23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

İtaliya hökuməti Avropa Komissiyası ilə razılığa gəlib

İtaliya hökuməti illərdən bəri dövlət subsidiyaları hesabına ayaqda dura bilən “Alitalia” aviaşirkətinin yerini tutacaq yeni aviaşirkətlə bağlı Avropa Komissiyası ilə razılığa gəlib.Azərtac xəbər verir ki, “Italia Trasporto Aereo“ (ITA) adlanan yeni şirkət oktyabrın 15-də fəaliyyətə tam hazır vəziyyətdə olacaq və ilk uçuşlar da həmin ərəfədə baş tutacaq. Qeyd edilib ki, Avropa Komissiyası ilə əldə edilən əməli və balanslaşdırılmış razılaşma yeni şirkətin nizamnamə kapitalının artırılmasına da imkan verəcək.İtaliya mətbuatının məlumatına əsasən, rəsmi Brüssel və Roma arasında gedən danışıqlarda əsas mövzu yeni aviaşirkətin “Alitalia”dan tamamilə müstəqil olması olub. Əks halda “ITA” “Alitalia”nın indiyədək dövlətdən aldığı maliyyə vəsaitlərinə görə üzərinə öhdəlik götürməli olacaqdı. Bu da yeni yaranan şirkətin ilk gündən ağır maliyyə yükü altına girməsi demək olardı.İtaliyanın nəqliyyat naziri Enriko Cionannini bildirib ki, “ITA” ilə həm milli, həm də beynəlxalq bazarda rəqabət qabiliyyətinə və yüksək inkişaf perspektivinə malik yeni mühüm İtaliya aviaşirkəti yaranıb.xeber100.com

İyul 16, 2021 10:57

Türkiyə Böyük Millət Məclisində anım mərasimi keçirilib

Türkiyə Böyük Millət Məclisində (TBMM) 15 İyul-Demokratiya və Milli Birlik Günü ilə əlaqədar şəhidləri anım mərasimi keçirilib.Azərtac xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi mərasimdə əvvəlcə Türkiyənin dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib.Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və TBMM-nin sədri Mustafa Şəntop çıxış ediblər.Çıxışlarda 2016-ci il iyulun 15-dən 16-na keçən gecə ölkədə legitim hakimiyyəti hərbi yolla ələ keçirmək üçün törədilən hərbi çevriliş cəhdinin səbəb və məqsədlərindən, bu xain cinayətin qarşısını almaq üçün Türkiyə xalqının göstərdiyi qəhrəmanlıqdan və şücaətdən danışılıb. Şəhid və qazilərin ünvanına xoş ifadələr səsləndirilib.Qeyd edək ki, tədbirdə ölkəmizi Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi, deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirlidən ibarət heyət təmsil edib.xeber100.com

İyul 15, 2021 3:10

Moldovada keçirilən növbədənkənar parlament seçkilərində

Moldovada keçirilən növbədənkənar parlament seçkilərində ölkə Prezidenti Maya Sandunun rəhbərlik etdiyi “Fəaliyyət və Həmrəylik” partiyası qalib olub.Azərtac xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə əsasən, seçki bülletenlərinin 97,21 faizi hesablanıb. Hesablamaya görə “Fəaliyyət və Həmrəylik” partiyası seçicilərin 49,76 faiz səsini toplayıb. Moldovanın sabiq prezidenti İqor Dodonun sədri olduğu “Sosialistlər” partiyası isə 29,38 faiz səslə ikinci yerdədir. İş adamı yəhudi əsilli İlan Şorun rəhbəri olduğu partiya 6,18, digər tanınmış iş adamı, həm də Rusiya vətəndaşı Renato Usatıyın partiyası isə 4,25 faiz səs toplayıb.Qeyd edək ki, Moldovada erkən parlament seçkilərində 20 partiya, iki siyasi blok və bir müstəqil namizəd iştirak edib. Moldova parlamenti buraxılanadək “Fəaliyyət və Həmrəylik” partiyası Moldova parlamentində 15 mandata sahib idi. Ən çox deputat yeri isə sosialistlərin əlində idi. Onlar 37 mandatla təmsil olunurdular.xeber100.com

İyul 12, 2021 2:26

Xorvatiyada ən yüksək təhlükə – qırmızı təhlükə kodu elan edilib

Xorvatiyada kəskin istilər səbəbindən ən yüksək təhlükə - qırmızı təhlükə kodu elan edilib.Azərtac xəbər verir ki, Zaqreb, Osijecko-Baranja və Karlovatska bölgələrində havanın temperaturu gün ərzində müsbət 40 dərəcəyə qədər yüksəlib. Zaqrebin bir sıra bölgələrində 39 dərəcə isti qeydə alınıb.Meteoroloqların proqnozlarına görə, istilərin bir neçə gündən sonra geri çəkiləcəyi ehtimalı var. Bununla belə, vətəndaşlara xüsusilə yaşlılara ehtiyac olmadıqda evlərindən çıxmağı məsləhət görülmür.xeber100.com

İyul 11, 2021 2:26

Rixter cədvəli üzrə 4.3 bal gücündə zəlzələ baş verib

İyulun 10-da Türkiyə vaxtı ilə saat 17:43-də (Bakı vaxtı ilə saat 18:43) İzmir vilayətinin Karaburun rayonunda Rixter cədvəli üzrə 4.3 bal gücündə zəlzələ baş verib.Azərtac xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb. Bildirilir ki, yeraltı təkanın episentri 7.06 kilometr dərinlikdə qeydə alınıb.Ətraf vilayətlərdə də hiss edilən zəlzələnin nəticəsi barədə hələ ki, informasiya yoxdur.xeber100.com

İyul 10, 2021 10:27

South China Morning Post qəzeti yazır…

Çin hökuməti təhlükəsizlik məqsədilə 500 metrdən yüksək binaların tikintisini qadağan edib.Azərtac South China Morning Post qəzetinə istinadla xəbər verir ki, hökumət, həmçinin hündürlüyü 250 metrdən çox olan binaların tikilməsini məhdudlaşdırıb. Yüz metrdən hündür binaların inşasına isə yalnız o hallarda icazə verilir ki, həmin rayonlarda yanğının sürətlə söndürülməsi üçün bütün lazımi şərait olsun.Qəzetin məlumatına görə, dünyadakı super göydələnlərin yarısı Çində yerləşir.

İyul 9, 2021 10:27

Litva hökuməti fövqəladə vəziyyət rejimi elan edib

Litva hökuməti Belarus ilə sərhəddə qanunsuz miqrant axını ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi elan etmək qərarına gəlib.Azərtac xəbər verir ki, Litvanın daxili işlər naziri Aqne Bilotayte bununla əlaqədar fövqəladə əməliyyat üzrə operativ rəhbər təyin edilib.Litvanın Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib ki, sərhədçilər gün ərzində dövlət sərhədini qanunsuz şəkildə keçməyə çalışan 150 miqrantı saxlayıblar. Bu da əvvəlki sutkalıq göstəricilərdən təxminən üç dəfə çoxdur. Hazırda qeyri-leqal miqrantların yerləşdirilməsi məqsədilə 835 nəfərlik yer ayrılıb. Həmin yerlərdən 500-ü artıq tutulub.Carı ildə ümumilikdə 822 qanunsuz miqrant Belarus-Litva sərhədini keçməyə çalışıb ki, bu da 2020-ci illə müqayisədə on dəfə çoxdur.xeber100.com

İyul 4, 2021 2:17

COVID vaksinlərinin sayı 1,3 milyard dozaya çatıb

Çində vurulan COVID vaksinlərinin ümumi sayı həftə ərzində təxminən 9,2 faiz artaraq 1,3 milyard dozaya çatıb.Azərtac xəbər verir ki, bu rəqəmləri Çinin Gigiyena və səhiyyə məsələləri üzrə Dövlət Komitəsi açıqlayıb.Komitənin məlumatına görə, ölkədə indiyədək 1 milyard 296 milyondan çox peyvəndləmə aparılıb. Ötən sutka 12,8 milyon nəfər vaksinasiya edilib. Beləliklə, son 24 saatda koronavirus əleyhinə vurulan vaksin dozalarının miqdarı 1 faiz artıb. Ölkənin aparıcı mütəxəssislərinin fikrincə, ilin sonunadək Çində vaksinasiya səviyyəsi 80 faizə yüksələ və sakinlərdə kollektiv immunitet formalaşa bilər.Əhalinin bu il aparılan son siyahıyaalınmasına əsasən, Çin sakinlərinin (Tayvan, Honkonq və Makao xüsusi inzibati rayonları daxil olmaqla) sayı 1,44 milyard nəfərdir.Vaksinasiyanın statistikasını aparan "Ourworldindata.org" saytının iyulun 3-nə olan məlumatına görə, dünya üzrə koronavirusa qarşı vurulan peyvənd dozalarının miqdarı 3 milyard 160 milyonu ötüb. Ümumilikdə 13 ölkədə əhalinin sayından çox vaksin dozası vurulub.xeber100.com

İyul 4, 2021 2:17

France Press agentliyinin məlumatı əsasında…

Filippinin cənub-qərbində hərbi təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların sayı 29 nəfərə yüksəlib, 50 nəfər isə xəsarət alıb.Azərtac xəbər verir ki, bu barədə France Press agentliyi Filippin rəsmilərinə istinadla məlumat yayıb. Onların sözlərinə görə təyyarənin göyərtəsindəki daha 17 nəfərin taleyi məlum deyil.İlkin məlumata görə, təyyarənin göyərtəsində 8 ekipaj üzvü də daxil olmaqla 92 nəfər olub.Xatırladaq ki, “C-130” hərbi təyyarəsi bu gün səhər saatlarında Sulu əyalətinin Holo adasına enməyə cəhd edərkən qəzaya uğrayıb.xeber100.com

İyul 4, 2021 2:12

Asiya İnkişaf Bankı Tacikistana 25 milyon dollar vəsait ayırıb

Asiya İnkişaf Bankı vaksin alınması üçün Tacikistana 25 milyon dollar vəsait ayırıb.Azərtac xəbər verir ki, bu haqda jurnalistlərə Tacikistanın maliyyə naziri Fayziddin Kaxxorzoda bildirib. O deyib ki, bu vəsait peyvənd, şprislər və vaksini saxlamaq üçün soyuducular alınmasına xərclənəcək.Qeyd edilib ki, ötən ayın sonunda ölkəyə 300 min doza Çin vaksini gətirilib, bu, dost ölkənin hədiyyəsidir. "COVAX" proqramı çərçivəsində Dünya Səhiyyə Təşkilatı da ölkəyə192 min doza “AstraZanesa” vaksini göndərib.Qeyd olunub ki, indiyədək Tacikistanda 205 min insan peyvənd edilib.Xatırladırıq ki, Tacikistanda mütləq vaksinasiya elan olunub.xeber100.com

İyul 4, 2021 2:09
    Page 29 of 299« First«...1020...2728293031...405060...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az