Rusiya Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etməyəcək?!

“Ermənistan rəhbərliyi yaxşı başa düşür ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək niyyətində deyil. Çünki Rusiya rəhbərliyi Azərbaycanın Ermənistana qarşı ərazi iddiası olmadığını yaxşı anlayır. Azərbaycan işğal altındakı ərazilərini azad etmək istəyir. Bunu apa-nın Moskva müxbirinə müsahibəsində rusiyalı politoloq, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proqnozlarını açıqlayarkən deyib. O, Dağlıq Qarabağla bağlı planın yaxın vaxtlarda işə düşəcəyini də söyləyib. “ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin də razılaşdığı, vaxtilə Kazanda təklif olunan formul yaxın vaxtlarda tətbiq olunacaq. Həmin formula əsasən ilk olaraq Ermənistan işğalı altında olan 5 rayon Azərbaycana geri qaytarılacaq. Azərbaycan həmin ərazilərə vaxtı ilə oradan məcburi köçkün düşmüş vətəndaşlarını yerləşdirəcək. Daha sonra isə işğal altındakı 2 rayon və Dağlıq Qarabağın qaytarılması məsələsinə baxılacaq. Kazanda təklif olunan bu formulun bu hissəsi müəyyən müddət çəkəcək. Dmitri Medvedevin prezidentliyi dövründə Kazanda təklif olunan bu formulun əsas prinsipləri bundan ibarətdir. Ermənistan ilkin mərhələdə 7 rayondan 5-ni geri qaytarır. Həmin rayonlar regionda sülhə təminat vermək üçün hərbisizləşdirilir. Bütün bunların qarşılığında Azərbaycanın Ermənistana etdiyi güzəşt ona qarşı olan blokadanın aradan qaldırması olur”, - deyə politoloq qeyd edib. Markov bu ilin sonuna kimi Ermənistan işğalı altındakı 5 rayonun Azərbaycana qaytarılacağını da söyləyib:  “Dağlıq Qarabağın özü və ora azərbaycanlı əhalinin heç bir qarşıdurma olmadan qaytarılması ilə bağlı danışıqlar isə sonra başlayacaq. Bu proses uzun müddət çəkəcək. Qeyd etdiyim kimi, bu ilin axırına qədər 5 rayon tamamilə Azərbaycana qaytarılacaq və azərbaycanlı ailələr öz evlərinə qayıdacaq. Qalan 2 rayon və Dağlıq Qarabağın isə bu müddətdə qaytarılması mümkün olmayacaq”, - deyə politoloq bildirib. S.Markov bu gün Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həlli üçün əlverişli imkanın yarandığını da söyləyib.  “25 illik münaqişə bu gün diplomatik yolla həll oluna bilər. Prezident İlham Əliyev güclü diplomatdır. Əgər bir neçə il bundan qabaq münaqişənin daha çox Ermənistanın xeyrinə həll olunma ehtimali güclü idisə, bu gün münaqişənin Azərbaycanın xeyrinə həll olunmaq şansı daha böyükdür. Vaxt Azərbaycanın xeyrinə işləyir. Ona görə də, əgər münaqişə bundan sonra daha bir neçə il də həll olunmamış qalsa belə, bu, tamamilə Azərbaycanın xeyrinə həll yolu ilə nəticələnəcək. İldən-ilə münaqişənin Ermənistanın xeyrinə həll olunması şansları azalır”, - deyə politoloq vurğulayıb.xeber100.com  

Aprel 14, 2016 4:32

The Washington Post yazır…

 Dağlıq Qarabağda münaqişənin həll edilməsində Moskva müstəqil olaraq fəal şəkildə fəaliyyət göstərir, eyni zamanda Vaşinqton Ermənistan və Azərbaycan arasında baş verənlərdə iştirak etmir. Rusiya hakimiyyəti Cənubi Qafqaz dövlətlərini Qərbdən uzaqlaşdıraraq bundan istifadə edir. Regnum xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza “The Washington Post” qəzetində dərc olunmuş yazısında qeyd edib. Onun fikrincə, Moskva yalnız regionda öz nüfuzunu möhkəmləndirir – Rusiya prezidenti Vladimir Putin isə qətiyyətlə hərəkət edir ki, “Rusiyanın beynəlxalq nüfuzunu möhkəmləndirsin və Bakı ilə İrəvanı Qərbdən uzaqlaşdırsın”. Brayza xatırladıb ki, Rusiya və ABŞ ATƏT-in Qarabağ münaqişəsi üzrə 1994-cü ildə yaradılmış, Minsk qrupu çərçivəsində əməkdaşlığa davam edirdilər və məqalənin müəllifi də onun işində 2006-cı ildən 2009-cu ilə qədər iştirak edib. Ona görə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Moskva və Vaşinqton arasında əməkdaşlığın olmamasından təəccüblənir. “Bir çox ermənilər və azərbaycanlılar xarici oyunçunun öz dar siyasi maraqlarına görə, yerli hərbi rəisləri münaqişənin bərpasına sövq edəcəklərindən qorxublar”, – Brayza yazır. Putin intensiv diplomatiya aparmaqla vəziyyəti nəzarət altına alır, Obama isə buna uyğun heç bir maraq nümayiş etdirmir. Ağ Ev son hadisələrlə bağlı, hətta rəsmi bəyanat verməyib. Eyni zamanda Dövlət Departamentinin fəaliyyəti hadisənin dəhşətini əks etdirməyən yeni bir bəyanat verməklə və Con Kerinin rusiyalı həmkarı ilə bir neçə telefon danışığı aparması ilə məhdudlaşıb, Brayza yazır. Məqalənin müəllifi hesab edir ki, regiona belə diqqətsizlik Putinə Rusiya, Türkiyə, İran, Mərkəzi Asiya və Xəzərin enerji təminatçılarını birləşdirən regionda fəaliyyət göstərməyə imkan yaradır. Kreml bu regionu öz məqsədləri üçün istifadə edir.

Aprel 14, 2016 1:57