Türkiyə miqrasiya sövdələşməsindən imtina edə bilər?!

Türkiyə prezidenti R.T.Ərdoğan Avropa İttifaqının (Aİ) ölkə vətəndaşlarına vizasız rejim tətbiq etməyəcəyi təqdirdə Türkiyənin miqrasiya sazişindən imtina edəcəyini bildirib.  Apa-nın -nın xəbərinə görə, Türkiyə prezidenti bunu İstanbulda keçirilən mətbuat konfransında bildirib. O, həmçinin, Aİ-ni vizasız rejim tətbiqi üçün Türkiyədən əsassız şəkildə şərtlərin icrasını tələb etməsinə görə qınayıb. “Bizdən meyarları icrasını tələb edirlər. Latın Amerikasına vizasız girişə icazə verildi – məgər ondan da meyarların icra olunması tələb olunub? Xeyr. Biz Aİ ilə Gömrük İttifaqı da dazil olmaqla, bir  çox sahələrdə əməkdaşlıq etdiyimiz halda, nəyə görə bunu yalnız bizdən tələb edirlər? Biz hansısa məqamadək səbir edəcəyik”, - deyə Ərdoğan qeyd edib. Türkiyə prezidenti miqrasiya sazişinə görə Aİ-nin Ankaraya ayırmalı olduğu vəsaitin indiyədək Türkiyəyə köçürülməməsindən də gileylənib. “Türkiyədə üç milyon qaçqın var, biz onları qəbul edirik və onlar üçün şəraitin yaradılması üçün əlindən gələni əsirgəmir, biz bu məqsədlər üçün öz vəsaitlərimizi xərcləyirik. Biz 2016-2017-ci illərdə köçürüləcək altı milyard avroya dair razılığa gəldik. Təəssüflər olsun ki, indiyədək bu dəstək gerçəkləşməyib. Əgər biz Aİ-nin vəd etdiyi vəsaitləri almayacağıqsa, onlarsız da keçinə biləcəyik. Amma mənim məlumatıma görə, iyulun 1-dək artıq 1 milyard dollar köçürüləcək”, - deyə Ərdoğan qeyd edib. Avropa Parlamentinin rəsmi nümayəndəsi Martin Şults bundan əvvəl bəyan edib, ki Ankara Aİ-nin bütün tələblərini yerinə yetirəcəyi təqdirdə Türkiyə vətəndaşlarına vizasız rejim tətbiq ediləcək. Aİ Türkiyədən 72 tələbin icra olunmasını tələb edir.xeber100.com

May 25, 2016 11:56

III Beynəlxalq Mədəniyyət Festivalı keçirilib

Bu gün Tiflisdə III Beynəlxalq Mədəniyyət Festivalı keçirilib.  Apa-nın Gürcüstan bürosunun məlumatına görə, Qara Dəniz Beynəlxalq Universitetində keçirilən festivalı universitetin rektoru İlya Çiloğlu açıb. O, festivalda 19 dövləti təmsil edən tələbələrin iştirak etdiyini bildirib. Festivalda Gürcüstan, Azərbaycan, Nigeriya, Misir, Türkiyə, ABŞ, Ermənistan, Ukrayna və digər ölkələr iştirak edir. Azərbaycanı Beynəlxalq Qara Dəniz Universitetində təhsil alan Azərbaycandan olan tələbələr, habelə Gürcüstanın Kvemo Kartli bölgəsindən olan azərbaycanlı tələbələr təmsil edib. Tədbirdə Gürcüstan, Azərbaycan, Nigeriya, Ukrayna və digər ölkələrin musiqi kollektivləri, rəqs ansamblları və müğənnilər çıxış ediblər. Borçalı aşığı Məsim Rəcəbov və dəfələrlə beynəlxalq yarışların qalibi olan müğənni Aysel Məmmədova gürcü və Azərbaycan mahnılarını ifa edərək tədbir iştirakçılarının alqışlarını qazanıblar. Festivalın sonunda iştirakçılar diplomlara layiq görülüblər. Qara Dəniz Beynəlxalq Universitetinin rektoru İlya Çiloğlu Apa-ya açıqlamasında festivalın böyük əhəmiyyət daşıdığını bildirib: “Bu festivalı keçirməkdə məqsədimiz müxtəlif ölkələrdən gələn tələbələr arasında ünsiyyət və dialoq qurmaqdır. Düşünürəm ki, biz buna nail oluruq”.xeber100.com

May 25, 2016 11:48

Ədalət və İnkişaf Partiyasının (AKP) II fövqəladə qurultayı Ankarada öz işinə başlayıb

Bu gün 14 ildən bəri Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) II fövqəladə qurultayı Ankarada öz işinə başlayıb. Apa-nın məlumatına görə, qurultayın başlamasından əvvəl sədrliyə namizəd Binali Yıldırım salonu dolaşaraq nümayəndələri salamlayıb. B. Yıldırımdan sonra salona gələn AKP-nin bu günə qədərki sədri və baş nazir Əhməd Davudoğlu isə salonu dolaşaraq qurultay nümayəndələriylə vidalaşıb. Qurultayı açmaq söz alan AKP sədrinin təşkilat məsələləri üzrə müavini Mustafa Ataş, partiya sədrliyinə yeni namizədlərin göstərilməsi üçün qurultay iştirakçılarına 5 dəqiqə vaxt verib, ancaq AKP sədrliyinə B. Yıldırımdan başqa namizəd göstərilməyib. M. Ataş partiyanın qurucu lideri olan prezident Ərdoğanın adını çəkərkən salondan alqış səsləri yüksəlib. AKP sədrinin müavini M. Ataş deyib ki, bu müqəddəs yürüşdə bir çox qadın və gənclərin imzası var: “Bu müqəddəs əmanəti 26 avqust 2014-cü ildə qurucu liderimizdən təhvil alaraq vəzifəsinin öhdəsində ləyaqətlə gələn Əhməd Davudoğluna təşəkkür edir, sədrliyə namizədimiz Binali Yıldırıma uğurlar diləyirəm”. M. Ataş qurultayın Rəyasət Heyətinin sədrliyinə ədliyyə naziri Bəkir Bozdağın namizədliyini irəli sürüb. Təklif yekdilliklə qəbul edilib. B. Bozdağ qurultayın proqramını oxuyandan sonra AKP-nin bu qurultayının da Türkiyənin demokratik həyatı üçün örnək olacağını vurğulayıb: “AKP-nin tək lideri var, o da prezidentimiz Rəcəb Tayyib Ərdoğandır". B. Bozdağ baş nazir Ə. Davudoğluya təşəkkürünü bildirib. AKP-nin II fövqəladə qurultayında məclisdə təmsil edilən və edilməyən partiyaların, QHT-lərin, araşdırma mərkəzlərinin təmsilçiləri iştirak edirlər.xeber100.com

May 22, 2016 12:19