10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Çinin vergi sisteminin islahatı yolunda atdığı daha bir addım…

Çində iyul ayının 1-dən təbii resurslardan istifadə sahəsində aparılması nəzərdə tutulan islahat qüvvəyə minəcək. Vergiler.az saytı bildirir ki, bu Çinin vergi sisteminin islahatı yolunda 2016-cı ildə atdığı daha bir addımdır. Ölkənin Baş Dövlət Vergi İdarəsinin məlumatında göstərilir ki, ölkənin şimalında yerləşən Hebey əyalətində su vergisinin tutulması ilə bağlı eksperimentin tətbiqinə başlanılacaq. Bu vergi yeraltı və yerüstü su obyektlərindən suyun götürülməsinə tətbiq ediləcək. Bununla yanaşı, daha çox su sərf edən sənaye sahələri və sudan müəyyənləşdirilmiş normadan artıq istifadə edən müəssisələr üçün tariflər də artırılacaq. Suyun normal məişət istifadəsi üçün vergi yükü isə əvvəlki səviyyədə saxlanılacaq. Əldə olunacaq nəticələrə əsaslanaraq, hökumət eksperimentin coğrafiyasını genişləndirməyi nəzərdə tutur. Çində meşə resurslarından, örüşlərdən və qumluqlardan təsərrüfat məqsədilə istifadə də vergiyə cəlb olunacaq. Əgər layihə uğurla davam edərsə, yeni vergi növü bütün ölkə ərazisini əhatə edəcək.xeber100.com

May 31, 2016 3:12

430 yaşayış evi və bir neçə inzibati binanı su basıb

Rusiya Federasiyasının Adıgeya Respublikasında davam edən şiddətli yağış və daşqın nəticəsində 430 yaşayış evi və bir neçə inzibati binanı su basıb. “İnterfaks” agentliyinin verdiyi məlumata görə, ən çox Adıgeyanın paytaxtı Maykop və ətraf rayonlara ziyan dəyib. Maykopda 221, ətraf ərazilərdə isə 209 evi su basıb. Sel suları 8 avtomobil və piyada körpüsünü dağıdıb. Suyun küçə və həyətlərdən çəkilməsi üçün əraziyə texnika və canlı qüvvə cəlb olunub. Hazırda dəyən zərərin həcmi müəyyənləşdirilir. Bununla belə, sinoptiklər yaxın günlərdə yağıntının davam edəcəyini bildiriblər.xeber100.com

May 30, 2016 1:21

İstanbulun fəth edilməsinin 563-cü ildönümü…

İstanbulun fəth edilməsinin 563-cü ildönümü ilə bağlı şəhərin Yenikapı bölgəsində izdihamlı mitinq keçirilib. Dövlət və hökumət rəhbərlərinin qatıldıqları mitinqdə ölkə ictimaiyyətinin ayrı-ayrı təbəqələrindən olan on minlərlə vətəndaş iştirak edib. Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman mitinqdə çıxış ediblər. Çıxışlarda Türkiyə xalqının şanlı dövlətçilik tarixi, o cümlədən Türkiyə dövlətinin müasir inkişaf istiqamətləri, həmçinin Osmanlı padşahı Fateh Sultan Mehmetin şərəfli döyüş yolu barədə fikirlər səslənib. Mitinqdə Türkiyə bayraqları ilə yanaşı, Azərbaycan bayraqları da dalğalandırılıb. Rəsmi hissədən sonra “Türk yıldızları” İstanbul səmasında möhtəşəm uçuşlar nümayiş etdiriblər. Sonra İstanbulun hərbi fəthinə aid döyüş səhnələrini tərənnüm edən bədii hissə olub.xeber100.com

May 29, 2016 10:39

Suriya ilə bağlı müzakirə aparılıb

Bu gün ABŞ tərəfinin təşəbbüsü ilə Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub. Rusiya Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, S. Lavrov və C. Kerri Suriyada vəziyyəti müzakirə ediblər. S. Lavrov yenə də Suriya-Türkiyə sərhədinin bağlanmasının zəruri olduğunu, həmin yerlərdən terrorçuların sızdığını iddia edib. Tərəflər Suryia ilə bağlı səylərini gücləndirmək barədə razılığa gəliblər. Danışıqlar zamanı Ukrayna problemi və ikitərəfli münasibətlərə dair digər məsələlər də müzakirə olunub.xeber100.com

May 29, 2016 6:11

“Novosti-Kazaxstan” agentliyinin məlumatına əsasən…

Bu gün Türkmənistanda Türkmən Xalça Günü qeyd edilib. “Novosti-Kazaxstan” agentliyinin məlumatına əsasən, Xalça Günündə bütün ölkədə kütləvi gəzintilər, konsertlər, xalça sərgiləri təşkil edilir, Türkmənistan prezidenti tərəfindən ixtisaslı xalçaçılar dövlət mükafatları və qiymətli hədiyyələrlə təltif edilirlər. Bu gün Aşqabadda Türkmənistan Xalçalarının Beynəlxalq Sərgisi və Ümumdünya Türkmən Xalçaları Qiymətləndiriciləri Assosiasiyasının XVI konfransı keçiriləcək. Xalça Gününün qeyd edilməsində əsas məqsəd Türkmənistan xalçalarının dünyada məşhurlaşdırılmasıdır. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Türkmən Xalça Günü münasibəti ilə sərgi və konfrans iştirakçılarını təbrik edib. Q. Berdıməhəmmədov türkmən xalçaları türkmənlərin “ürəyinin musiqisi” kimi səciyyələndirib. Qeyd edək ki, Türkmənistan xalçaları dünyada ən qədim xalçalardan sayılır. Tarixçilər türkmən xalçalarının 2 min ildən çox yaşı olduğunu bildirirlər.xeber100.com

May 29, 2016 6:03

“Assoşieyted Press”in verdiyi xəbərə görə…

İtaliya Hərbi-Dəniz Qüvvələri və Sahil Mühafizə Xidməti İrlandiya və Almaniyaya məxsus gəmilərin dəstəyi ilə Aralıq dənizində qəzalı vəziyyətdə olan qayıqlardan 668 miqrantı xilas ediblər. “Assoşieyted Press”in verdiyi xəbərə görə, son həftə ərzində Aralıq dənizində xilas olunmuş miqrantların sayı 13 minə çatıb. İtaliyanın Sahil Mühafizə Xidmətinin Əməliyyat Mərkəzinin məlumatına görə, yalnız mayın 26-da Aralıq dənizində həyata keçirilmiş 22 müxtəlif əməliyyatlar nəticəsində 4 mindən çox miqrant xilas edilib. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ilin əvvəlindən bu vaxtadək Avropaya ümumilikdə 194 min 611 miqrant daxil olub. 1475 mühacir ölüb və ya itkin düşüb. Ən çox qaçqın və miqrant Yunanıstana daxil olur, belə ki, yanvar-may ayları ərzində bu ölkəyə 156 min 157 nəfər gəlib. İtaliya ərazisindən 37 min miqrant istifadə edib. İspaniyaya – 1000, Kiprə isə 28 daxil olub.xeber100.com

May 29, 2016 5:50

Avropaya daxil olan qaçqınların sayı 13 minə çatıb

Aİ donanması Aralıq dənizində 600-dən çox liviyalı qeyri-leqal miqrantı xilas etdikdən sonra, həftə ərzində dəniz yolu ilə Avropaya daxil olan qaçqınların sayı 13 minə çatıb. Bu barədə BBC İtaliyanın rəsmi qurumlarına istinadən məlumat yayıb. Məlumata görə, Aralıq dənizində ən çox miqrant xilas etmiş İtaliya, Almaniya və İrlandiyaya məxsus hərbi gəmilərdir. Havanın temperaturunun yüksəlməsi son günlər Afrikadan Avropaya dəniz marşrutu ilə qaçqın axınının xeyli artmasına səbəb olub. BBC qeyd edir ki, Aİ və Türkiyə arasında saziş əldə olunduqdan sonra dəniz yolu miqrantlar üçün əsas marşruta çevrilib. Bundan əvvəl miqrantların xeyli hissəsi Türkiyə ərazisindən Avropaya keçməyə cəhd edirdi.xeber100.com

May 29, 2016 5:46

Ukrayna-Aİ münasibətləri…

NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun müşaviri qismində bu ölkədə təhlükəsizliyin təmin olunması üçün əlindən gələni edəcək.  “RİA Novosti”-nin verdiyi xəbərə görə, bu sözləri Rasmussen “Facebook” səhifəsində yazıb. Ukraynada çalışacağını səbirsizliklə gözlədiyini bildirib. “Mən böyük məmnuniyyətlə təyinatı qəbul etdim və Ukraynada təhlükəsizliyin və islahatların tətbiqinin təmin olunması, Ukrayna-Aİ münasibətlərinin möhkəmləndirilməsi üçün əlimdən gələni edəcəm”, - deyə Anders Foq Rasmussen bildirib. NATO-nun sabiq baş katibi Ukrayna hakimiyyəti ilə işləməyi səbirsizliklə gözlədiyini bildirib. Qeyd edək ki, Poroşenko mayın 27-də Anders Foq Rasmusseni özünə ştatdan kənar müşavir təyin olunması barədə fərman imzalayıb. Anders Foq Rasmussen 2009-2014-cü illərdə NATO-ya rəhbərlik edib.xeber100.com

May 29, 2016 5:42

RİA Novosti informasiya agentliyinin məlumatına görə…

Filippin parlamenti prezident seçkilərində səslərin hesablanması prosesini başa çatdırıb. Seçkinin son nəticəsinə əsasən, dövlətin yeni başçısı Rodriqo Duterte olub. RİA Novosti informasiya agentliyi xəbər verir ki, rəsmi məlumata görə, Dutertenin namizədliyinə 16,6 milyondan çox seçici səs verib. Onun ən yaxın rəqibi Leni Robredo isə 14,4 milyon səs toplayaraq ölkənin vitse-prezidenti seçilib. Rodriqo Duterte 22 ildən çox Davao şəhərinin meri vəzifəsində çalışıb. Bir müddət əvvəl o, ölkədə ölüm hökmünü bərpa edəcəyini və cinayətkar qrup üzvlərinin, həmçinin həbs olunarkən silahlı müqavimət göstərənlərin güllələnməsi əmrini verəcəyini deyib. Qeyd edək ki, Filippində prezident səlahiyyətlərinin müddəti 6 ildir.xeber100.com

May 28, 2016 4:34

Cənubi Osetiyanın Rusiyaya birləşməsi ilə bağlı referendum keçiriləcək

2017-ci ildə separatçı Cənubi Osetiya Respublikasının Rusiya Federasiyasının tərkibinə daxil olması ilə bağlı referendum keçiriləcək. “RİA Novosti" agentliyinin verdiyi məlumata görə, müvafiq sənədi Cənubi Osetiya prezidenti Leonid Tibilov və parlamentin sədri Anatoli Bibilov imzalayıblar. Sənəd prezident yanında Siyasi Şuranın iclasında qəbul edilib. “Cənubi Osetiya xalqının maraqlarını rəhbər tutaraq, respublikanın 2017-ci ildə Rusiya Federasiyasının tərkibinə keçirilməsi barədə referendumun 2016-cı ilin 26 may tarixində keçirilməsini məqsədəuyğun bilirik”, - deyə imzalanan bəyanatda qeyd olunub.xeber100.com

May 27, 2016 3:45
    Page 273 of 301« First«...102030...271272273274275...280290300...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az