Avropa Parlamenti Krım tatarları ilə bağlı qətnamə qəbul edib. “112.ua” saytının verdiyi xəbərə görə, bu barədə Avropa Parlamentinin saytında yer alan xəbərdə deyilir. Qətnamədə “Krım Ali Məhkəməsi”nin 26 aprel, 2016-cı il tarixli qərarı qəti şəkildə pislənilir və bu qərarın Krım tatarlarının sistemli, məqsədyönlü təqib edilməsi, onların tarixi torpaqları olan Krımdan qovulmasına istiqamətləndiyi üçün ləğvi tələb olunur. Bundan başqa, Avropa Parlamenti Rusiyanı yarımadada vətəndaşları məhkəmə özbaşınalığından, inzibati tədbirlərdən qorumağa və hakimiyyət orqanları tərəfindən insan haqlarının pozulması hallarını araşdırmağa çağırıb. Qətnamədə, həmçinin, Krımın Rusiya tərəfindən ilhaqı pislənilir, Ukraynanın suverenliyi, siyasi müstəqilliyi, vahidliyi və ərazi bütövlüyünə dəstək ifadə edilir. Bundan başqa, deputatlar Avropa İttifaqını hazırda sürgündə olan Məclisin fəaliyyəti üçün maliyyə yardımı ayırmağa, habelə Krımda fəaliyyət göstərən hüquq müdafiəçilərinə ayrılan maliyyəni artırmağa çağırıblar.xeber100.com