23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

10 mlrd. dollarlıq yardım

Rusiya mətbuatından əldə olunan məlumata görə, Londonda keçirilən Suriyaya dair donor konfransının iştirakçı ölkələri suriyalılar üçün 10 mlrd. dollardan çox yardımın toplanması ilə bağlı razılığa gəliblər. “2016-cı ildə 6 mlrd dollar ayrılacaq, daha 5 mlrd. dollar isə uzunmüddətli perspektivə hesablanıb və 2020-ci ilədək ayrılacaq”, - deyə Böyük Britaniyanın baş naziri Devid Kemeron yekun mətbuat konfransında bildirib. Bu vəsaitlərin bir hissəsi Suriyaya birbaşa humanitar yardımın göstərilməsinə, qalan hissəsi isə Suriya və digər ölkələrin inkişafına dair müxtəlif layihələrin icrasına, həmçinin, 4,5 mln. suriyalı qaçqını qəbul etmiş İordaniya, Türkiyə və Livana yönəldiləcək.

Fevral 5, 2016 3:08

İqtisadiyyatı zəif olan ölkələr

Ukrayna dünyanın “ən bədbəxt” iqtisadiyyatı olan ölkələrinin reytinqində liderlik edir. Rusiya mətbuatı xəbər verir ki, “Bloomberg” agentliyi dünya dövlətlərinin inflyasiya və işsizlik reytinqini müəyyən edib. Siyahıya Venesuela başçılıq edir. Səbəb isə neft gəlirlərinin məhdudlaşması üzündən gəlirlərin iki dəfə azalmasıdır. Venesuelanın ardınca inflyasiya səviyyəsi 50%-ə çatan Ukrayna izləyir. Bu ölkədə işsizlik 9% olub. Üçüncü yerdə isə Kiyev gəlir. Rusiya isə “bədbəxtlər” indeksində 7-ci yeri tutur. Ən “xoşbəxt” ölkələr isə Tayland, Sinqapur və İsveçrədir.

Fevral 5, 2016 2:44

ABŞ dollarının məzənnəsi zəifləməkdə davam edir

“Reuters” xəbər verir ki, fond bazarlarında yüksəlişə səbəb bu il ABŞ-da faiz dərəcələrinin artırılması ilə bağlı gözləntilərin özünü doğrultmaması ilə bağlıdır. Məlumata əsasən, ABŞ-ın faiz dərəcələrini artırmayacağı ilə bağlı ehtimalların çoxalması dolların məzənnəsinin aşağı düşməsinə gətirib çıxarıb. “Artıq 4 gündür ki, ABŞ dollarının məzənnəsi zəifləməkdə davam edir. Buna Federal Ehtiyatlar Sisteminin nümayəndəsinin kreditlər üzrə faiz dərəcələrinin artırılmayacağına ümid yaradan şərhlər səbəb olub”, - deyə məlumatda vurğulanıb. Federal ehtiyat bankının yeni rəhbəri Robert Kaplan bəyan edib ki, FES faiz dərəcələrinin artırılması məsələsində tələsməməlidir.  

Fevral 5, 2016 2:34

Neftlə bağlı proqnoz

Avropa komissiyası qış proqnozunda “Brent” markalı neftin qiymətini 34% azaldaraq, 54,2 dollardan 35,8 dollaradək salıb. Avropa.info xəbər verir ki, 2017-ci il üçün də proqnoz elə də ürək açan deyil. Bir barel 42,5 dollar təşkil edəcək. Avrokomissiyanın yaydığı sənəddə bildirilir ki, neft qiymətlərinin ucuzlaşması prosesi 2016-cı ildə də davam edəcək. Təşkilatda qeyd edib ki, İranın dünya neft bazarına qayıtması neftlə bağlı proqnozlarda qeyri-müəyyənlik yaradır.

Fevral 5, 2016 2:30

570 milyard dollarlıq maliyyə itkisi

Maliyyə sanksiyaları və neft qiymətlərinin ucuzlaşması üzündən Rusiyanın 2014-2017-ci illər arası maliyyə itkiləri 570 milyard dollara çata bilər. Rusiya mətbuatının məlumatına görə, barədə rus iqtisadçılar Yevsey Qurviç və İlya Prilepsk açıqlama veriblər. Maliyyə sanksiyalarından itkilər 170 milyard dollar təşkil edəcək. Neftdən gələn gəlir isə 400 milyard dollar azalacaq. Rusiya iqtisadiyyatına bu iki zərbə qarşılıqlı şəkildə vəziyyəti çətinləşdirir. Bu müddət ərzində ölkə ÜDM-i 8,4%, orta illik 2,1% azalacaq.

Fevral 5, 2016 2:25

Nüvə sazişinə qarşı qanun layihəsi

ABŞ Nümayəndələr Palatası Respublikaçıların hazırladığı, İranla nüvə sazişinə qarşı olan qanun layihəsini fevralın 2-də qəbul edib. Bu qanun Prezident Barack Obama-nın Tehrana sanksiyaları qaldırmasını çətinləşdirir. İranın Terroru Maliyyələşdirməsində Şəffaflıq Aktı 246-181 səs çoxluğu ilə qəbul olunub. Qanun İrandan bəzi şəxslərə və maliyyə institutlarına sanksiyaların qaldırılmasını qadağan edir. Gərək prezident Konqresi əmin etsin ki, həmin şəxslər İranın ballistik raket proqramında və ya terrorçu fəaliyyətdə iştirak etməyib. Sənədin tərəfdarları bildirirlər ki, bu, sadəcə Obama-nı vədini yerinə yetirməyə məcbur edəcək, yəni nüvə sazişinin imzalanmasına baxmayaraq, ballistik raket proqramı üzərinə sanksiyalar qoyacaq. İran qanuna qarşı çıxır. Ağ Ev də xəbərdarlıq edib ki, sənəd ötən ay qüvvəyə minmiş nüvə sazişini “iflasa uğradar”.  

Fevral 4, 2016 5:27

“Belarus Neft şirkəti” məhkəməyə verilib

“Ukrtransnafta” şirkəti “Yujnıy-Brod-Mozır” xətti ilə nəql olunan Azərbaycan neftinə görə Belarusun dövlət şirkəti sayılan “Belarus Neft şirkətini” məhkəməyə verib.  Bu barədə  “Ukrtransnafta”nın baş direktoru Nikolay Qavrilenko məlumat verib. Qavrilenkonun sözünə görə 2011-2012-ci illərdə Belarus Neft Şirkəti hər il 4 milyon ton olmaqla 2 ildə 8 milyon ton “Azəri Light” markalı nefti Yujnıy limanına çatdırmalı, buradan Azərbaycan nefti Mozır neft emalı zavoduna aparılmalı idi. Lakin Belarus tərəfi 2011-ci ildə 4 milyon neftin yalnız 900 min tonunu Mozır zavoduna çatdırmışdı. Qavrilenkonun sözlərinə görə şirkət buna görə 23 milyon dollar ziyan edib və üzərinə götürdüyü öhdəlikləri tam icra edə bilməyib. 2011-ci il yanvarın 29-da ilk dəfə Azərbaycan nefti ilə yüklənmiş tanker Odessanın Yuxnıy limanına daxil olmuşdu. Bu Azərbaycan Dövlət Neft Şirkəti, Belarus Neft Şirkəti və Venesulea arasında imzlaanmış üçtərəfli müqavilə əsasında mümkün olmuşdu. Hər il 4 milyon ton “Azəri Light” markalı neft Odessa-Brıd kəməri ilə Belarusa çatdırılaraq burada emal olunurdu.  

Fevral 4, 2016 2:31

İrimiqyaslı layihələr Cənubi Qafqaz regionunun inkişafında böyük rol oynayır

“Regionda reallaşan layihələr Avropa ölkələri üçün böyük əhəmiyyət kəsb edir". Gürcüstan mətbuatının məlumatına görə, bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili fevralın 3-də parlamentdəki çıxışında söyləyib: "Azərbaycanın və Gürcüstanın təşəbbüsü ilə regionda reallaşan layihələr təkcə bizim region üçün deyil, bütövlükdə Avropa ölkələri üçün böyük əhəmiyyət kəsb edir. Gürcüstan hökuməti hazırda reallaşdırılan digər məsələlərin tez bir zamanda həll olunması üçün məqsədyönlü işlər görür, bu istiqamətdə konkret layihələr hazırlayıb. İnanırıq ki, biz səylərimizi birləşdirərək xalqlarımızın rifahı naminə daha böyük işlər görəcəyik". Qeyd edək ki, parlamentin iclasında baş naziri Giorgi Kvirikaşvili, hökumətin üzvləri və 107 deputat iştirak edir. İclasa, həmçinin diplomatik korpus nümayəndələri də qatılıb.    

Fevral 3, 2016 5:47

Ayvaras Abromaviçyus istefa verdi

Ukraynanın İqtisadi İnkişaf və Ticarət naziri Ayvaras Abromaviçyus ölkədə islahatlar keçirməyin mümkün olmadığını əsas gətirərək, istefa verib. Rusiya mətbuatının məlumatına görə, qəbul edilən vacib qərar və islahatların tez-tez bloklandığını bildirib. “Mən və komandamda dövlət pullarına köhnə hakimiyyətin üsulları ilə nəzarət etmək istəyən marionetlərin korrupsiya əməllərinə pərdə olmaq niyyəti yoxdur” – Abromaviçyus bildirib. Nazirin dediyinə görə onun işinə “Pyotr Poroşenko bloku” fraksiyasının sədr müavini deputat İqor Kononenko maneçilik törədirmiş. “Məni nazir postuna irəli sürən siyasi qüvvələr son ay mənim və nazirliyin işinə əngəl olmaq üçün çox şey etdilər”. Xatırladaq ki, Ukraynada islahatlar aparmaq üçün dəvət edilən litvalı Ayvaras Abromaviçyus 2014-cü ilin dekabrında iqtisadiyyat naziri vəzifəsinə təyin olunmuşdu. O, eyni zamanda biznesmen və “East Capital” şirkətinin sahibidir. Amerikanın Kiyevdə səfiri Cefri Peyet Abramoviçyusu Ukrayna hökumətində aparılan islahatların əsas lideri adlandırmışdı.

Fevral 3, 2016 5:04

Pankisi dərəsində terror təhlükəsi

Rusiya mətbuatının verdiyi məlumata görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib. "İndi bizə İŞİD yaraqlılarının bu əlçatmaz yerlərdə məşq etmək, dincəlmək və ehtiyatlarını doldurmaq üçün istifadə etdiklərinə dair məlumatlar çatır", - deyə Lavrov qeyd edib. Lavrovun sözlərinə görə, Pankisi dərəsində terror təhlükəsi məhv olmayıb. Bu isə Rusiyanı Gürcüstanla viza rejimini sərtləşdirməyə məcbur edir.  

Fevral 2, 2016 4:10
    Page 298 of 299« First«...102030...295296297298299»

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az