Dünya liderlərinin həyatından

Dünya siyasi liderlərinin siasətdən öncəki həyatı aktual olaraq qalır. Türkiyə mətbuatının məlumatına görə, onların bəziləri hərbiçi, kəşfiyyatçı, göz həkimi, bəziləri isə tamam başqa sahədə fəaliyyət göstəriblər. İngiltərənin baş naziri Devid Kameron Oksforddakı Brasenose Kollecindən məzun olub. Kameron kolleci bitirdikdən sonra sağçı partiyalarla bağlı araşdırmalar aparıb. Sağçıların mərkəzi ofisində çalışqanlığı ilə tanınan Kameron, məktəbdə gecə həyatına meyilli olub. Çox sərt davranışları ilə tanınan baş nazirin ətrafındakı insanların əksəriyyəti içki içmələri və pis rəftarları ilə ad qazıblar. Amma o keçmişi barədə danışmağı həmişə rədd edib.   Rusiya prezidenti Vladimir Putinin gecə həyatı barədə məlumat olmasada onun indi olduğu kimi cavanlıqda da işə həvəsli olduğu bildirilir. Sankt-Peterburq Dövlət Universitetindən məzun olduqdan sonra Putin xüsusi xidmət orqanlarında işləyib. Putin müdir katibi, kəşfiyyatçı, təlimçi vəzifələrində çalışıb. 10 ildən çox müddətdə kəşfiyyat zabiti kimi fəaliyyət göstərib. Bu vəzifədə çalışdığı üçün onun gənclik illəri ilə bağlı daha çox məlumat əldə etmək mümkün deyil. Amma universitet illərindən cüdo ilə maraqlandığı bildirilir   ABŞ prezidenti Barak Obamanın da gəncliyi rəngarəng olub. Obama cavanlıqda sipirtli içki və narkotik vasitələrdən istifadə edib. 1983-ci ildə Kolumbiya Universiteti siyasət elmlər fakültəsindən məzun olan ABŞ prezidenti 1988-ci ildə Harvard Univeristetinin hüquq fakültəsinə qəbul olub. Obamanın müsəlman olduğu deyilsə də, onun gənc yaşlarından Çikaqodakı kilsələrdən birinə üzv olduğu bildirilir. Suriya lideri Bəşər Əsəd Dəməşq universitetinin tibb fakültəsindən 1988-ci ildə məzun olub. Prezident Dəməşqdən kənarda yerləşən xəstəxanalardan birində göz həkimi işləyib. Bəşər Əsədin gəncliyinin çox hissəsi Londonda keçib. Amma böyük qardaşı avtomobil qəzasında öldükdən sonra Suriyaya qayıtmaq məcburiyyətində qalıb. Ölkəni idarə elməklə bağlı planları olmayan Əsəd atası Hafiz Əl-Əsədin dövləti idarə etməklə bağlı təklifini qəbul edib.   İsrailin baş naziri Benyamin Netanyahu gənclik illərində İsrail müdafiə qüvvələrində işləyib, İsrailin Suriya ərazilərində keçirdiyi əməliyyatlarda iştirak edib. 1972-ci ildə isə qaçırılan sərnişin təyyarəsini terrorçuların əlindən ala bilib. Almaniyanın ilk qadın baş naziri Angela Merkeldə siyasətə təsadüfən gələnlərdəndir. Merkel gənclik illərində barmen işləyib. İlk həyat yoldaşı Ulrix ilə Leipzig Universitetində fizika dərsində tanış olub. 1974-ci ildə tanış olan cütlük 1977-ci ildə evlənmək qərarına gəlib. Merkel ilk yoldaşından 1982-ci ildə boşanıb. Şimali Koreya lideri Kim Çin Inın apardığı siyasət kimi həyatı barədə də yetərli məlumat yoxdur. Yalnız onun İsveçrədə təhsil aldığı deyilir. Bu isə tam dəqiqliklə sübuta yetirilməyib. Onun doğum tarixi belə dəqiq deyil. Ancaq onun gənc yaşlarında basketbolla maraqlandığı bildirilir.   Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gənclik illərindən ölkənin siyasi və ictimai həyatında fəal iştirak edib. Onun hobbisi isə futboll oynamaq olub. Ərdoğan siyasi fəaliyyəti dövründə bir neçə dəfə həbs yaşayan liderlərdəndir. Dünya liderləri arasında inqilabi ruhda yetişənlərdən biri də İranın dövlət başçısı Həsən Ruhani olub. O, Tehran universitetində məhkəmə hüququ təhsili aldıqdan sonra, şah əlehdarı, İran inqilabının lideri Ayyətullah Xomeyninin təşkil etdiyi etirazlara qoşulub. Daha sonra Ruhani Fransaya sürgün edilən Xomeyniyə dəstək olmaq üçün ölkəni tərk edib. Ruhani kəskin inqilabi fikirlərində görə bir neçə dəfə həbs həyatı yaşayıb. Şotlandiyada təhsil alan Ruhani fars, ingilis, ərəb, rus və alman dillərində danışa bilir. Hazırda onun bu təhsili özündən çox İran xalqının işinə yarayır. Çünki müasir düşüncəli İran lideri millətinin dünya xalqları içərisində inamla addımlaması üçün illərdir ki, davam edən nüvə danışıqlarının sülhlə başa çatdırılmasına razılıq verib. Hazırda İran bu lider sayəsində dünyaya qapılarını yenidən açır.

Yanvar 28, 2016 9:20