30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Putin terror aktında ölənlərin ailəsinə başasağlığı verib

“Kreml dünən Ankarada baş verən terror aktını sərt şəkildə qınayır, ölənlərin ailəsinə başasağlığı verir, yaralıların isə tez sağalmasını diləyir”. Avropa.info xəbər verir ki, bu açıqlama ilə Putinin mətbuat katibi Dmitri Peskov çıxış edib. Peskov deyib ki, Putin dünən Macarıstan prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında Suriyadan gələn qaçqınlar məsələsinə də toxunub. Putin deyib ki, regiondakı problemləri həll etmək üçün birgə səy göstərmək lazımdır. Xüsusilə bəzi dövlətlərin ərazi bütövlüyünə yaranan təhdidlərlə mübarizə aparılmalı, təhlükəsizliyi təmin olunmalıdır. Peskov Putinin terrorçuluqla mübarizənin vacib olmasına dair fikrini də qeyd edib.

Fevral 18, 2016 5:07

Ankara hadisəsi ilə bağlı açıqlama

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ordunun baş qərargahının binasında Ankarada baş vermiş terror aktı ilə bağlı açıqlama verib. Avropa.info xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan baş qərargah rəisi Hulusi Akar, daxili işlər naziri Əfqan Əla və müdafiə naziri İsmət Yılmazın da iştirak etdiyi mətbuat konfransında məsələyə münasibət bildirib. "Bu hadisə onu göstərir ki, Türkiyədə son dövrlərdə baş verən terror aktlarına qarşı başladılan əməliyyatlar ciddi mənada nəticəsini verməkdədir. Bu aldığımız nəticələr xüsusilə ölkəmizdə, daha dəqiq desək bölgə xalqında müsbət nəticələr verməkdədir." Ərdoğan terror aktını həyata keçirənlərin məhz PYD terrorçuları olduğunu vurğulayaraq sözlərinə belə davam edib: “İstər PKK, istərsə də PYD-nin başında olanlar bu işin onlarla əlaqəsi olmadığı desələr də əldə olunan kəşfiyyat məlumatları bunun əksini deyir. Hadisənin onlar tərəfindən törədildiyi sənədlərlə sübuta yetirilmişdir. Hadisə ilə bağlı artıq 14 həbs olunub. Düşünürəm ki, həbs olunanların sayı artacaq”.xəbər100

Fevral 18, 2016 5:01

Hərbi Hava Qüvvələri təlim keçirir

Türkiyə və Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri birgə təlimlər keçirir. Bu barədə AFP agentliyinə Türkiyə hərbi mənbələrindən bildirilib. Qeyd olunur ki, beş gün davam edən təlimlərdə Səudiyyə Ərəbistanının altı F-15 qırıcı təyyarəsi iştirak edir. Təlimlər Türkiyənin Konya vilayətində həyata keçirilir.  

Fevral 16, 2016 5:59

Qurani-Kərim pulsuz paylanılıb

Yunanıstanın ən çox satılan qəzetlərindən olan To Vima ölkədə ilkə imza ataraq oxucularına Qurani-Kərim paylayıb. Dünya mətbuatı xəbər veriri ki, Yunanıstanın ən çox satılan qəzetlərindən olan To Vima ölkədə ilkə imza ataraq oxucularına Qurani-Kərim paylayıb. Hər həftə bir müqəddəs kitabı oxuyucularına çatdıran To Vima qəzeti yeni sayında yunan dilinə tərcümə edilmiş Qurani-Kərimi pulsuz paylayıb. Əksərən ortodokslardan ibarət 11 milyon əhalisi olan Yunanıstanda 300 mindən çox müsəlman yaşayır.xəbər100  

Fevral 16, 2016 4:07

Stockholmda etiraz

  İsveçin paytaxtı Stockholmda Rusiya səfirliyi qarşısında toplanan bir qrup aktivist Rusiya və Bəşər Əsəd rejiminə etiraz edib. Avropa.info xəbər verir ki, İsveç Suriya Federasiyasının təşəbbüsü ilə reallaşan  etiraz aksiyasında təqribən  50 nəfər iştirak edib. Aksiyaçılar  "Diktator Əsəd, qatil Əsəd", "Qatil Rusiya, diktator Putin Suriyadan rədd ol" şuarları səsləndiriblər.  

Fevral 15, 2016 2:50

Rusiya iqtisadiyyatı böhrana doğru

2030-cu ilə kimi Rusiya iqtisadiyyatı ildə cəmi 1-1,3% artacaq. Avropa.info xəbər verir ki, gələcək 15 ildə ölkə ÜDM-i 13% artacaq. Müqayisə üçün demək lazımdır ki, sadəcə 2011-2013-cü illərdə bu miqyasda artım qeydə alınmışdı. 2014-cü ildə qeydə alınan ÜDM yalnız 2020-ci ildə özünü bərpa edəcək. 2014-cü ildə verilən maaşlar isə yalnız 10 ildən sonra qayıdacaq. Bütün bu məlumatlar Rusiya Maliyyə Nazirliyinin hesabatında öz əksini tapıb. Nazirlik bildirir ki, ölkə struktur islahatlar keçirməsə bu ssenari ilə üz-üzə qalacaq. Bu ssenariyə əsasən neftin bir barelinin qiyməti 40 dollar olmalıdır. Rusiyanın neft hasilatının artım səviyyəsi 2016-cı ildə tamamilə dayanacaq. İnflyasiya 2017-ci ildə 4% təşkil edəcək, 2030-cu ilə kimi 2,6% təşkil edəcək. Maliyyə nazirliyinin nümayəndəsi bildirib ki, struktur islahatlar keçirmək üçün neftin bir barelinin 50 dollar olması lazımdır. Xəbər100

Fevral 15, 2016 2:14

“Raduş Şimal” hərbi manevrləri başladı

Səudiyyə Ərəbistanına "Raduş Şimal" (Şimalın göy gurultusu) adlı hərbi manevrlərdə iştirak edəcək 20 ərəb və İslam ölkəsinin hərbi birlikləri toplaşır. APA-nın Səudiyyə Ərəbistanının SPA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu manevrlər "bölgə tarixinin ən böyük hərbi manevri" adlandırılıb. Manevrlərin keçirilməsinə səbəb kimi Səudiyyə Ərəbistanı və digər ölkələrin bölgədə sülh və sabitliyi qorumaq, ortaya çıxan problemləri birgə həll etmək mesajı vermələri göstərilib. Hərbi manevrlərə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn, Seneqal, Sudan, Küveyt, Maldiv, Mərakeş, Pakistan, Çad, Tunis, Komor, Cibuti, Umman Sultanlığı, Qətər, Misir, Mavritaniya, Mauritius və digərləri qoşulacaq.  

Fevral 15, 2016 1:54

Müasir standartlara uyğun 13 otel inşa edilir

2017-ci ilin sonuna qədər Gürcüstanda müasir standartlara uyğun 13 otelin inşası başa çatdırılacaq. Bu barədə qonşu ölkənin Milli Turizm Administrasiyanın rəhbəri Georgi Çoqovadze məlumat verib. Onun sözlərinə görə, otellərdən 7-si paytaxt Tbilisidə tikilir. Bunlar Hilton Garden Inn, Park Inn by Radisson, Millenium Hotel, Rixos, Hyatt Regency, Moxy Mariott и Intercontinental otelləridir. Eyni zamanda kurort şəhəri olan Batumidə (Acarıstanın mərkəzində) 4 otelin - Crown Plaza, Babylon tower, Cube tower и Princess hotelin inşası həyata keçirilir. Bundan başqa, Sinandali şəhərində (kaxetiya regionuna daxildir) Radisson Blu Resort və Kutaisi şəhərində (İmereti regionuna daxildir) Best Western otellərinin tikintisi davam edir. Xatırladaq ki, 2015-ci ildə Gürcüstan paytaxtında 11, Batumidə 4, Acarıstanın Çakvi bölgəsində (Samsxe-Çavaxetiyadakı Vardziya mağaralaq kompleksinə və Borjimi şəhərinə yaxın) 1 yeni otel istifadəyə verilib. Ötən il bu ölkədə 1500 yerləşdirmə obyekti qeydə alınıb ki, bu da 51 mindən çox yataq yeri deməkdir.xəbər100    

Fevral 15, 2016 1:46

PKK-nı dəstəkləyən ölkələr

Terrorçu PKK qruplaşmasına 20-yə yaxın ölkə silahla dəstək verir. Bu haqda Türkiyə KİV-i məlumat yayıb. Məlumata görə, terrorçu PKK-nın Türkiyədə uşaqları, qadınlar və başqa dinc sakinləri öldürdüyü silahların çoxu Rusiya, keçmiş SSRİ-nin siyasi-ideoloji blokuna aid Şərqi Avropa ölkərləri və Çində istehsal olunub. Bir qisim silah-sursat isə ABŞ, Almaniya, Britaniya, İtaliya və İspaniya silah şirkətlərinin - hərbi sənayesinin məhsullarıdır. (report) Terrorçuların Türkiyədə partlayışlar törətdiklər plastik partılayıcılar isə Portuqaliyada istehsal edilib. Bundan başqa, PKK silahlılarının əlində İran-İraq müharibəsi zamanından qaldığı iddia edilən partlayıcı maddə və qurğular da var. "SA" ("Yer-Hava"), "SAM-7", "Strela", "İqla" tipli raketlər başda Rusiya və Ermənistan olmaqla, Şərqi Avropa bloku ölkələri, İran də Suriya istehsalıdır.xəbər100    

Fevral 13, 2016 2:35

“Pantsir-S1” İraqa göndərildi

Rusiya iki ölkə arasında imzalanmış müqavilə çərçivəsində İraqa "Pantsir-S1" zenit-raket kompleksləri göndərib. Bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. "Bağdad 20-dən artıq "Pantsir-S1" zenit-raket kompleksi ilə təmin edilib", - mənbə bildirib. Qeyd edək ki, rəsmi olmayan məlumata görə, 2012-ci ildə Rusiya ilə İraq arasında dəyəri 4,2 milyard dollarlıq müqavilə imzalanıb. Müqavilə çərçivəsində Rusiya Bağdadı 30 ədəd Mi-28 hərbi vertolyotu, o cümlədən 24 "Pantsir-S1" kompleksləri ilə təmin edib.xəbər100  

Fevral 12, 2016 6:04
    Page 296 of 301« First«...102030...294295296297298...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az