İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibaf Rusiyada rəsmi səfərdədir.Azərtac xəbər verir ki, İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibaf Rusiyaya səfəri çərçivəsində Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşüb.Görüşdə iki ölkə parlamentlərinin yüksək səviyyədə komissiyasının İranda keçiriləcək iclasına hazırlıq, energetika, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.Tərəflər bu ilin sonunda Moskvada Rusiya, İran, Türkiyə, Əfqanıstan, Çin və Pakistan nümayəndələrinin iştirakı ilə terrorizmlə mübarizəyə dair konfrans keçirilməsi məsələsini də nəzərdən keçiriblər.İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibaf İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin Rusiya Prezidenti Vladimir Putinə ünvanlandığı məktubu V.Volodinə təqdim edib. O, Rusiyadan ölkəsinə koronavirusa qarşı peyvənd preparatlarının ilk partiyasının artıq daxil olduğunu vurğulayıb.Məhəmməd Bağer Qalibafın həmçinin Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşü olub.Fevralın 9-da İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibaf Rusiyanın xarici işlər naziri Segey Lavrov və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşəcək.xeber100.com