21 İyun 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Bolqarıstan Meteorologiya və Hidrologiya İnstitutunun məlumatına əsasən…

Bolqarıstan Meteorologiya və Hidrologiya İnstitutunun məlumatına görə, yüksək temperatur səbəbindən ölkənin 21 rayonunda “sarı” təhlükə kodu elan olunub. Vidin, Montana, Vratsa, Pleven, Loveç, Qabrovo, Veliko Tırnovo, Ruse, Silistra, Sofiya şəhəri, Sofiya bölgəsi, Pernik, Kustendil, Blagoevqrad, Pazardjik, Plovdiv, Stara Zaqora, Smolyan, Kırdjali, Xaskovo və Yambol rayonlarında 33-38 dərəcə istilik gözlənilir.xeber100.com

İyul 15, 2016 11:56

Səudiyyə Ərəbistanı Asiya bazarı uğrunda Rusiya ilə neft müharibəsinə hazırlaşır

Son üç ayda Rusiya Çinə ixrac etdiyi neftin həcmini xeyli artıraraq Səudiyyə Ərəbistanını geridə qoyub. Əl-Riyad isə cavabında Asiya ölkələri üçün neftin qiymətini aşağı salacağını bəyan edib. “reuters.com” xəbər verir ki, Səudiyyə Ərəbistanı Asiya bazarı uğrunda Rusiya ilə neft müharibəsinə hazırlaşır. İyunun sonuna olan məlumatlara əsasən, bu ilin mayında Rusiya Çinə əsas xam neft istehlakçısı hesab olunan Səudiyyə Ərəbistanını xeyli qabaqlayıb. Mayda Rusiya Çinə sutkada 1,24 milyon barrel, Səudiyyə Ərəbistanı isə 961 min barrel neft ixrac edib. Çin ekspertlərinin fikrincə, Rusiya nefti gələcəkdə Çin şirkətləri üçün cəlbedici olacaq. Çünki neftin nəqli ilə bağlı Rusiya şirkətlərinin irəli sürdüyü təkliflər daha real təsir bağışlayır. Bununla yanaşı, Səudiyyə Ərəbistanının rəsmiləri Asiya və Amerika bazarı üçün neftin qiymətində güzəştlər ediləcəyini bəyan ediblər. “Amerikan Thinker” jurnalının ekspertləri isə hesab edirlər ki, Səudiyyə Ərəbistanının bu qərarı Asiya bazarı uğrunda nəinki Rusiya ilə, hətta onunla eyni keyfiyyətdə və oxşar çeşiddə neft istehsalçısı olan Birləşmiş Ərəb Əmirlikləri ilə rəqabətin də kəskinləşməsinə gətirib çıxara bilər.xeber100.com

İyul 14, 2016 2:27

NHK kanalının yaydığı məlumata əsasən…

Yaponiya İmperatoru Akihito yaxın bir neçə ildə taxt-tacdan imtina etmək qərarına gəlib. NHK televiziya kanalının yaydığı məlumata əsasən, İmperator bu barədə yaxın köməkçilərinə məlumat verib. Akihito taxt-tacı 56 yaşlı vəliəhd-şahzadə Naruhitoya həvalə edəcək. İmperatora yaxın mənbələrin bildirdiyinə görə, Akihito səhhəti onun üzərinə düşən vəzifələri yerinə yetirməyə imkan verməməsi səbəbindən taxt-tacdan uzaqlaşmaq istəyir. NHK-nın məlumatına görə, İmperator bu barədə ailə üzvlərini də xəbərdar edib. İmperator Sarayının İşlər İdarəsinin Akihitonun müvafiq bəyanatla xalqa müraciət etməsi üçün münasib vaxt axtardığı da bildirilir.xeber100.com  

İyul 14, 2016 2:06

Avropa bank sisteminin dəstəklənməsi üçün 150 milyard avro tələb olunur

"Deutsche Bank"ın baş iqtisadçısı Devid Folkerts Landau hesab edir ki, Avropa bank sisteminin dəstəklənməsi üçün 150 milyard avro vəsait ayırmaq lazımdır. Çünki Avropa maliyyə institutlarının kapitallaşdırılmaya ehtiyacı var.  “banks.eu” saytı xəbər verir ki, iqtisadçı bu barədə "Welt am Sonntag" qəzetinə müsahibəsində deyib. Mütəxəssisin sözlərinə görə, ABŞ 2008-ci ildə 100 milyard dollar dəyərində bank sektorunun sağlamlaşdırılması planını təqdim edib. "İtaliya daha çox narahatlıq doğurur, burada vaxtı keçmiş kreditlərin həcmi 350 milyard avroya çatıb. Eyni zamanda, Avropa Mərkəzi Bankının cərimə faizləri Avropa maliyyə bazarına mənfi təsir edir, səhmlərin aşağı kursu isə yeni sərmayələrin cəlb edilməsini çətinləşdirir", - deyə iqtisadçı qeyd edib.xeber100.com

İyul 13, 2016 11:01

Reuters agentliyinin məlumatına əsasən…

Тereza Mey Böyük Britaniya Mühafizəkarlar partiyasının lideri təyin edilib. Bu barədə Reuters agentliyi xəbər verib. Bundan əvvəl Böyük Britaniyanın baş naziri David Kemeron iyulun 13-də istefa verəcəyini bildirib. İyunun 23-də Böyük Britaniyanın Avropa İttifaqının tərkibində qalıb-qalmaması ilə bağlı referendum keçirilib. Referendumda  Avropa İttifaqından çıxmağa  səs verənlərin sayı çoxluq təşkil edib. Nəticələr elan olunandan sonra Devid Kemeron bu ilin oktyabr ayında istefa verəcəyini bəyan edib. Qeyd edək ki, Böyük Britaniyada Mühafizəkarlar Partiyasının lideri və baş nazir postuna namizəd Andrea Lidsom mübarizədən çəkildikdən sonra ölkənin daxili işlər naziri Tereza Mey bu posta yeganə namizəd kimi qalıb.

İyul 12, 2016 11:24

“RİA Novosti” agentliyinin verdiyi xəbərə görə…

"Rusiya-NATO Komissiyasının iclasında müzakirə olunacaq əsas məsələ alyansın Şərqi Avropada hərbi mövcudluğunun artırılması və onun Avropanın təhlükəsizliyi üçün nəticələri olacaq". "RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-dən bildirilib. “Rusiya tərəfi Baltik dənizi regionunda aviasiya təhlükəsizliyinin gücləndirilməsi üçün finlandiyalı tərəfdaşlarımızın irəli sürdüyü "Niinistö planı" barədə müzakirə açılması təşəbbüsü ilə çıxış edəcək, habelə ABŞ/NATO-nun Avropada raket hücumundan müdafiə sisteminin qurulmağa davam etməsi nəticəsində strateji stabilliyə olan risklərlə bağlı məsələ qaldıracaq". Diplomatlar Ukraynadakı vəziyyət, Əfqanıstanda təhlükəsizlik və regional təhlükəsizlik təhdidlərini də müzakirə edəcəklər. Rusiya-NATO Komissiyasının iclası iyulun 13-də Brüsseldə keçiriləcək.xeber100.com

İyul 12, 2016 11:08

Ermənistana qaz nəqli dayandırıldı

İyulun 10-dan avqustun 10-dək Rusiya Ermənistana qaz nəqlini dayandırır. Faktinfo.az bununla bağlı Gürcüstanın qazpaylayıcı şirkəti “Qazprom Ermənistan”a rəsmi bildiriş göndərib.Nəqlin dayandırılmasına səbəb magistral kəmərdə təmir işlərinin aparılmasıdır.Ermənistan əhalisinin təbii qazla təchizatı yeraltı anbarlardakı ehtiyyat qaz hesabına həyata keçiriləcək.Qeyd edək ki, Ermənistanı qazla Rusiyanın “Qazprom” şirkəti Gürcüstan üzərindən təchiz edir.xeber100.com

İyul 11, 2016 2:25

“Washington Post” qəzeti yazır…

ABŞ prezidenti Barak Obama administrasiyası Rusiyaya strateji hücum silahlarının ixtisarına dair (CNV-3) müqavilənin müddətini daha 5 il uzatmağı təklif etmək imkanına baxır. Bu barədə “Washington Post” qəzeti bildirib. “Washington Post” nəşrinə informasiyanı şərh edən Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Ozerovun sözlərinə görə, Moskva çətin ki, SNV-3 müqaviləsinin müddətinin uzatmağa razılaşacaq. O, qeyd edib ki, təklifin qəbul edilməsi üçün sənədin mətnində Amerikanın Avropada qurduğu raketdən müdafiə sistemi ilə bağlı Rusiyasının narahatlığı nəzərə alınmalıdır.Qeyd edək ki, Rusiya və ABŞ arasında müqavilə 2010-cu ilin aprelində Praqada imzalanıb. Bu, 1991-ci il SNV-1 razılaşması və 2002-ci il strateji hücum potensialının ixtisarı (DSNP) haqqında müqaviləni əvəz edib.5 fevral 2011-ci ildə qüvvəyə minən SNV-3 strateji hücum silahlarının ixtisarı və sayının məhdudlaşdırılmasını nəzərdə tutur. Moskvada razılaşmaya ciddi şəkildə riayət etdiyini iddia edir. Son zamanlar Rusiya hakimiyyəti Amerikanın Avropada qurduğu raketdən müdafiə sistemi ilə əlaqədar müqavilədən çıxmasını istisna etmir.xeber100.com

İyul 11, 2016 2:21

Belçikada yeni vergi sistemi tətbiq olunub

Belçikanın 3,5 milyon sakini olan Valloniya şəhərinin merliyi qlobal istiləşməyə qarşı mübarizə aparmaq məqsədilə bir neçə ildir ki, manqalda hazırlanan yeməklər üçün vergi tətbiq edir. Azərtac “vergiler.az” saytına istinadla xəbər verir ki, şəhər merliyinin qənaətinə görə, manqalda yemək hazırlanarkən atmosferə 50-100 qram istixana qazı atılır. Ona görə də Belçikanın bu regionunun hər bir sakini öz həyətində manqal qalamazdan əvvəl 20 avro ödəniş etməlidir. Valloniya merliyi tərəfindən bu qanuna riayət olunması üçün ciddi yoxlamalar aparılır. Yoxlamalar zamanı hətta xüsusi kameralarla təchiz edilmiş vertolyotlardan da istifadə olunur.xeber100.com

İyul 11, 2016 11:52

Avstraliyada parlament seçkilərində mühafizəkarlar qalib gəlib

Avstraliyanın hazırkı Baş naziri Malkolm Ternbull parlament seçkilərindən 8 gün sonra mühafizəkarların qalib gəldiyini bəyan edib.Azərtac “lemonde.fr” saytına istinadla xəbər verir ki, Baş nazir bu bəyanatı müxalifətin məğlubiyyəti qəbul etməsindən sonra verib. “Leyborist müxalifətin lideri Bil Şorten zəng vuraraq məni yenidən Baş nazir seçilməyim münasibətilə təbrik etdi”, - deyə M.Ternbul bildirib. Hazırda nə mühafizəkar koalisiya, nə də leyborist müxalifət hökuməti formalaşdırmaq üçün nümayəndələr palatasında lazım olan 76 yerin mütləq əksəriyyətini əldə etməyib. Seçki bülletenlərinin sayılması hələ də davam edir.xeber100.com

İyul 11, 2016 11:22
    Page 261 of 301« First«...102030...259260261262263...270280290...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az