10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Regional mövzular ətrafında fikir mübadiləsi

Martın 31-də Vaşinqtonda ABŞ-ın vitse-prezidenti Cozef Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək. Bu barədə Baydenin mətbuat xidməti məlumat yayıb. Türkiyə prezidentinin nümayəndələrinin məlumatına görə, Ərdoğan nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün bu gün ABŞ-a yola düşəcək. Məlumata görə, səfər aprelin 2-dək davam edəcək. İkitərəfli görüşlərdə nüvə təhlükəsizliyi ilə bağlı məsələlərlə yanaşı Paris, İstanbul, Ankara və Brüsseldə törədilmiş terror aktlarının müzakirə ediləcəyi, regional mövzular ətrafında fikir mübadiləsi keçiriləcəyi gözlənilir. Qeyd edək ki,  nüvə təhlükəsizliyi sammiti martın 31-dən aprelin 1-dək davam edəcək.  

Mart 30, 2016 11:36

Türkiyəyə qarşı hücumlara son qoyulmalıdır!

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Süzan Rays və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Yaxın Şərqdəki vəziyyəti, o cümlədən Kürd Fəhlə Partiyası (PKK) fəaliyyətini müzakirə ediblər. APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir. “Süzan Rays PKK-nın hərəkətlərini pisləyərək Türkiyəyə qarşı hücumlara son qoymağa çağırıb. Eyni zamanda İŞİD-in Türkiyəyə qarşı hücumlarını pisləyən müşavir terrorizmlə birgə mübarizədə Türkiyəyə edəcəkləri kömək ilə bağlı ABŞ-ın öhdəliklərini təsdiqləyib”, məlumatda deyilir. Bununla belə, S.Rays Türkiyə hökumətini ölkə konstitusiyasına uyğun olaraq ümumbəşər demokratik dəyərlərə sadiq qalmağa çağırıb.  

Mart 29, 2016 12:57

“Daily Star” qəzeti yazır…

Böyük Britaniyanın “Daily Star” qəzeti Rusiyanın hərbi potensialının NATO-nu 10 dəqiqə ərzində məhv etməyə kifayət etdiyini yazıb. Qəzet onu da xəbər verir ki, Rusiyanın arsenalındakı nüvə arsenalı NATO-nunkundan 10 dəfə çoxdur. “Amerikalı ekspertlərin hesablamalarına görə cənab Putinin 890 nüvə başlığı daim hazır vəziyyətdədir və bir neçə dəqiqə ərzində istənilən hədəfi vura bilər. Həmin raketlərdən birinin gücü isə Hirosimadakı faciədən min dəfə dəhşətli dağıntılar yaradacaq”. Qəzetin məlumatına görə nüvə başlıqlı raketlər Ujur, Kozelsk, Tatişevo və Dombarovsk rayonlarında yerləşdirilib. “Daily Star” 2016-cı ildə Rusiyanın NATO sərhədlərində aktivliyinin daha da artacağını proqnozlaşdırır. “Pentaqonun kəşfiyyat idarəsinin rəisi Vinsent Süart 2016-cı ildə Rusiyanın NATO sərhədlərindıə aktivliyinin artdığını bildirib. Suriyada hava əməliyyatları, Ukraynadakı hərbi müdaxilə və Arktikadakı intensiv hərbi militaristləşmə Rusiyanın artan aqressivliyinin sübutudur”. Britaniya qəzeti Rusiyanın 3-cü Dünya Müharibəsinin başlayacağı təqdirdə NATO-nun 10 dəqiqəyə məhv edə biləcəyini deyib.

Mart 28, 2016 8:21

Rusiyaya xəbərdarlıq…

Ukrayna Prezidenti Pyotr Poroşenko Donbas səfəri zamanı deyib. O, sərt şəkildə Rusiyaya müraciət edib: “Donbasda sülhü bərpa etmək lazımdır. Bu, çox vacibdir. Donbasda silah səsləri, tankların gurultusu eşidilməməli, ukraynalılar ölməməlidir. Biz Minsk sazişi zamanı Rusiyanın öz qoşunlarını buradan çıxaracağına ümid edirdik. Donbasdan onlara müraciət edərək bildirirəm ki, biz ukraynalılar heç nə istəmirik. Rədd olun!". Qeyd edək ki, Rusiyadan dəstək alan separatçılar 2014-cü ilin aprelində Ukraynanın şərqindəki Donbas və Luqansk vilayətlərində mərkəzi hökumətə qarşı çıxıb və xalq respublikaları yaradıblar.

Mart 28, 2016 5:41

Pamfilova MSK-ya sədr seçilib

Ella Pamfilova Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) yeni sədri seçilib.  Rianovostinin məlumatına görə, yeni tərkibin 14 üzvü öz səsi ilə onu dəstəkləyib. Sədrliyə digər namizəd Serqey Sirotkina isə 1 səslə məğlub olub. Xatırladaq ki, E.Pamfilova artıq MSK-da struktur islahatı haqqında yeni təklifini də irəli sürüb. Onun fikrincə vitse-sədr sayını məhdudlaşdırmaq lazımdır. Bundan başqa MSK-nın tərkibi 60% dəyişib. 15 nəfərdən 9-u, o cümlədən Komissiyanın keçmiş sədri Vladimir Çurov yeni müddətə seçilməyib.

Mart 28, 2016 1:53

Könüllü hərbi xidmət

Türkiyədə qadınlar könüllü olaraq hərbi xidmətə gedəcək Türkiyə mətbuatının məlumatına görə, bu, Türkiyə Müdafiə Nazirliyi və Baş Qərargahın ölkədə hərbi xidmətlə bağlı üzərində çalışdığı islahatlar paketində yer alıb. Qadınlar üçün könüllü əsgərliyin də daha qısa müddəti əhatə etməsi nəzərdə tutulur. Həmin müddətdə qadınlara əsgərliklə bağlı əsas təlimlər keçiriləcək. Qeyd edək ki, hazırda Avstriya, Danimarka, Finlandiya, İsveçrə, Litva və Yunanıstanda qadınlar könüllü əsgərlikdə ola bilirlər. Norveç 2015-ci ildə qadınlar üçün məcburi hərbi xidmətlə bağlı qanun qəbul edib. İsraildə isə qadınlar 2 il məcburi hərbi xidmətdə olmalıdırlar

Mart 28, 2016 1:45

49 illik fasilədən sonra…

Ohayo ştatındakı Deyton universitetinin kitabxanasında maraqlı hadisə baş verib. İllər öncə Deyton universitetində təhsil alan tələbə tarixlə bağlı 49 il əvvəl götürdüyü kitabı bu yaxınlarda qaytarıb. Kitabla yanaşı, kitabxanaya üzrxahlıq məktubu da yazıb. Ceyms Filips adlı şəxs  yazıb ki, 1967-ci ildə birinci kursda oxuduğu zaman götürdüyü bu kitab onun kitab şkafında, kitabların arasında unudulub və bu günlərdə qəfil görüb. Kitabxana həmin şəxsi  məhkəmə yolu ilə cəzalandırmayıb. Amma onun kitabı qaytarmadığı hər sutkaya görə pul cəzası müəyyənləşdirilib və ümumi cəzanın məbləği 354 dollar edib. Lakin kitabxana rəhbərliyi Filipsin bu məsuliyyətsizliyini tənqid etsə də, onun bu dəyərli kitabı qaytardığını nəzərə alaraq, pul cəzasını tələb etməyib

Mart 28, 2016 1:38

Hərbi hazırlıqlar…

Martın 26-da Türkmənistan ordusu hazırlıq vəziyyətinə gətirilib. RİA "Novosti" agentliyinin  verdiyi xəbərə görə, prezident Qurbanqulu Berdiməhəmmədovun əmrinə əsasən Türkmənisan quru qoşunları, Hərbi Hava qüvvələri və Hərbi Donanma qüvvə və vasitələri qəfil həyacan siqnalı ilə döyüş hazırlığı vəziyyətinə gətirilib.Təlimin ssenarisinə əsasən terrorçu dəstələri aşkarlanaraq izlənməyə götürülüb və təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı hədəflər məhv edilib.

Mart 26, 2016 11:08

Hava limanında təhlükəsizlik rejimi

Brüsseldə baş vermiş hadisələrlə əlaqədar İstanbulun Atatürk aeroportunda gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq olunub. Anadolu agentliyi xəbər verir ki, hava limanında bütün sərnişinlərin əsaslı şəkildə yoxlanması, baqaj və əl çantalarına indiyədək baxış olsa da, bu iş daha da gücləndirilib. Aeroportun ərazisinin yoxlanışı aparılır, hava limanına daxil olan və çıxan sərnişinlər üzərində nəzarət gücləndirilib.

Mart 26, 2016 10:38

Terror aktları ilə bağlı xəbərdarlıq

Türkiyə polisi Pasxa zamanı İŞİD terror qruplaşması tərəfindən kilsələrdə və sinaqoqlarda törədilə biləcək terror aktları ilə bağlı xəbərdarlıq edib.  Türkiyə mətbuatının məlumatına görə, bu barədə polisin dərc etdiyi xəbərdarlıqda bildirilir. Xatırladaq ki, polis bir müddət əvvəl İstanbulda törədilən terror aktına görə məsuliyyəti İŞİD qruplaşmasının üzərinə qoyub.

Mart 26, 2016 10:19
    Page 294 of 301« First«...102030...292293294295296...300...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az