“TransRusiya” Beynəlxalq nəqliyyat-logistika xidmətləri və texnologiyalar sərgisi keçirilir

19-22 aprel tarixlərində Moskva şəhərində 21-ci TransRusiya nəqliyyat-logistik xidmətlər və texnologiyalar sərgisi keçirilir. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, "TransRusiya" nəqliyyat-logistik xidmətlər və texnologiyalar sərgisi Rusiya Federasiyası, MDB-nin üzvü olan digər ölkələr məkanında ən iri sərgilərdəndir. Sərgidə dəmir yollarının, liman və yük terminallarının milli, eləcə də beynəxalq səviyyəli yükdaşıyıcıları, ekspeditorları, operatorları, yüklərin daşınması və saxlanması üzrə avadanlıq və texnika istehsalçıları, həmçinin gömrük brokerləri, sığorta şirkətləri təqdim olunur. "TransRusiya" sərgisi RF-nın Nəqliyyat Nazirliyi, həmçinin Dövlət Dumasının energetika, nəqliyyat və rabitə Komitəsinin, nəqliyyat üzrə Federal nəzarət xidmətinin, Federal dəmir yolu nəqliyyatı Agentliyinin, Federal dəniz və çay nəqliyyatı Agentliyinin, "Rusiya Dəmir Yolları" ASC-nin, Rusiya Ekspeditorlar Assosiasiyasının və digər qurum və sahə assosiasiyalarının təşkilatçılığı ilə keçirilir. "TranRusiya" sərgi pavilyonunun səhəsi 18000 kv.m-dən artıq bir səhəni əhatə edir. 4 gün ərzində sərgiyə Rusiyanın 71 rergionundan və 50 xarici ölkədən 14716-ya yaxın mütəxəssis baxış keçirəcək. Sərgidə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İqbal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.xeber100.com  

Aprel 19, 2016 3:50