Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili sabiq baş nazir Bidzina İvanişvilini yalançı adlandırıb və onu “Qazprom”un əsas səhmdarlarından biri olmaqda ittiham edib.
Gürcüstan KİV-nin məlumatına görə, Odessa vilayətinin qubernatoru rəsmi Tbilisinin Rusiyadan qaz almaq niyyətinin əsas lobbiçisinin İvanişvili olduğunu deyib.
“Ölkədəki əsas rusmeylli şəxs Bidzina İvanişvili “Qazprom”un əsas səhmdarıdır. O bizi aldadaraq, “Qazprom”la əlaqəsinin olmadığını deyirdi, lakin İsveçrədə dərc olunan xüsusi hesabatda onun şirkətin əsas səhmdarı olduğu göstərilir. O, sizi aldadıb. “Qazprom”un əsas səhmdarı Kremldən əmrlər alır. Yoxsa “KQB” sizcə, kiməsə “Qazprom” səhmdarı olmağa icazə verərdi”.
Saakaşvili 2005-ci ildə Gürcüstanda qaz böhranı yaşananda Azərbaycanın öz əhalisinin yarısından çoxunun qazını kəsdiyi və gürcülərə verdiyin xatırladıb.
“Doğurdan, siz unutqansınız, bəlkə “Silknet”siniz. “Qazprom” 2005-ci ildə bütün Gürcüstanın qazını kəsdi, boğazımızdan yapışdı, Azərbaycan isə əhalisinin yarısından çoxuna qaz vermədi ki, bizi istisin. Sonra isə bizə elə ucuz qaz müqaviləsi təklif etdi ki, bu dünyanın heç bir yerinə yoxdur. Bundan sonra Azərbaycan bizim haqda nə düşünəcək – gürcülərin yaxşlıq qədri bilməyən xalq olduğunu? Xalqı günahlandırmaq lazım deyil, səriştəsiz hakimiyyəti ittiham etmək lazımdır. Bu faktlardır”. Xəbər100