COVID-19 infeksiyasına qarşı vaksinasiya proqramı çərçivəsində

Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya proqramı çərçivəsində paytaxt Pekində əhalinin kütləvi vaksinasiyasına başlanılıb.Azərtac xəbər verir ki, 18-59 yaş arasında olan Pekin sakinləri əvvəlcədən müraciət etməklə növbəlilik əsasında ödənişsiz qaydada peyvənd oluna bilirlər. Bu məqsədlə təşkil olunan yüzlərlə müvəqqəti məntəqədə gözləmə, müayinə, qeydiyyat, peyvəndləmə və müşahidə otaqları fəaliyyət göstərir. Məntəqələr səhər saat 7:30-dan fəaliyyətə başlayır.Peyvənd olunan Pekin sakini Yan Quanhao deyir ki, 2 həftə əvvəl evlər idarəsindən vaksinasiya barədə məlumat alandan sonra heç tərəddüd etmədən peyvənd olunmaq üçün qeydiyyatdan keçib. O, peyvəndin birinci dozasını qəbul etdikdən sonra bədənində heç bir yan təsir olmadığını bildirib.Peyvənd olunan Su Yüton isə valideynləri ilə birlikdə vaksinasiya üçün qeydiyyatdan keçdiyini deyib. O, peyvənd olunduqdan sonra arxayınlıq hissi ilə başqa şəhərlərə səyahət edə biləcəyini də söyləyib.Qeyd edək ki, Çində əhalinin COVID-19 infeksiyasına qarşı vaksinasiyası iki mərhələdə aparılır. İlk mərhələdə tibb işçiləri, xaricdən idxal edilən donmuş ərzaqların qəbulu məntəqələrində, o cümlədən yük limanlarında çalışanlara, gəmi və təyyarə heyəti üzvlərinə, ərzaq və meyvə-tərəvəz satıcılarına, ictimai nəqliyyatda çalışanlara və s. peyvənd vurulur. Bundan başqa, yoluxma sayı çox olan ölkələrə təhsil və iş məqsədilə səfər edənlər də birinci mərhələdə vaksinasiya olunurlar. İkinci mərhələ üzrə vaksinasiya prosesi könüllülük prinsipi əsasında aparılır.Vaksinasiyada Çinin "Sinopharm" və "Sinovac" şirkətlərinin peyvəndlərindən istifadə olunur. Hər 2 şirkətin peyvəndləri təsirsiz hala gətirilmiş (inaktivləşmiş) vaksinlərdir. Onların hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub. Avropa, Asiya və Latın Amerikası üzrə 40-dan çox ölkə, o cümlədən Türkiyə, Pakistan, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Macarıstan, İndoneziya və Braziliya vaksinasiya prosesi üçün Çinin bu şirkətlərindən peyvənd sifariş ediblər. Yanvarın 18-dən Azərbaycanda COVID-19 virusuna qarı başlayan vaksinasiya prosesində də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVAC" peyvəndindən istifadə olunur.xeber100.com

Fevral 22, 2021 9:36

Rusiya-İran parlamentlərarası əlaqələri müzakirə olunub

İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibaf Rusiyada rəsmi səfərdədir.Azərtac xəbər verir ki, İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibaf Rusiyaya səfəri çərçivəsində Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşüb.Görüşdə iki ölkə parlamentlərinin yüksək səviyyədə komissiyasının İranda keçiriləcək iclasına hazırlıq, energetika, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.Tərəflər bu ilin sonunda Moskvada Rusiya, İran, Türkiyə, Əfqanıstan, Çin və Pakistan nümayəndələrinin iştirakı ilə terrorizmlə mübarizəyə dair konfrans keçirilməsi məsələsini də nəzərdən keçiriblər.İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibaf İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin Rusiya Prezidenti Vladimir Putinə ünvanlandığı məktubu V.Volodinə təqdim edib. O, Rusiyadan ölkəsinə koronavirusa qarşı peyvənd preparatlarının ilk partiyasının artıq daxil olduğunu vurğulayıb.Məhəmməd Bağer Qalibafın həmçinin Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşü olub.Fevralın 9-da İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibaf Rusiyanın xarici işlər naziri Segey Lavrov və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşəcək.xeber100.com

Fevral 8, 2021 9:11