23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

NATO-nun “Spring storm” təlimləri başlayır

Bu gün Estoniyada 6 min hərbçinin iştirakı ilə NATO-nun “Spring storm” təlimləri başlayır. TASS agentliyinin verdiyi məlumata görə, təlimlərdə ABŞ, Almaniya, Böyük Britaniya və Niderland daxil olmaqla Alyansa üzv 10 ölkənin hərbçiləri iştirak edəcək. Manevrlər Rusiya sərhədlərinə yaxın Pılvamaa, Tartumaa və Vırumaa bölgələrində keçiriləcək.  Təlimlərə həmçinin Polşadan Su-22 qırıcı-bombardmançı təyyarələri, ABŞ-dan isə F-15 qırıcıları, CH-47 Chinook hərbi-nəqliyyat helikopterləri və özündə həm təyyarənin, həm də vertolyotun xüsusiyyətlərini birləşdirən Bell V-22 Osprey konvertoplanları cəlb ediləcək. Təlimlər mayın 19-dək davam edəcək.xeber100.com  

May 2, 2016 3:11

“The Sunday Times” yazır…

Şimali Koreyanın lideri Kim Çen In Əmək Partiyasının qurultayınadək ölkədə toy və yas mərasimlərinə qadağa qoyub.apa-nın  məlumatına görə, bu barədə “The Sunday Times” yazıb. “Bu addım təhlükəsizliyin möhkəmləndirilməsi və qurultayın nümunəvi şəkildə keçirilməsinə yönəlib”, rəsmi mənbələr bildirib. Qeyd olunur ki, paytaxt Pxenyan şəhərinə bütün giriş və çıxışlar bağlanacaq. Şimali Koreyada  son 36 ildə ilk dəfə Əmək Partiyasının qurultayı keçiriləcək. Hakim partiyanın sayca VII qurultayı mayın 6-a planlaşdırılıb.xeber100.com  

May 2, 2016 2:56

Nigeriya vergidən yayınanlara qarşı ciddi cəza tədbirlərinin görüləcəyini bəyan edib

Nigeriyada federal hökumətin apardığı son yoxlama zamanı aşkar edilib ki, 363 min şirkət təsis olunduğu vaxtdan bu günədək heç bir vergi ödəməyib. Vergilər.az saytı bildirir ki, həmin şirkətlərin büdcədən yayındırdıqları vergilərin məbləği milyardlarla ölçülür. Hazırda Nigeriyada hökumətin prioritet vəzifələrindən biri büdcə kəsirinin doldurulması üçün şirkətləri vergiyə cəlb etməkdir. Vergidən yayındırılan məbləğlər büdcəyə ödənilərsə, neftin qiymətinin ucuzlaşması xammaldan asılı vəziyyətdə olan ölkənin iqtisadiyyatında ciddi şəkildə hiss olunmaz. Nigeriya hökuməti vergidən yayınanlara qarşı ciddi cəza tədbirlərinin görüləcəyini bəyan edib.xeber100.com

May 1, 2016 2:44

Kyodo informasiya agentliyinin məlumatına əsasən…

Yaponiya hökuməti yaxın vaxtlarda Filippinə beş ədəd “Beechcraft TC-90” hərbi-təlim təyyarəsi vermək niyyətindədir. Həmin təyyarələr hava müşahidəsi üçün radiolokasiya sistemi ilə təchiz olunublar. Bu barədə Kyodo informasiya agentliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, tərəflər arasında yekun razılaşma mayın 2-də Yaponiyanın müdafiə naziri Qen Nakatani ilə onun filippinli həmkarı Volter Qasmina arasında telefon danışığı zamanı əldə oluna bilər. “Beechcraft TC-90” təyyarələri Filippinin əvvəlcə əldə etmək istəyi “Р-3С Orion” gəmilər əleyhinə patrul təyyarəsinin əvəzinə veriləcək. Yaponiya hərbi texnikanı əvəzi ödənilmədən vermək hüququna malik olmadığına görə, təyyarələrin cüzi məbləğdə icarə haqqı ödənilməklə qarşı tərəfə veriləcəyi bildirilir. Beləliklə Yaponiya ilk dəfə olaraq hərbi texnikanı başqa dövlətə verəcək. Kyodo agentliyinin bildirdiyinə görə, bu addım Yaponiya hökumətinin Çinə təzyiqi artırmaq məqsədilə atılır. Həmin təyyarələr ərazi mübahisələrinin son vaxtlar xeyli kəskinləşdiyi Cənubi Çin dənizində patrul xidmətinin həyata keçirilməsi üçün nəzərdə tutulur.

May 1, 2016 2:35

Parlament seçkilərinin ikinci mərhələsinin yekunları açıqlanıb

İranda keçirilən parlament seçkilərinin ikinci mərhələsinin yekunları açıqlanıb. İranın Daxili İşlər Nazirliyinin verdiyi açıqlamada bildirilir ki, 290 yerlik parlamentdə boş qalan 68 yer üçün aprelin 28-də təkrar seçki keçirilib. Seçkilərin nəticəsində boş qalan 68 yerin 38-ni prezident Həsən Ruhaninin tərəfdarları, 18 yeri mühafizəkarlar, 12 yeri isə müstəqil namizədlər qazandıblar.

May 1, 2016 2:22

TASS agentliyinin məlumatına görə…

Rusiya prezidenti Vladimir Putin bir sıra güc strukturlarında kadr dəyişiklikləri edib. TASS agentliyinin məlumatına görə, Rusiya İstintaq Komitəsi sədrinin birinci müavini  Vasiliy Piskaryev və İstintaq Komitəsi sədrinin müavini Yuriy Nırkov vəzifələrindən azad ediliblər. Cənub Dairəsinin nəqliyyat prokuroru Sergey Dmitriyev,  Rusiya Daxili İşlər Nazirliyinin Sibir Federal Dairəsində Nəqliyyat üzrə İdarəsinin rəisi Arkadi İvanov, Krım üzrə daxili işlər nazirinin müavini Dmitriy Neklyudov,  Fövqəladə Hallar Nazirliyinin Xakasiya Respublikası üzrə İdarəsinin  rəisi Aleksandr Nekrasov da vəzifələrindən azad ediliblər. Eyni zamanda Aleksandr Klaus 5 il müddətində İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin, Petr Krupen İstintaq Komitəsinin Kurqan vilayəti üzrə İstintaq İdarəsinin, Valeri Samodaykin İstintaq Komitəsinin Samara vilayəti üzrə İstintaq İdarəsinin  Aleksandra Starikov İstintaq Komitəsinin Altay Respublikası üzrə İstintaq İdarəsinin rəhbərləri təyin ediliblər. V. Putin İqor Krasnovu isə Rusiya İstintaq Komitəsinin sədr müavini təyin edib.xeber100.com

May 1, 2016 2:16

1 May Əmək bayramı ilə əlaqədar aksiya keçirilib

Bu gün həmkarlar ittifaqlarının təşkilatçılığı ilə Moskvada Qızıl meydanda 1 May Əmək bayramı ilə əlaqədar aksiya keçirilib. “RİA Novosti” agentliyinin məlumatına görə, aksiyada 100 nəfərdən son insan qatılıb. Aksiyada Moskva meri Sergey Sobyanin, tələbələr, veteranlar, o cümlədən “Vahid Rusiya” və “Əmək İttifaqı” partiyalarının nümayəndələri iştirak ediblər. xeber100.com

May 1, 2016 1:51

Kitakyuşu şəhərində G7 ölkələrinin energetika nazirlərinin görüşü

Yaponiyanın qərbində yerləşən Kitakyuşu şəhərində G7 ölkələrinin energetika nazirlərinin iki günlük görüşü başlayıb. AzərTAC-ın verdiyi məlumata görə, nazirlər təbii sıxılmış qaz hasilatçılarını və ixracatçı ölkələri məhsulun qiymətinin artımına səbəb olan ticarət praktikasını dəyişmək çağırışı ilə bağlı müzakirələr də  aparacaqlar. Hazırda mövcud olan müqavilələrin əksəriyyəti təbii sıxılmış qazı üçüncü ölkələrə təkrar satmağa icazə vermir. Eyni zamanda G7 ölkələri nazirlərinin ehtiyatların inkişafına investisiyaların yönəldilməsi məsələsini müzakirə edəcəyi də bildirilir. İlk günündə birgə naharın və mədəni proqramın nəzərdə tutulduğu toplantıda əsas müzakirələrin mayın 2-də aparılması nəzərdə tutulur.xeber100.com

May 1, 2016 1:45

“Vatan” qəzetinin verdiyi məlumata görə…

Türkiyə telekanallarından biri bağlanır. Türkiyənin “Vatan” qəzetinin verdiyi məlumata görə, “Samanyolu” telekanalı “Türksat” peykindən çıxarılandan sonra yerüstü antenalar vasitəsi ilə yayımlanıb. Telekanal bu gün yerüstü yayımı da dayandırmağa qərar verib. “Samanyolu” telekanalı bu gecədən yayımını dayandıracağını Türkiyə Radio və Televiziya Ali Şurasına (RTÜK) da bildirib. Qeyd edək ki, “Samanyolu” telekanalı Türkiyədə Fətullah Gülən camaatına yaxınlığı ilə seçilib.xeber100.com

Aprel 30, 2016 10:52

“Kalibr” raket komplekslərinin tətbiqi ilə təlimlər keçirilir

Rusiyanın Xəzər hərbi donanmasının gəmiləri “Kalibr” raket komplekslərinin tətbiqi ilə təlimlər keçiriblər. SİTA agentliyi xəbər verir ki, bu barədə Rusiya Silahlı qüvvələrinin Cənub hərbi dairəsinin mətbuat xidmətindən bildirilib.Təlimlərə 20-dən çox hərbi gəmi, kater və təminat gəmisi, həmçinin “Dağıstan” raket gəmisi, “Qrad Sviyajsk”, “Uqliç”, “Böyük Ustyuq” kiçik raket gəmiləri, “Volqodonsk” və “Mahaçqala” kiçik artilleriya gəmiləri cəlb edilib.Məlumata görə, bu təlim Xəzər dənizində aprelin 24-dən 28-dək qış təlim müddəti üçün yekun yoxlama çərçivəsində keçirilən təlimlərin son epizodu olub.“Donanmanın gəmi zərbə qrupu dəniz hədəfləri üzrə raket zərbələrini yerinə yetirib. Tədris-döyüş tapşırıqlarının icra edilməsi zamanı dəniz hədəfləri müvəffəqiyyətlə vurulub”, – dairədə deyiblər.  

Aprel 29, 2016 2:49
    Page 281 of 299« First«...102030...279280281282283...290...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az