Avropaya xəbərdarlıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terror hücumları ilə bağlı Avropa, ABŞ və Rusiyaya xəbərdarlıq edib. Ərdoğan Rusiyanın istənilən şəhərində terror aktının törədilə biləcəyini bəyan edib.Onun sözlərinə görə, Rusiya zənn edir ki, Moskvada terrorçulara ofis açdırdısa, onlara bol-bol silah verdisə, heç bir problem olmayacaq.”Yanılırlar. Bumeranq kimi qayıdıb bir gün səni vuracaq. Bunu da bil. Ankarada məsum xalqı hədəfə alan, terror aktı törədən təşkilat heç bir insani və əxlaqi dəyəri qalmayan bir qruplaşmadır. Onlar üçün Ankara ilə Londonun, İstanbul ilə Berlinin, Nyu-York ilə Moskvanın fərqi yoxdur.Bu gerçəyi görmək üçün nə çox dərin kəşfiyyat məlumatlarına, nə də dəqiq ünvanlara sahib olmağa ehtiyac yoxdur. Hər şey bütün çılpaqlığı ilə ortadadır. Siz terrorçulara müxtəlif səbəblərə görə qucaq açır, birlikdə yola davam etməyə çalışırsınız. O terrorçu əvvəl-axır silahını, bombasını sizə də çevirəcək. Dəvəquşu kimi başınızı quma soxaraq ortadakı gerçəyi dəyişdirə bilməyəcəksiniz”, – Ərdoğan deyib.Bundan əvvəl isə Ərdoğan Belçika və Hollandiya güc strukturlarını səriştəsizlikdə, qeyri peşəkarlıqda təqsirləndirib. Türkiyənin deportasiya etdiyi, sonradan Brüsseldə partlayış törətmiş döyüşçü barəsində lazımi ölçülərin götürülməməsini pisləyib.Ərdoğan deyib ki, Brüsseldə partlayış törədən terrorçulardan biri İbrahim Əl Bakrui 2015-ci ilin iyun ayında, Suriya ilə sərhəddə yerləşən Qaziantep vilayətində saxlanılmış və öz istəyi əsasında Niderlanda deportasiya olunmuşdu. Türkiyə hökuməti onun xarici döyüşçü olduğunu bildirsə də Niderland və Belçika hökumətləri onun barəsində heç bir tədbir görməyib.Martın 22-də səhər saatlarında Brüssel beynəlxalq hava limanında 2 güclü partlayış baş verib. Üçüncü partlayış isə qısa müddət sonra “Malbek” metrostansiyasında vaqonda baş verib. Partlayışlara görə məsuliyyəti İŞİD terrorçu qruplaşması öz üzərinə götürüb.Silsilə terror aktları nəticəsində 34 nəfər ölüb, 250 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Hökumətin fikrincə, həmin partlayışda bir neçə terrorçu iştirak edib.

Mart 26, 2016 9:57

Səriştəsiz hakimiyyəti ittiham etmək lazımdır

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili sabiq baş nazir Bidzina İvanişvilini yalançı adlandırıb və onu “Qazprom”un əsas səhmdarlarından biri olmaqda ittiham edib. Gürcüstan KİV-nin məlumatına görə, Odessa vilayətinin qubernatoru rəsmi Tbilisinin Rusiyadan qaz almaq niyyətinin əsas lobbiçisinin İvanişvili olduğunu deyib. “Ölkədəki əsas rusmeylli şəxs Bidzina İvanişvili “Qazprom”un əsas səhmdarıdır. O bizi aldadaraq, “Qazprom”la əlaqəsinin olmadığını deyirdi, lakin İsveçrədə dərc olunan xüsusi hesabatda onun şirkətin əsas səhmdarı olduğu göstərilir. O, sizi aldadıb. “Qazprom”un əsas səhmdarı Kremldən əmrlər alır. Yoxsa “KQB” sizcə, kiməsə “Qazprom” səhmdarı olmağa icazə verərdi”. Saakaşvili 2005-ci ildə Gürcüstanda qaz böhranı yaşananda Azərbaycanın öz əhalisinin yarısından çoxunun qazını kəsdiyi və gürcülərə verdiyin xatırladıb. “Doğurdan, siz unutqansınız, bəlkə “Silknet”siniz. “Qazprom” 2005-ci ildə bütün Gürcüstanın qazını kəsdi, boğazımızdan yapışdı, Azərbaycan isə əhalisinin yarısından çoxuna qaz vermədi ki, bizi istisin. Sonra isə bizə elə ucuz qaz müqaviləsi təklif etdi ki, bu dünyanın heç bir yerinə yoxdur. Bundan sonra Azərbaycan bizim haqda nə düşünəcək – gürcülərin yaxşlıq qədri bilməyən xalq olduğunu? Xalqı günahlandırmaq lazım deyil, səriştəsiz hakimiyyəti ittiham etmək lazımdır. Bu faktlardır”. Xəbər100

Fevral 22, 2016 4:23