10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Vatan” qəzetinin verdiyi məlumata görə…

Türkiyə telekanallarından biri bağlanır. Türkiyənin “Vatan” qəzetinin verdiyi məlumata görə, “Samanyolu” telekanalı “Türksat” peykindən çıxarılandan sonra yerüstü antenalar vasitəsi ilə yayımlanıb. Telekanal bu gün yerüstü yayımı da dayandırmağa qərar verib. “Samanyolu” telekanalı bu gecədən yayımını dayandıracağını Türkiyə Radio və Televiziya Ali Şurasına (RTÜK) da bildirib. Qeyd edək ki, “Samanyolu” telekanalı Türkiyədə Fətullah Gülən camaatına yaxınlığı ilə seçilib.xeber100.com

Aprel 30, 2016 10:52

“Kalibr” raket komplekslərinin tətbiqi ilə təlimlər keçirilir

Rusiyanın Xəzər hərbi donanmasının gəmiləri “Kalibr” raket komplekslərinin tətbiqi ilə təlimlər keçiriblər. SİTA agentliyi xəbər verir ki, bu barədə Rusiya Silahlı qüvvələrinin Cənub hərbi dairəsinin mətbuat xidmətindən bildirilib.Təlimlərə 20-dən çox hərbi gəmi, kater və təminat gəmisi, həmçinin “Dağıstan” raket gəmisi, “Qrad Sviyajsk”, “Uqliç”, “Böyük Ustyuq” kiçik raket gəmiləri, “Volqodonsk” və “Mahaçqala” kiçik artilleriya gəmiləri cəlb edilib.Məlumata görə, bu təlim Xəzər dənizində aprelin 24-dən 28-dək qış təlim müddəti üçün yekun yoxlama çərçivəsində keçirilən təlimlərin son epizodu olub.“Donanmanın gəmi zərbə qrupu dəniz hədəfləri üzrə raket zərbələrini yerinə yetirib. Tədris-döyüş tapşırıqlarının icra edilməsi zamanı dəniz hədəfləri müvəffəqiyyətlə vurulub”, – dairədə deyiblər.  

Aprel 29, 2016 2:49

Suriyada atəşkəslə bağlı razılıq əldə olunub

Bəşşar Əsədə aid silahlı qüvvələrin qərargahı da bu məlumatı  təsdiqləyib. ABŞ və Rusiya Suriyanın bir neçə rayonunda atəşkəslə bağlı yeni razılığa gəlib.Faktinfo.az xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.Məlumatı Bəşşar Əsədə aid silahlı qüvvələrin qərargahı da təsdiqləyib.Atəşkəs rejimi ölkənin Latakiya bölgəsinin şimal hissələrində və Dəməşqin ətraf rayonlarında tətbiq ediləcək. Latakiyada atəşkəs 72 saat, Suriya paytaxtı ətrafında isə 24 saat müddətinə tətbiq olunacaq.Yeni atəşkəs “problemli vəziyyətləri tənzimləməyə” yardım etmək məqsədi daşıyır. Atəşkəs bu gecə saat 00.00-dan qüvvəyə minəcək. Qeyd edək ki, Suriyanın ayrı-ayrı rayonlarında intensiv döyüşlər davam edir. Ötən həftə ərzində Hələb şəhərindəki atışmalar nəticəsində 200-dən çox dinc sakin həyatını itirib.  

Aprel 29, 2016 2:42

İran İslam Respublikasında seçkilər

İranın 21 əyalətində parlament seçkilərinin ikinci turu keçirilir. Apa-nın Tehran bürosunun məlumatına görə, səsvermə bu gün səhər saat 08.00-da başlayıb. 15 min 350 səsvermə məntəqəsində 17 milyona yaxın seçici səs verir. Parlamentdə boş qalmış 68 yer uğrunda 136 namizəd mübarizə aparır. Seçkilərin ilkin nəticələri aprelin 30-da açıqlanacaq. Seçkilərdə iki əsas rəqib düşərgə - islahatçılar və mühafizəkarların namizədləri iştirak edir. Prezident Həsən Ruhaninin islahatçı düşərgədən olan müttəfiqləri fevralın 26-da keçirilmiş birinci turda önə çıxsalar da, çoxluğu əldə edə bilməyiblər. Parlamentdə hansı düşərgənin çoxluq təşkil edəcəyi ikinci turun yekununda bilinəcək.xeber100.com  

Aprel 29, 2016 2:34

“RİA Novosti”nin məlumatına görə…

Moldova və ABŞ hərbçiləri ölkədə 3-20 may tarixlərində keçiriləcək “Dragon Pioneer-2016” hərbi təlimlərdə iştirak edəcəklər. Bu barədə “RİA Novosti”yə Moldova Müdafiə Nazirliyinin mətbuat katibi Alla Diakonu bildirib.  “Təlimlərdə ABŞ kavaleriya alayının (USAREUR – ABŞ-ın Avropadakı quru qoşunlarının tərkibindədir) 198 hərbçisi və Milli ordunun istehkamçı batalyonundan, 22-ci sülhməramlılar batalyonundan, həmçinin, Moldova Milli Ordunun 1-ci, 2-ci və 3-cü briqadalarından 165 hərbçi  iştirak edəcəklər”, - deyə  Diakonu bildirib. Onun sözlərinə görə, taktiki manevrlər istehkamçı bölmələrin ümumi hazırlığına, iki ordu arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasına yönəlib. Diakonu qeyd edib ki, “Dragon Pioneer-2016” təlimlərinə ABŞ ordusunun 58 ədəd hərbi texnikası və Moldova ordusunun 40-dək istehkamçı və təminat maşınları cəlb olunacaq.xeber100.com  

Aprel 29, 2016 2:25

Erməni tarixi ilə bağlı saxtakarlıqları ifşa edən tarixçi Çar ordeninin 3-cü dərəcəsi medalı ilə təltif edilib

Erməni tarixi ilə bağlı saxtakarlıqları ifşa edən, erməni mifi haqqında çoxlu sayda araşdırmaların müəllifi olan rusiyalı tarixçi alim Oleq Kuznetsov Müqəddəs Stanislav İmperator və Çar ordeninin 3-cü dərəcəsi medalı ilə təltif edilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Oleq Kuznetsov bu medala bu ilin martın 12-də Madriddə yerləşən Rusiya İmperator Evinin rəhbəri Böyük knyagina Mariya Vladimirovna tərəfindən layiq görülüb. Bu günlərdə həmin medalı Rusiya İmperator Evinin rəhbəri, məşhur genealoq və heroldist Stanislav Dumin tarixçi və siyasi-analitik Oleq Kuznetsova təqdim edib. Kuznetsov bu mükafata layiq görülməsini ölkəsi qarşısında xidmətlərinin etiraf olunması kimi qiymətləndirib: "Şəxsən özüm üçün bu ordeni Böyük Rusiya İmperiyasının tarixi qarşısında ən yaxşı fərqlənmə hesab edirəm. Mükafata aid olan fəxri fərmanda qeyd olunub ki, bu orden mənə Vətən qarşısındakı xidmətlərimə görə verilib. Bu mənim üçün çox vacibdir. Əgər Madriddən mənim Rusiyanın rifahı naminə çalışdığım görünürsə, ümid etmək olar ki, Rusiya və Azərbaycan xalqları arasındakı dostluq münasibətlərini möhkəmləndirmək səylərim əbəs yerə olmayacaq". xeber100.com  

Aprel 29, 2016 2:17

Çeçenistanın səhiyyə naziri vəzifəsinə azərbaycanlı təyin edildi

Rusiyanın Çeçenistan Respublikasının səhiyyə naziri azərbaycanlı Elxan Süleymanov  təyin olunub. apa--nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov öz "İnstagram" səhifəsində yazıb. O, Respublika Onkologiya Dispanserinin baş həkimi vəzifəsində çalışan Elxan Süleymanovu Çeçenistanın səhiyyə naziri təyin etdiyini bildirib. Qeyd edək ki, E.Süleymanov Azərbaycan Tibbi Universitetini fərqlənmə diplomu ilə bitirib. Bir müddət Bakıdakı Onkoloji Tibbi Mərkəzdə işləyib. Moskva N.N. Bloxin adına Rusiya Onkoloji Mərkəzinin bazasında aspiranturanı bitirən E. Sülymanov tibb elmləri namizədi elmi adına yiyələnib. ABŞ və Almaniyada təcrübə keçib.xeber100.com  

Aprel 29, 2016 2:10

“RİA Novosti”nin məlumatına görə…

Venesuelada dövlət qulluqçuları həftədə cəmi iki gün – bazar ertəsi və çərşənbə axşamı  çalışacaqlar.  “RİA Novosti”nin məlumatına görə,  hökumətin müvafiq qərarı  ötən gün ölkənin vitse-prezidenti Aristobulo İsturis tərəfindən elan edilib.   Aristobulo İsturis qeyd edib ki, belə bir qərarın çıxarılmasında məqsəd təşkilatlar və müəssisələr tərəfindən elektrik enerjisi tələbatının azaldılması olub. Qeyd edək ki,  Venesuela hökuməti bundan əvvəl elektrik enerjisinə qənaət olunması məqsədilə cümə günlərini qeyri iş günü elan edib, elektrik enerjisini məhdudiyyətlərə verilməsinə və hətta əqrəblərin yarım saat qabağa çəkilməsinə dair  qərar verib. Bu arada isə ölkənin ən iri “El Quri” su elektrik stansiyasının yerləşdiyi su anbarında suyun səviyyəsi tarixi aşağı göstəriciyə – 241,6 metrə düşüb. Bundan əvvəl ən aşağı göstərici – 244 metr 2003-cü ildə qeydə alınıb.xeber100.com  

Aprel 27, 2016 1:13

Pyotr Poroşenko Donald Tusk ilə vizasız rejimin tətbiqi məsələsini müzakirə edib

Ukrayna prezidenti Pyotr Poroşenko  Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə telefon danışığı zamanı Aİ-nin Ukrayna vətəndaşları üçün vizasız rejimin  tətbiqi məsələsini müzakirə edib. “Gazeta.ru”nun xəbərinə görə, bu barədə Ukrayna prezidentinin saytında dərc olunmuş məlumatda bildirilir. Məlumata görə, Poroşenko və Tusk yaxın perspektivdə yüksək səviyyədə keçiriləcək siyasi dialoq tədbirlərinin hazırlıq prosesini müzakirə ediblər. Məlumatda qeyd olunub ki, Tusk Aİ-nin Ukrayna ilə həmrəy olduğunu təsdiqləyib və Çernobıl faciəsinin fəsadlarının aradan qaldırılmasında ölkəyə hərtərəfli yardım göstərməyə hazır olduğunu  qeyd edib. Qeyd edək ki, Avropa Komissiyası aprelin 20-də Ukraynanı Aİ ilə vizasız rejimin tətbiq  edildiyi ölkələrin siyahısına daxil etməyi təklif edib.xeber100.com  

Aprel 27, 2016 1:09

“Gazeta.ru”nun verdiyi xəbərə görə…

ABŞ-da bu ilin noyabrında keçiriləcək prezident seçkilərinin ilkin mərhələsi davam edir. “Gazeta.ru”nun verdiyi xəbərə görə, növbəti praymerizlər ölkənin 5 ştatında keçirilib. Keçirilən praymerizlərdə  respublikaçılardan Donald Trampın 5 ştatın hamısında qələbəsi artıq təsdiqlənib. Namizədin ötən gün Rod Aylend, Delaver, Konnektikut, Pensilvaniya və Merilend ştatlarında keçirilən praymerizlərdə böyük fərqlə üstünlük qazandığı bildirilir.xeber100.com    

Aprel 27, 2016 1:02
    Page 283 of 301« First«...102030...281282283284285...290300...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az