10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Fox News yazır…

  ABŞ prezidenti Barak Obama Liviyaya müdaxiləni hakimiyyətdə olduğu dövrdə özünün ən böyük səhvi adlandırıb. APA-nın məlumatına görə, bu barədə ABŞ prezidenti “Fox News”-a müsahibəsində bildirib. “Liviyaya hərbi müdaxilədən sonra növbəti addımlarla bağlı planın mövcud olmaması böyük səhv idi. Həmin an qərarımın düzgün olduğuna əmin idim. Hakimiyyətdə olduğum dövrdə ən böyük nailiyyət isə Amerikanın iqtisadi böhrandan qurtulması olub”, - deyə Obama qeyd edb. Qeyd edək ki, Liviyada vətəndaş müharibəsi 2011-ci ildə başlayıb. Münaqişə nəticəsində ölkə  rəhbəri Müəmmar Qəddafi öldürülüb, Liviya iki əks düşərgəyə bölünüb. Ölkənin ayri-ayrı əraziləri isə İŞİD terror təşkilatının silahlılarının nəzarəti altına keçib. xeber100.com  

Aprel 11, 2016 12:12

Keyko Fuhimori 37,8% səslə liderdir

Peruda prezident və parlament seçkiləri başa çatıb. Reuters agentliyinin verdiyi məlumata görə, səsvermənin ilkin nəticələri yerli vaxtla saat 21:00-da açıqlanacaq. Ekzit-polların nəticələrinə əsasən, prezident seçkilərinin ilk turunda Keyko Fuhimori 37,8% səslə liderdir. Qeyd edək ki, sağ mərkəzçi “Xalqın gücü” partiyasının namizədi olan Keyko Fuhimori Perunun sabiq prezidenti Alberto Fuhimorinin qızıdır.  

Aprel 11, 2016 11:55

İŞİD terror təşkilatı ilə mübarizə

ABŞ dövlət katibi Con Kerri gözlənilmədən İraqa səfər edib. “Frans-Press” agentliyinin verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi bildirib. Səfərin məqsədi İŞİD terror təşkilatı ilə mübarizə məsələlərini ölkə rəhbərliyi ilə müzakirə etməkdir. Səfər çərçivəsində C. Kerri İraqın baş naziri Heydər Əl-Abadi, xarici işlər naziri İbrahim əl-Cəfəri və İraq Kürdüstanının regional hökumətinin baş naziri Nəçirvan Bərzani ilə görüşəcək.  

Aprel 8, 2016 12:13

Beynəlxalq hüquq çərçivəsində münaqişələrin sülh yolu ilə həlli

“Üzv dövlətlər arasında münaqişələr ciddi narahatlıq doğurur və avropalılar olaraq bu münaqişələrin həllini tapmaq bizim öhdəliyimizdir”. APA-nın xəbərinə görə, bunu AŞPA prezidenti Pedro Aqramunt deyib. “Dondurulmuş münaqişələr” mövzusuna toxunan P. Aqramunt parlament diplomatiyasının bu məsələdə rol oynaya biləcəyi vurğulayıb. “Parlamentarilər arasında dialoq bizim əlimizdəki əsas vasitədir və beynəlxalq hüquq bunun üçün müvafiq hüquqi çərçivə təmin edir. Biz beynəlxalq hüquq çərçivəsində münaqişələrin sülh yolu ilə həlli səylərini dəstəkləməliyik”, - deyə R. Aqramunt qeyd edib. xeber100.com  

Aprel 8, 2016 11:54

Ukrayna-Avropa İttifaqı sazişinə əngəl törədilməyəcək

Ukrayna və Avropa İttifaqa arasında imzalanan assosiasiya haqqında sazişə dair qərara yenidən baxıla bilər. “Kommersant”-ın verdiyi məlumata görə, bunu Niderlandın baş naziri Mark Rütte bəyan edib. “Məsələyə müxtəlif səviyyələrdə müzakirə olunacaq, o cümlədən parlamentdə və Aİ-də. Bu müəyyən müddət tələb edəcək. Bu proses bir neçə həftə uzana bilər”, deyə M.Rütte bildirib. Aprelin 6-da Niderlandda Ukrayna və Avropa İttifaqı arasında imzalanan assosiasiya haqqında sazişin məqsədəuyğunluğuna dair referendum keçirilib. İlkin nəticələr görə, sazişin lehinə seçicilərin 38,1%-i, əleyhinə isə 61% səs verib. Qeyd edək ki, seçkinin nəticələri tövsiyə xarakteri daşıyır və mütləq qaydada icra edilməsi üçün hüquqi əsası yoxdur. 2014-cü ildə Ukrayna və Aİ arasında bağlanan assosiasiya haqqında sazişi Avropa İttifaqına üzv olan 28 ölkənin parlamenti ratifikasiya edib. Bundan əvvəl Ukrayna prezidenti Petro Poroşenko Niderlandda keçiriləcək referendumun Ukrayna-Avropa İttifaqı sazişinə əngəl törətməyəcəyini bildirib.  

Aprel 7, 2016 1:51

8 universitetdə ali təhsil almaq hüququ

Amerikalı Auqust Uvamanzu- Nna eyni vaxtda 8 universitetdə ali təhsil almağa haqq qazanıb. musavat.com xəbər verir ki, 17 yaşlı qız Nigeriyadan gələn miqrantın qızıdır. Məktəbi bitirəndən sonra Auqusta sənədlərini bir neçə ixtisas üzrə verib. Ona Braun, Kolumbiya, Kornel, Pensilvaniya universitetindən müsbət cavab gəlib. Məzunu eyni zamanda Prinston, Yöll, Harvard və Darmut kollecindən dəvət ediblər. Qız hələ harada oxuyacağı ilə bağlı qərar qəbul etməyib. “Bu universitetlərdən hər hansı birində oxumaq mənim üçün böyük şərəf olacaq” deyən gənc qızın sözlərinə görə, valideynləri ona hər zaman məktəbdə dayanmadan, əzmlə oxumağı tapşırıblar. Hətta orta təhsilini bitirəndən sonra amerikalı “Intel Science Talent Search” adlı istedadlar yarışında finala çıxıb. Bundan başqa, 2016-cı ildə Ağ Evdə keçirilən elmi nailiyyətlərlə bağlı sərgiyə də dəvət qazanıb.  

Aprel 7, 2016 1:30

NATO-dan sərt bəyanat!

Rusiya sərhədləri ətrafında öz təsir dairəsini bərpa etməyə çalışır. Reuters agentliyinin məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib. “Rusiya sərhədləri ətrafında təsir dairəsini bərpa etməyə çalışır. Bu qəbuledilməzdir, çünki bu beynəlxalq norma və dövlətlərin ərazi bütövlüyünü pozur”, deyə Y.Stoltenberq bildirib. Onun sözlərinə görə, Suriyada rəsmi Moskvanın əsas məqsədi prezident Bəşər Əsədi müdafiə etməkdir: “Bu məqsədlə ruslar orada qoşun yerləşdiriblər. Hərbi kontingentin azaldılmasına baxmayaraq, Rusiya öz hərbi iştirakını Suriyada saxlayır”.  

Aprel 7, 2016 1:23

“Ağrı Qartalları” Qarabağa göndərilib…

Terrorçu PKK qruplaşması Ermənistana dəstək məqsədilə 400 silahlı göndərib. Report  xəbər verir ki, həmin terrorçular PKK-nın Kandil dağı (İraq ərazisi) və Kamışlıdakı (Suriya) düşərgələrindən çıxaraq, Ağrı dağı ərazisindən Ermənistana keçiblər. Ermənistanda silahlılara terrorçu PKK-ya aid "Ağrı Qartalları" adlı qrupun erməni əsilli üzvləri Livan Karadağ, Hemaran Kervaçyan və Servet Bagopşin bələdçilik edib. Onlar üçün Ermənistanın Göyçə gölü (Sevan) sahillərində Vardenis (Göyçə) rayonunda düşərgə salınıb. Terrorçu PKK silahlıları Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərilib. Onlar Azərbaycanın işğal altında olan Ağdam, Cəbrayıl, Zəngilan və Füzuli rayonlarına yerləşdiriliblər. Məlumata görə, bu planı KCK ("Kürd İcmaları Birliyi") adlı terrorçu təşkilatın İdarə heyətinin həmsədri Bese Hozat həyata keçirir. O, Türkiyənin Tunceli bölgəsində anadan olub. Ermənistana keçən 400 silahlıdan 150-sinin terrorçu PKK-nın Suriyadakı qolu PYD üzvü olduğu deyilir. Onların arasında erməni etnik qrupuna məxsus silahlının da olduğu bildirilib. Qeyd edək ki, Moskvada terrorçu PYD-nin nümayəndəliyi fəaliyyət göstərir.  

Aprel 7, 2016 1:10

ABŞ-Fars körfəzi sammitinə hazırlıq işləri

ABŞ dövlət katibi Con Kerri Fars Körfəzi Əməkdaşlıq Şurası xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Bəhreynə gəlib. “Anadolu” agentliyinin verdiyi xəbərə görə, səfər çərçivəsində ABŞ dövlət katibi Bəhreynin kralı  Həməd bin İsa Ali Xəlifə ilə də görüşəcək. Con Kerrinin Bəhreynə səfəri üç gün davam edəcək. Dövlət katibi Fars Körfəzi Əməkdaşlıq Şurası xarici işlər nazirləri ilə aprelin 21-də keçiriləcək ABŞ-Fars körfəzi sammitinə hazırlıq işlərini müzakirə edəcək.  

Aprel 7, 2016 12:59

Rusiyalı jurnalistlər Dağlıq Qarabağ münaqişəsini qeyri-obyektiv işıqlandırırlar

Bəzi rusiyalı jurnalistlər Dağlıq Qarabağ münaqişəsini qeyri-obyektiv işıqlandırıblar.Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova deyib. O, "Lifenews" əməkdaşının Azərbaycandan çıxarılması barədə sualı cavablandırarkən bildirib: "Mən Dağlıq Qarabağ münaqişəsini işıqlandıran rusiyalı jurnalistlərin yolverilməz reportajlarını gördüm. Jurnalistlər obyektiv olmalıdır və heç bir tərəfi tutmamalıdırlar. Çox vaxt belə reportajlar tərəflərin barışması əvəzinə bir-birinə qarşı nifrətini oyadır".  

Aprel 6, 2016 1:06
    Page 291 of 301« First«...102030...289290291292293...300...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az