10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Atəşkəs barədə razılaşma

ABŞ və Rusiya da daxil olmaqla, 20 ölkəni birləşdirən Suriyaya beynəlxalq dəstək qrupunun fevralın 11-də Almaniyanın Münhen şəhərində keçirilən iclasında həftə ərzində ərəb ölkəsinin bütün ərazisində atəşkəsə nail olmaq barədə razılaşma əldə edilib. Euronews telekanalını xəbər verir ki, görüşün nəticəsi ilə bağlı ABŞ və Rusiyanın xarici işlər idarələrinin başçılarının mətbuat konfransı keçirilib. “Qrupun bir çox üzvü hesab edir ki, Bəşər Əsəd rejimi müxalifəti aclıqla təslim olmağa məcbur edərək beynəlxalq hüququ pozur. Bizim fikrimizcə, bu, İŞİD-ə təzyiqi artırmaq əvəzinə, onun imkanlarını genişləndirir və qruplaşmaya xaosdan istifadə etmək şansı yaradır”, - deyə ABŞ-ın dövlət katibi Con Keri bildirib. Beynəlxalq dəstək qrupunun üzvləri Münhendəki danışıqlarda Suriya böhranının aradan qaldırılması üçün Rusiya ilə əməkdaşlığın vacib olduğu qənaətinə gəliblər. Con Kerinin sözlərinə görə, Rusiya ilə əməkdaşlıq etmədən atəşkəsə və humanitar yardımın çatdırılmasına nail olmaq mümkün deyil. xəbər100

Fevral 12, 2016 2:43

Dövlət nömrə-nişanlı avtomobillərin daşıma fəaliyyəti

Türkiyədə Azərbaycan dövlət nömrə-nişanlı avtomobillərin daşıma fəaliyyəti ilə məşğul olmasına icazə verilib. Türkiyə mətbuatının məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin bununla bağlı qərarını təsdiqləyib. Rəsmi Qəzetdə yayımlanan qərar artıq qüvvəyə minib. Qərara əsasən, Azərbaycan dövlət nömrə-nişanlı avtomobillərin beynəlxalq daşıma fəaliyyəti ilə məşğul olmasına icazə verilib. Azərbaycan və Türkiyə arasında yaradılacaq komissiya həmin nəqliyyat vasitələrinin Azərbaycana daşıma fəaliyyəti ilə bağlı kvota müəyyənləşdirəcək.xəbər100        

Fevral 12, 2016 2:37

Dağlıq Qarabağ münaqişəsi – Rusiyanın yeni Pandora qutusu?

İsveçrənin paytaxtı Berndə “Dağlıq Qarabağ münaqişəsi - Rusiyanın yeni Pandora qutusu?” mövzusunda konfrans öz işinə başlayıb. APA-nın “arminfo.am” saytına istinadən verdiyi xəbərə görə, konfransın təşkilatçıları Münaqişələrin transformasiyası və sülh quruculuğu İnstitutu (Institute for Conflict Transformation and Peacebuilding), Qlobal Araşdırmalar Mərkəzi və Yaxın Şərq, İslam Mədəniyyəti üzrə İsveçrə cəmiyyətidir. Təbdirdə Azərbaycan, Ermənistan, Türkiyə və Rusiyadan olan nümayəndələr iştirak edir. Konfransda Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və münaqişəyə səbəb olan əsas insidentlər təhlil ediləcək. Bununla yanaşı, qonaq ekspert və alimlər münaqişənin geosiyasi və sosioloji aspektləri ətrafında fikir mübadiləsi aparacaqlar.

Fevral 10, 2016 2:45

Roma papası Gürcüstana səfər etmək niyyətindədir

Roma papası Fransisk Azərbaycan, Gürcüstan və Ermənistana səfər etmək niyyətindədir. Bu barədə “TASS”a Papa administrasiyasındakı məlumatlı mənbə məlumat verib. İlkin məlumata görə, səfər 2016-cı ilin sentyabrına planlaşdırılıb. Politoloqlar  Papanın Ermənistana səfərinin Vatikan-Ankara münasibətlərinə təkrar ziyan vura biləcəyini qeyd edirlər. Qeyd edək ki, ötən il geri çağırılan Türkiyənin Vatikandakı səfiri bu yaxınlarda vəzifəsinin icrasına davam etməyə başlayıb. Xatırladaq ki, ötən il qondarma “erməni soyqırımı”nın 100 illiyi  ilə əlaqədar Roma papası Fransisk Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə Romanın müqəddəs Pyotr kilsəsində dini ayin  keçirib. Buna cavab olaraq  Ankara Vatikandakı səfirini geri çağırmışdır.  

Fevral 10, 2016 2:27

Hərbi sənayedə texnologiyaların inkişafına xüsusi diqqət

ABŞ öz ordusunun texnoloji təchizatını gücləndirmək üçün böyük maliyyə ayırmaq niyyətindədir. “Financial Times”ın verdiyi məlumata görə, Pentaqon təmsilçiləri bildiriblər ki, Rusiya və Çinə uğurla müqavimət göstərə bilmək üçün hərbi texnologiyaların maliyyələşdirilməsinin artırılması vacibdir. “Biz yüksək texnologiyalardan istifadə edən düşməni dəf etməyə hazır olmalıyıq”, - deyə müdafiə naziri Eşton Karter bildirib. Karter hesab edir ki, hərbi sənayedə texnologiyaların inkişafına xüsusi diqqət yetirilməlidir. O deyib ki, yaxın illərdə ABŞ artıq daha əvvəl İraq və Əfqanıstanda olduğu şəkildə döyüşməyəcək. Pentaqon yaxın illərdə “X-47B” tipli, aviadaşıyıcılara eniş edə bilən pilotsuz təyyarələrin istehsalı kimi innovasiya layihələrinə daha çox kapital qoymaq fikrindədir. Qeyd edək ki, Pentaqonun 2017-ci il üçün büdcəsi 582,7 milyard dollar həcmində nəzərdə tutulub.

Fevral 10, 2016 2:03

Brüssel və Moskva arasında münasibətlər gərginləşə bilər

  NATO Rusiya ilə sərhəddə yerləşən Şərqi Avropa ölkələrinə 500-1000 nəfərlik batalyonlar göndərir. Britaniya KİV-ləri həmin qüvvələrin Latviya, Litva, Estoniya, Polşa, Bolqarıstan və Rumıniyaya yerləşdiriləcəyini yazır. Məqsəd Rusiyanın "Ukrayna stilində yeni münaqişə ocağı yaratmaq istədiyi halda alyansın ona cavab verəcəyini" sərgiləməkdir. Məlumata görə, Rusiya ilə sərhədboyu yerləşdiriləcək qüvvələrdə amerikalı, alman və ingilis əsgərlər xidmət edəcəklər. Britaniya jurnalistlərinin qənaətinə görə, Rusiyanın Şərqi və Mərkəzi Avropa ölkələrinə qarşı yeni hibrid müharibəsi aparmasına qarşı atılan bu addım Brüssel və Moskva arasında münasibətləri gərginləşdirə bilər.

Fevral 10, 2016 1:50

Loran Fabius istefa verib

"BFM-TV" telekanalının məlumatına görə, Fransanın xarici işlər naziri Loran Fabius istefa verib. Məlumata görə, Fransa prezidenti Fransua Olland onu əvəz edəcək şəxsin adını bu gün açıqlayacaq. Xəbərə əsasən, Loran Fabius Fransa Konstitusiya Məhkəməsinin sədr təyin ediləcək. Qeyd edək ki, ötən ayın sonunda müstəntiqlər Loran Fabiusun oğlu Tom Fabiusu dələduzluq və çirkli pulların yuyulması işi ilə bağlı dindiriblər. Söhbət 2013-cü ildə yüksək vəzifəli diplomatın oğlunun gəlir mənbələrini müəyyən etmək məqsədilə açılan cinayət işindən gedir. Müstəntiqləri xüsusi olaraq Tom Fabiusa məxsus olan və 2012-ci ildə 7 milyon avroya alınan Parisdəki mənzil maraqlandırıb. Bu işlə bağlı fransalı nazirin oğlu dekabr ayının ortalarında 12 saat müddətinə həbs olunub.

Fevral 10, 2016 1:32

Dünya ölkələrində benzinin qiyməti?

Dünyada neftin qiymətinin durmadan aşağı düşməsi benzinin qiymətinin bundan qaynaqlanan yeni iqtisadi gerçəkliyə nə dərəcədə adekvat olması ilə bağlı müzakirələrə yol açıb. Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, bir çox ölkələrdə benzinin qiymətində ciddi ucuzlaşma nəzərə çaprmır. Haberturk.com hazırda dünya ölkələrində benzinin qiyməti ilə bağlı məlumatları təqdim edir: Benzinin 1 litri Venesuellada 0.2, Küveytdə 0.21, Səudiyyə Ərəbistanında 0.24, Qətərdə 0.27, Türkmənistanda 0.28, Əmmanda 0.31, İranda 0.33, Bruneydə 0.37, Qazaxıstanda 0.40, Bəhreyndə 0.41, Malayziyada 0.42, Nigeriyada 0.42, Birləşmiş Ərəb Əmirliklərində 0.43, Ekvadorda 0.44, Rusiyada 0.48, Boliviyada 0.52, Qırızıstan 0.54, ABŞ-da 0.59, Porto-Rikoda 0.60, Maldiv adalarında 0.62, Belarusda 0.62, İndoneziyada 0.62, Kolumbiyada 0.62,  Tayvanda 0.64, Əfqanıstanda 0.64,  Namibiyada 0.64, Panamada 0.66, Yəməndə 0.68, İsveçrədə 0.70, Pakistanda 0.73, Gürcüstanda 0.74, Taylandda 0.65, Çində 0.92  ABŞ dolları təşkil edir.  

Fevral 10, 2016 1:09

Xoşbəxtlik və din azadlığı üzrə nazirliklər təsis ediləcək

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti xoşbəxtlik və din azadlığı üzrə nazirliklər təsis etməyi qərara alıb. Hökumət strukturlarının yenidən təşkili haqqında məlumatı BƏƏ-nin Baş naziri və vitse-prezidenti, Dubay Əmiri Məhəmməd Əl-Məktum öz “Twitter” səhifəsində yazıb. Qeyd edilir ki, xoşbəxtlik naziri bütün dövlət planlarını, proqramlarını və siyasətini sıx birləşdirməklə “cəmiyyəti daha xoşbəxt edəcək”, digər nazir isə din azadlığını “əmirliklər cəmiyyətinin əsas dəyəri kimi” aşılayacaq. Baş nazir bildirir ki, BƏƏ-nin Prezidenti Xəlifə ibn Zayed Əl-Nəhyan təklif edilən yeniliyin həyata keçirilməsinə artıq razılıq verib.  

Fevral 9, 2016 6:21

Ukrayna Qazaxıstana ixracı 8 mln. dollar azalacaq

Bu il Ukraynadan Rusiyaya əmtəə ixracı 30% azalaraq 4,2 mlrd. dollardan 2,9 mlrd. dollara enəcək. "APA-Economics" Ukrayna Milli Bankının cari il üzrə açıqladığı makroiqtisadi proqnozlara istinadən xəbər verir ki, buna səbəb həm qarşılıqlı sanksiyalar, həm də iqtisadi amillərdir. Bununla yanaşı, proqnozda qeyd edilib ki, Ukrayna məhsullarının Rusiya ərazisindən tranzit qaydada keçirilməsinə qoyulan qadağa səbəbindən 460 mln. dollar itirəcək. Milli Bankın hesablamalarına əsasən, Ukrayna Qazaxıstana ixracı 8 mln. dollar, Azərbaycana 86 mln. dollar, Türkmənistana 60 mln. dollar, Özbəkistana 52 mln. dollar azaldacaq.  

Fevral 9, 2016 5:43
    Page 297 of 301« First«...102030...295296297298299...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az