05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Dünyanın ən uzun tuneli İsveçrədə istifadəyə təqdim olunacaq

Bu gün dünyada ən uzun yeraltı tunel olan Qotard Baza istifadəyə veriləcək. Nəqliyyat tunelinin ümumi uzunluğu 57 kilometrdir. Dünyanın ən uzun tuneli İsveçrədə istifadəyə təqdim olunacaq. Tunel dəmiryol qatarları üçün nəzərdə tutulub. Qotard aşırımından keçən tunelin açılışında Avropa Birliyinin (AB) nəqliyyat komissarı Violeta Bulc iştirak edəcək. O, tunelin açılışını əsl tarixi hadisə adlandırıb. Qotard Baza tuneli Alp dağlarının içindən keçərək Avropanın şimalı ilə cənubu birləşdirəcək. 2016-cı ilin dekabrından etibarən tuneldən kommersiya məqsədilə istifadə edilməyə başlanılacaq. Buradan Avropanın fərqli ölkələri keçid kimi istifadə edə biləcək. Açılışa yüz mindən artıq ziyarətçinin gələcəyi deyilib. Qotard tunelinin uzunluğu 57 kilometrdir və o, 20 il ərzində tikilib. Layihə ümumilikdə 12.3 milyard ABŞ dollarına başa gəlib. Tuneldə sərnişin qatarları üçün saatda 250 kilometr, yük qatarları üçün isə saatda 100 kilometr sürət nəzərdə tutlub. Sen-Qotard aşırımının altından 16.9 kilometr uzunluğunda avtomobillər üçün nəzərdə tutulmuş tunel də mövcuddur. İsveçrə hökuməti və AB isə daha ekoloji variant olan dəmiryolunun inkişafına yatırım etməyi planlaşdırır.xeber100.com

İyun 1, 2016 1:59

Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrinin etirafı…

Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrin sanksiya rejiminin  Rusiyanın ÜDM-nin ildə 0.8-1 faizədək azalmasına səbəb olduğunu bildirib. Rusiyanın RNS-ə istinadən verdiyi xəbərə görə, Kudrin qeyd edib ki, Rusiyanın dünya bazarlarında və beynəlxalq kooperasiyada iştirakının genişləndirilməsi perspektivlərinə dair müşahidə olunan yüksək qeyri-müəyyənlik ölkəyə yeni investisiyaların cəlb olunmasını ləngidir. Sabiq maliyyə naziri əlavə edib ki, Rusiya iqtisadiyyatı rublun zəifləməsi səbəbindən 2004-2005-ci illərdəki səviyyəyə qayıdıb (milli valyutanın real kursunun göstəricisinə görə).

İyun 1, 2016 11:53

Suriyanın neft obyektləri bombalanıb

Rusiyanın “SU-34” bombardmançı təyyarələri İŞİD terror qruplaşmasının  Suriyanın Rakka şəhəri yaxınlığındakı neft obyektlərini bombalayıb. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə  Rusiya Müdafiə Nazirliyinin saytında dərc olunmuş məlumatda bildirilir.“Rusiya aviasiyası İŞİD terrorçularının iqtisadi bazasının sıradan çıxarılmasına dair tapşırıqları yerinə yetirməkdə davam edir. “SU-34” bombardmançı təyyarələri İŞİD terror qruplaşmasının  Rakka şəhərindən 42 km cənub-qərbdə yerləşən Ət-Taura yaşayış məntəqəsi yaxınlığındakı qeyri-qanuni neft obyektlərini məhv edib”, - deyə məlumatda qeyd olunur.xeber100.

İyun 1, 2016 11:45

“Fingertips Lab” startapı smartfonu idarə etmək üçün orijinal qurğu təqdim edib

Fırlanan halqa formasında olan, səsli idarəetmə üçün mikrofon və akselerometrlə təchiz edilmiş yenilik ekrana baxmadan, yalnız düyməyə sıxmaqla bir çox məsələləri asanlıqla yerinə yetirməyə imkan verir. Azərtac  “hitech.vesti.ru” saytına istinadən xəbər ki, həb formasında olan cihaz “O6” adlandırılıb. Yeni qurğunu bilərzik kimi də istifadə etmək olar, yaxud geyimə, hətta avtomobilin sükanına bərkitmək mümkündür. Səs vasitəsilə aksessuarı idarə etmək olar, bundan başqa qurğu fırlatma təkəri, 4 ədəd naviqasiya klavişi və daxili akselerometrlə təchiz edilib. “O6” cihazı “Bluetooth”un köməyi ilə telefona qoşulur. Qurğu poçtu dinləməyə, mesajlara cavab verməyə, zəng etməyə və ya musiqi seçib dinləməyə imkan verir. Daxili akkumulyator sayəsində qurğu 10 gün müddətində avtonom işləyir. Hazırda “O6” cihazı yalnız “iPhone” və “iPad” qurğularını dəstəkləyir, ancaq istehsalçı yaxın gələcəkdə “Android” dəstəyini planlaşdırır. “Fingertips Lab” startapı “O6” cihazının kütləvi istehsalı üçün lazımi vəsaiti “Kickstarter” platforması üzərindən toplayır. Şirkət lazım olan məbləği toplaya bilsə, qurğu 149 dollara satışa çıxarılacaq.xeber100.com

May 31, 2016 3:20

Çinin vergi sisteminin islahatı yolunda atdığı daha bir addım…

Çində iyul ayının 1-dən təbii resurslardan istifadə sahəsində aparılması nəzərdə tutulan islahat qüvvəyə minəcək. Vergiler.az saytı bildirir ki, bu Çinin vergi sisteminin islahatı yolunda 2016-cı ildə atdığı daha bir addımdır. Ölkənin Baş Dövlət Vergi İdarəsinin məlumatında göstərilir ki, ölkənin şimalında yerləşən Hebey əyalətində su vergisinin tutulması ilə bağlı eksperimentin tətbiqinə başlanılacaq. Bu vergi yeraltı və yerüstü su obyektlərindən suyun götürülməsinə tətbiq ediləcək. Bununla yanaşı, daha çox su sərf edən sənaye sahələri və sudan müəyyənləşdirilmiş normadan artıq istifadə edən müəssisələr üçün tariflər də artırılacaq. Suyun normal məişət istifadəsi üçün vergi yükü isə əvvəlki səviyyədə saxlanılacaq. Əldə olunacaq nəticələrə əsaslanaraq, hökumət eksperimentin coğrafiyasını genişləndirməyi nəzərdə tutur. Çində meşə resurslarından, örüşlərdən və qumluqlardan təsərrüfat məqsədilə istifadə də vergiyə cəlb olunacaq. Əgər layihə uğurla davam edərsə, yeni vergi növü bütün ölkə ərazisini əhatə edəcək.xeber100.com

May 31, 2016 3:12

430 yaşayış evi və bir neçə inzibati binanı su basıb

Rusiya Federasiyasının Adıgeya Respublikasında davam edən şiddətli yağış və daşqın nəticəsində 430 yaşayış evi və bir neçə inzibati binanı su basıb. “İnterfaks” agentliyinin verdiyi məlumata görə, ən çox Adıgeyanın paytaxtı Maykop və ətraf rayonlara ziyan dəyib. Maykopda 221, ətraf ərazilərdə isə 209 evi su basıb. Sel suları 8 avtomobil və piyada körpüsünü dağıdıb. Suyun küçə və həyətlərdən çəkilməsi üçün əraziyə texnika və canlı qüvvə cəlb olunub. Hazırda dəyən zərərin həcmi müəyyənləşdirilir. Bununla belə, sinoptiklər yaxın günlərdə yağıntının davam edəcəyini bildiriblər.xeber100.com

May 30, 2016 1:21

İstanbulun fəth edilməsinin 563-cü ildönümü…

İstanbulun fəth edilməsinin 563-cü ildönümü ilə bağlı şəhərin Yenikapı bölgəsində izdihamlı mitinq keçirilib. Dövlət və hökumət rəhbərlərinin qatıldıqları mitinqdə ölkə ictimaiyyətinin ayrı-ayrı təbəqələrindən olan on minlərlə vətəndaş iştirak edib. Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman mitinqdə çıxış ediblər. Çıxışlarda Türkiyə xalqının şanlı dövlətçilik tarixi, o cümlədən Türkiyə dövlətinin müasir inkişaf istiqamətləri, həmçinin Osmanlı padşahı Fateh Sultan Mehmetin şərəfli döyüş yolu barədə fikirlər səslənib. Mitinqdə Türkiyə bayraqları ilə yanaşı, Azərbaycan bayraqları da dalğalandırılıb. Rəsmi hissədən sonra “Türk yıldızları” İstanbul səmasında möhtəşəm uçuşlar nümayiş etdiriblər. Sonra İstanbulun hərbi fəthinə aid döyüş səhnələrini tərənnüm edən bədii hissə olub.xeber100.com

May 29, 2016 10:39

Suriya ilə bağlı müzakirə aparılıb

Bu gün ABŞ tərəfinin təşəbbüsü ilə Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub. Rusiya Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, S. Lavrov və C. Kerri Suriyada vəziyyəti müzakirə ediblər. S. Lavrov yenə də Suriya-Türkiyə sərhədinin bağlanmasının zəruri olduğunu, həmin yerlərdən terrorçuların sızdığını iddia edib. Tərəflər Suryia ilə bağlı səylərini gücləndirmək barədə razılığa gəliblər. Danışıqlar zamanı Ukrayna problemi və ikitərəfli münasibətlərə dair digər məsələlər də müzakirə olunub.xeber100.com

May 29, 2016 6:11

“Novosti-Kazaxstan” agentliyinin məlumatına əsasən…

Bu gün Türkmənistanda Türkmən Xalça Günü qeyd edilib. “Novosti-Kazaxstan” agentliyinin məlumatına əsasən, Xalça Günündə bütün ölkədə kütləvi gəzintilər, konsertlər, xalça sərgiləri təşkil edilir, Türkmənistan prezidenti tərəfindən ixtisaslı xalçaçılar dövlət mükafatları və qiymətli hədiyyələrlə təltif edilirlər. Bu gün Aşqabadda Türkmənistan Xalçalarının Beynəlxalq Sərgisi və Ümumdünya Türkmən Xalçaları Qiymətləndiriciləri Assosiasiyasının XVI konfransı keçiriləcək. Xalça Gününün qeyd edilməsində əsas məqsəd Türkmənistan xalçalarının dünyada məşhurlaşdırılmasıdır. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Türkmən Xalça Günü münasibəti ilə sərgi və konfrans iştirakçılarını təbrik edib. Q. Berdıməhəmmədov türkmən xalçaları türkmənlərin “ürəyinin musiqisi” kimi səciyyələndirib. Qeyd edək ki, Türkmənistan xalçaları dünyada ən qədim xalçalardan sayılır. Tarixçilər türkmən xalçalarının 2 min ildən çox yaşı olduğunu bildirirlər.xeber100.com

May 29, 2016 6:03

“Assoşieyted Press”in verdiyi xəbərə görə…

İtaliya Hərbi-Dəniz Qüvvələri və Sahil Mühafizə Xidməti İrlandiya və Almaniyaya məxsus gəmilərin dəstəyi ilə Aralıq dənizində qəzalı vəziyyətdə olan qayıqlardan 668 miqrantı xilas ediblər. “Assoşieyted Press”in verdiyi xəbərə görə, son həftə ərzində Aralıq dənizində xilas olunmuş miqrantların sayı 13 minə çatıb. İtaliyanın Sahil Mühafizə Xidmətinin Əməliyyat Mərkəzinin məlumatına görə, yalnız mayın 26-da Aralıq dənizində həyata keçirilmiş 22 müxtəlif əməliyyatlar nəticəsində 4 mindən çox miqrant xilas edilib. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ilin əvvəlindən bu vaxtadək Avropaya ümumilikdə 194 min 611 miqrant daxil olub. 1475 mühacir ölüb və ya itkin düşüb. Ən çox qaçqın və miqrant Yunanıstana daxil olur, belə ki, yanvar-may ayları ərzində bu ölkəyə 156 min 157 nəfər gəlib. İtaliya ərazisindən 37 min miqrant istifadə edib. İspaniyaya – 1000, Kiprə isə 28 daxil olub.xeber100.com

May 29, 2016 5:50
    Page 271 of 299« First«...102030...269270271272273...280290...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az