulun 10-dan avqustun 10-dək Rusiya Ermənistana qaz nəqlini dayandırır. Faktinfo.az bununla bağlı Gürcüstanın qazpaylayıcı şirkəti “Qazprom Ermənistan”a rəsmi bildiriş göndərib.Nəqlin dayandırılmasına səbəb magistral kəmərdə təmir işlərinin aparılmasıdır.Ermənistan əhalisinin təbii qazla təchizatı yeraltı anbarlardakı ehtiyyat qaz hesabına həyata keçiriləcək.Qeyd edək ki, Ermənistanı qazla Rusiyanın “Qazprom” şirkəti Gürcüstan üzərindən təchiz edir.xeber100.com

İyul 11, 2016 2:25

“Washington Post” qəzeti yazır…

ABŞ prezidenti Barak Obama administrasiyası Rusiyaya strateji hücum silahlarının ixtisarına dair (CNV-3) müqavilənin müddətini daha 5 il uzatmağı təklif etmək imkanına baxır. Bu barədə “Washington Post” qəzeti bildirib. “Washington Post” nəşrinə informasiyanı şərh edən Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Ozerovun sözlərinə görə, Moskva çətin ki, SNV-3 müqaviləsinin müddətinin uzatmağa razılaşacaq. O, qeyd edib ki, təklifin qəbul edilməsi üçün sənədin mətnində Amerikanın Avropada qurduğu raketdən müdafiə sistemi ilə bağlı Rusiyasının narahatlığı nəzərə alınmalıdır.Qeyd edək ki, Rusiya və ABŞ arasında müqavilə 2010-cu ilin aprelində Praqada imzalanıb. Bu, 1991-ci il SNV-1 razılaşması və 2002-ci il strateji hücum potensialının ixtisarı (DSNP) haqqında müqaviləni əvəz edib.5 fevral 2011-ci ildə qüvvəyə minən SNV-3 strateji hücum silahlarının ixtisarı və sayının məhdudlaşdırılmasını nəzərdə tutur. Moskvada razılaşmaya ciddi şəkildə riayət etdiyini iddia edir. Son zamanlar Rusiya hakimiyyəti Amerikanın Avropada qurduğu raketdən müdafiə sistemi ilə əlaqədar müqavilədən çıxmasını istisna etmir.xeber100.com

İyul 11, 2016 2:21

Belçikada yeni vergi sistemi tətbiq olunub

Belçikanın 3,5 milyon sakini olan Valloniya şəhərinin merliyi qlobal istiləşməyə qarşı mübarizə aparmaq məqsədilə bir neçə ildir ki, manqalda hazırlanan yeməklər üçün vergi tətbiq edir. Azərtac “vergiler.az” saytına istinadla xəbər verir ki, şəhər merliyinin qənaətinə görə, manqalda yemək hazırlanarkən atmosferə 50-100 qram istixana qazı atılır. Ona görə də Belçikanın bu regionunun hər bir sakini öz həyətində manqal qalamazdan əvvəl 20 avro ödəniş etməlidir. Valloniya merliyi tərəfindən bu qanuna riayət olunması üçün ciddi yoxlamalar aparılır. Yoxlamalar zamanı hətta xüsusi kameralarla təchiz edilmiş vertolyotlardan da istifadə olunur.xeber100.com

İyul 11, 2016 11:52

Avstraliyada parlament seçkilərində mühafizəkarlar qalib gəlib

Avstraliyanın hazırkı Baş naziri Malkolm Ternbull parlament seçkilərindən 8 gün sonra mühafizəkarların qalib gəldiyini bəyan edib.Azərtac “lemonde.fr” saytına istinadla xəbər verir ki, Baş nazir bu bəyanatı müxalifətin məğlubiyyəti qəbul etməsindən sonra verib. “Leyborist müxalifətin lideri Bil Şorten zəng vuraraq məni yenidən Baş nazir seçilməyim münasibətilə təbrik etdi”, - deyə M.Ternbul bildirib. Hazırda nə mühafizəkar koalisiya, nə də leyborist müxalifət hökuməti formalaşdırmaq üçün nümayəndələr palatasında lazım olan 76 yerin mütləq əksəriyyətini əldə etməyib. Seçki bülletenlərinin sayılması hələ də davam edir.xeber100.com

İyul 11, 2016 11:22

Aralıq dənizi qazına 265 milyon dollarlıq sərmayə sərf olunacaq

ABŞ və İsrail şirkətlərdən ibarət konsorsium Aralıq dənizindəki “Tamar” təbii qaz yatağının genişləndirilməsinə 265 milyon dollar investisiya yatıracaqlarını açıqlayıblar.Azərtac “bloomberght.com”a istinadla xəbər verir ki, konsorsium tərəfindən təsdiqlənən yeni investisiya “Tamar-8” təbii qaz yatağında qazma işləri üçün istifadə ediləcək. Konsorsium İsrailin “Delek Drilling” və “Avner Oil Exploration” şikətləri ilə ABŞ-ın “Noble Energy” şirkətindən ibarətdir. “Tamar-8” təbii qaz yatağı Aralıq dənizinin İsrail sahillərinə 10 kilometr uzaqlıqda, yerin 3,5 kilometr dərinlikdə yerləşir və mövcud layihənin 8-ci quyusudur. Bu ilin sonuncu rübündə icra edilməsi planlaşdırılan layihənin 4 ay davam edəcəyi bildirilir. Qeyd edək ki, “Tamar” təbii qaz yatağı İsrailin Hayfa limanından 130 kilometr uzaqlıqda yerləşir. 2009-cu ildə kəşf edilmiş və 2013-cü ildən istifadəyə verilən yatağın 238 milyard kubmetr təbii qaz ehtiyatına malik olduğu təxmin edilir.xeber100.com

İyul 11, 2016 10:34

Braziliya Senatının qərarı…

Braziliya prezidenti Dilma Rusef könüllü istefaya getməyəcəyini açıqlayıb. “RİA Novosti”  xəbər verir ki, o, San-Pauluda feminist hərəkatının nümayəndələri ilə görüşdə deyib: “Mən təslim olmayacağam, mənim şərəf və ləyaqətim var”. Xatırladaq ki, D.Rusef may ayında Braziliya Senatının qərarı ilə 180 gün müddətinə vəzifəsindən kənarlaşdırılıb və onun vəzifəsini müvəqqəti olaraq vitse-prezident Mişel Temer icra edərək yeni kabinet formalaşdırıb. Avqust ayında Senatda Braziliya prezidentinin yekun impiçmenti ilə əlaqədar məsələyə baxılması nəzərdə tutulur.xeber100.com

İyul 10, 2016 1:51

Gürcüstanın Hərbi Dəniz Qüvvələri yaratmaq üçün maliyyə imkanları yoxdur

"Bizim Hərbi Dəniz Qüvvələrimiz yoxdur. Bu cür qüvvələrin yaradılması üçün təkcə bacarıqlı hərbçi kadrların olması azdır. Bunun üçün maliyyə imkanları olmalıdır. Gürcüstanın Hərbi Dəniz Qüvvələrini yaratmaq üçün maliyyə imkanları yoxdur". Bu sözləri Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli deyib. Nazir bildirib ki, Qara dənizdə təhlükəsizlik məsələlərini NATO həyata keçirir və Gürcüstan bu prosesdə iştirak edir. “Bizim NATO-ya üzvlüyümüzdən asılı olmayaraq Varşava Sammitində qəbul olunacaq istənilən konsepsiya Gürcüstanın iştirakı ilə qəbul ediləcək. NATO-nun Qara dənizdə keçirəcəyi istənilən bütün təlimlərdə Gürcüstan fəal iştirak edəcək”, - deyə o bildirib. Bəzi siyasətçilər T.Xidaşelinin bəyanatını Gürcüstan-NATO əlaqələrinin inkişafının göstəricisi kimi qiymətləndiriblər. Nazirin bu bəyanatını Gürcüstanın NATO və digər beynəlxalq təşkilatlardan, eləcə də hegemon dövlətlərdən asılılığına işarə kimi dəyərləndirənlər də var.

İyul 10, 2016 1:00

Prezident seçkiləri oktyabrın 2-də keçiriləcək

Avstriyada təkrar prezident seçkiləri oktyabrın 2-də keçiriləcək. Konstitusiya Məhkəməsi mayın 22-də ölkədə keçirilmiş prezident seçkilərinin ikinci turunun nəticələrini ləğv etdikdən sonra, koalisiyalı hökumət parlamentə təkrar seçkilər üçün oktyabrın 2-ni təklif edib. İkinci turda olduğu kimi, təkrar seçkidə də mübarizə Yaşıllar Partiyasının keçmiş rəhbəri, müstəqil namizəd Aleksandr Van der Bellen və Avstriya Azadlıq Partiyasının namizədi Norbert Hofer arasında olacaqdır. Ölkə Prezidenti Haynts Fişerin səlahiyyət müddəti başa çatdığına görə, parlamentin sədarəti təkrar seçkilərədək prezidentin səlahiyyətlərini icra edəcəkdir. Sağçı-radikal Avstriya Azadlıq Partiyasının rəhbərliyi səsvermədə yenə qanunsuzluq aşkarlanacağı təqdirdə təkrar seçkilərin nəticələrinin ləğv olunması üçün məhkəməyə müraciət edəcəyini bildirib.xeber100.com

İyul 10, 2016 12:34

Məsləhətçilər Palatasına seçki keçirilir

Bu gün Yaponiyada parlamentin yuxarı palatasına (Məsləhətçilər Palatası) seçki keçirilir. TASS agentliyinin verdiyi məlumata görə, Yaponiya parlamentinin yuxarı palatasının 242 üzvü var və onların yarısı hər 3 ildən bir yenidən seçilməklə, 6 il müddətinə seçilirlər. Bu seçkilərdə son 70 ildə ilk dəfə seçicilər üçün yaş məhdudiyyəti 20 yaşdan 18 yaşa endirilib və bununla da seçicilərin sayı 2,4 milyon nəfər artıb. Hazırkı seçkilərdə 389 namizəd mübarizə aparır. Tərkibinə Liberal-Demokrat və “Yeni Komeyto” partiyalarının daxil olduğu hakim koalisiya parlamentin yuxarı palatasında tək çoxluğu saxlamaq yox, Konstitusiyaya dəyişikliklə bağlı qanun layihəsinin maneəsiz qəbulu üçün yerlərin 2/3-nə sahib olmağı qarşısına məqsəd qoyub. Yerli vaxtla saat 14:00-a (Bakı vaxtı ilə 09:00) qədər seçici fəallığı 22,54 faiz olub. xeber100.com

İyul 10, 2016 11:19

RİA Novosti agentliyinin məlumatına əsasən…

Filippində 5,2 bal gücündə zəlzələ baş verib. RİA Novosti agentliyinin məlumatına əsasən, yeraltı təkanların episentri Aurora əyalətindən 6 km şimalda, ocağı isə 10 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.xeber100.com

İyul 9, 2016 9:40
    Page 260 of 299« First«...102030...258259260261262...270280290...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az