23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Misir Qətər təyyarələri üçün hava məkanını açdığını elan edib

Misir 3 illik fasilədən sonra Qətər təyyarələri üçün hava məkanını açdığını elan edib.Azərtac xəbər verir ki, bu məlumatı Misirin Mülki Aviasiya Departamenti yayıb.Məlumatda qeyd olunub ki, bu gündən etibarən Misirin “EgyptAir” və Qətərin aviaşirkətləri qarşılıqlı uçuşlar həyata keçirə biləcək. Yanvarın 13-də Dohadan ilk təyyarənin Qahirə aeroportuna enəcəyi də gözlənilir.Misir və digər 3 ərəb ölkəsi yanvarın 5-də Səudiyyə Ərəbistanının Əl Ula şəhərində keçirilən Körfəz Əməkdaşlıq Təşkilatının sammitində Qətərə qarşı embarqonun ləğvi və 2017-ci ildən bağlı olan quru, hava və dəniz sərhədlərinin açılmasına dair Bəyannamə imzalayıblar. Sammitdə ABŞ Prezidentinin müşaviri Cared Kuşner, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin və Ərəb Liqasının Baş katibi Əhməd Əbul Ğeyt də iştirak ediblər.xeber100.com

Yanvar 12, 2021 3:27

Qazaxıstanda keçirilən parlament seçkilərində “Nur Otan” partiyası qalib gəlib

Qazaxıstanda keçirilən parlament seçkilərində sabiq prezident Nursultan Nazarbayevin başçılıq etdiyi hakim “Nur Otan” partiyası qalib gəlib.Azərtac Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, “Nur Otan” partiyası seçicilərin 71,09 faizinin səsini toplayıb. Bundan başqa, parlamentə Məclisin hazırkı tərkibində yer alan “Ak yol” (İşıqlı yol) və “Qazaxıstan xalq partiyası” da keçiblər. Bu partiyalar müvafiq olaraq 10,95 faiz və 9,1 faiz səs alıblar.Seçkilərə qatılan digər partiyalar isə 7 faizlik baryeri aşa bilməyib.Ölkədə Məclisə (parlamentin aşağı palatası) və yerli nümayəndəli orqanlara seçkilər bazar günü keçirilib.xeber100.com

Yanvar 11, 2021 2:46

Qazaxıstanda parlament seçkiləri yerli vaxtla saat 20:00–da başa çatıb

Qazaxıstanda parlament seçkiləri yerli vaxtla saat 20:00–da başa çatıb.Azərtac xəbər verir ki, seçicilər 14 bölgədə və respublika əhəmiyyətli üç şəhərdə yaradılan 10 mindən çox seçki məntəqəsində səs veriblər. Xaricidə yaşayanlar qazaxlar arasında ilk səs verənlər saat fərqinə görə Yaponiyada yaşayan vətəndaşlardır. Sonuncu səs verənlər isə ABŞ-da və Kanadada yaşayanlar olacaqlar.Nur-Sultan vaxtı ilə saat 20:00-a kimi seçicilərin 63,1 faizi səs verib.Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınmış 6 siyasi partiyadan Qazaxıstan Xalq, Nur Otan, Auıl Xalq Demokratik, Ak Jol Demokratik, və Adal siyasi partiya seçkilərdə mübarizə aparır.Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələri barədə qərarını yeddi gün ərzində elan edəcək.xeber100.com

Yanvar 10, 2021 7:13

“Türk axını” boru kəməri ilə təbii qaz tədarükü 2,2 dəfə artıb

“Türk axını” boru kəməri (“TurkStream”) ilə təbii qaz tədarükü 2,2 dəfə artıb.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller deyib.2020-ci ildə “TurkStream”lə Türkiyə üzərindən Avropaya 5,8 milyard kubmetr təbii qaz nəql olunub. Keçən il yanvarın əvvəlində istifadəyə verilən boru kəməri ilə Rusiya təbii qazı Bolqarıstan, Yunanıstan, Makedoniya və Rumıniyadakı istehlakçılara çatdırılır.Qeyd edək ki, ötən il yanvarın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə “TurkStream” istifadəyə verilib. Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 kilometrdir. Bu xətlərin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. Rusiyanın Anapa şəhərindən başlayan boru kəməri İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində quruya çıxır. Boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyir. İkinci xətt ilə Rusiya qazının Avropaya nəqli planlaşdırılır.

Yanvar 9, 2021 4:23

Türkiyənin növbəti süni peyki – “TürkSAT 5A” orbitə göndərilib

Türkiyənin növbəti süni peyki - “TürkSAT 5A” yanvarın 8-də Ankara vaxtı ilə saat 4:26-da (Bakı vaxtı ilə saat 05:26) orbitə göndərilib.Azərtac Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinə istinadla xəbər verir ki, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bu münasibətlə müraciətində bildirib : “TürkSAT 5A” sayəsində orbitdə gücünü artıran Türkiyə bundan sonra Yaxın Şərq və Afrika qitəsinə də peyk xidməti göstərəcək”.Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatında bildirilir ki, “TürkSAT 5A” süni peyki ABŞ-ın Florida ştatındakı “Canaveral” kosmodromundan “Falcon-9” kosmik daşıyıcısı ilə orbitə yola salınıb. Beləliklə, Türkiyə fəzada peyklərini artırmaqda olan ölkələr sırasında öz yerini qorumaqla “TürkSAT 5A” ilə birlikdə “TürkSAT 3A”, “TürkSAT 4A” və “TürkSAT 54B” peyklərinin də fəaliyyətini davam etdirəcək.xeber100.com

Yanvar 8, 2021 2:37

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən…

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, dünyanın yoxsul ölkələri yanvar ayının sonundan fevralın ortalarınadək koronavirusa qarşı peyvənd dozalarının ilk tranşını alacaqlar.Azərtac xəbər verir ki, koronavirus əleyhinə peyvənd təşəbbüsü (COVAX) çərçivəsində əldə edilən peyvənd dozaları qarşıdakı həftələr ərzində paylanmalıdır. Bildirilib ki, COVAX təşəbbüsü çərçivəsində ümumilikdə 2 milyard doza peyvəndin alınması barədə müxtəlif istehsalçılarla razılıq əldə edilib.Qeyd edilməlidir ki, GAVI peyvənd alyansının dəstəyi ilə ÜST tərəfindən təsis edilən beynəlxalq COVAX proqramının hədəfi COVID-19 peyvəndlərinin dünyada ədalətli paylanmasını təşkil etməkdir.COVAX-ın məqsədi bu ilin sonunadək bu təşəbbüsə qoşulmuş ölkələrin əhalisinin 20 faizinin vaksinasiyası üçün lazım olan miqdarda peyvənd dozalarının əldə edilməsinə nail olmaqdır. Qeyd edilib ki, dünyanın 92 yoxsul ölkəsi üçün peyvənd dozalarının alınması və çatdırılmasının maliyyələşməsi təmin edilib.xeber100.com

Yanvar 8, 2021 2:24

Türkiyənin hava limanlarından ümumilikdə 81 milyon 657 min 70 sərnişin istifadə edib

Ötən il Türkiyənin hava limanlarından ümumilikdə 81 milyon 657 min 70 sərnişin istifadə edib.Azərtac xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dövlət Hava Meydanları İdarəsindən bildirilib.Məlumata əsasən, 2020-ci ildə Türkiyə aeroportlarından ümumilikdə 1 milyon 57 min 247 reys həyata keçirilib və 2 milyon 403 min 959 ton yük daşınıb.Türkiyənin yeni istifadəyə verilən İstanbul hava limanında ötən il ərzində 185 min 642 təyyarə hərəkət edib ki, bu reyslərdən istifadə edən sərnişin sayı 23 milyon 409 min 132 nəfər olub.Fəaliyyəti məhdudlaşdırılan Atatürk hava limanından isə keçən il 37 min 428 reys həyata keçirilib.xeber100.com

Yanvar 7, 2021 2:06

ABŞ Konqresi prezident seçkilərinin nəticəsini təsdiqləyib

ABŞ Konqresi Kapitoli binasında baş verən iğtişaşlar və Vaşinqtonda tətbiq edilən komendant saatı rejimi fonunda Cozef Baydenin prezident seçkilərində qələbəsini təsdiqləyib.Azərtac ABŞ telekanallarına istinadla xəbər verir ki, Cozef Bayden seçkiçilərin Konqres tərəfindən təsdiqlənən 270-dən çox səsini qazanıb.Konqresdəki müzakirələr Vaşinqtonda Donald Tramp tərəfdarlarının Kapitoli binasına daxil olması zamanı baş verən iğtişaşlar fonunda keçirilir. Seçkiçilərin səslərinin təsdiqlənməsi ölkədə prezident seçkilərinin nəticələri ilə bağlı mübahisələrin davam etməsi üçün bütün konstitusiya imkanlarının qarşısını alır.Qeyd edək ki, Vaşinqtonda yerləşən Kapitoli binası qarşısında baş verən etiraz aksiyası və iğtişaşlar zamanı 4 nəfər həlak olub. Həmçinin iğtişaşlar zamanı paytaxt polisinin ən azı 14 əməkdaşının da xəsarət aldığı bildirilir.xeber100.com

Yanvar 7, 2021 2:04

Körfəz Əməkdaşlıq Şurasının 41-ci sammitində

Səudiyyə Ərəbistanının Əl-Ulə şəhərində keçirilən Körfəz Əməkdaşlıq Şurasının 41-ci sammitində Körfəz münaqişəsinin həlli yolunda ortaq iradənin sərgilənməsi və Qətərlə diplomatik əlaqələrin yenidən təsis edilməsinə dair açıqlama müsbət haldır.Azərtac xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən mövzu ilə bağlı açıqlamada bildirilib.Açıqlamada qeyd olunur: “Körfəz Əməkdaşlıq Şurasının üzvləri ilə Misir tərəfindən imzalanan Əl-Ulə Bəyannaməsinin münaqişəni birdəfəlik həll edəcəyinə ümidvarıq. Müxtəlif vasitələrlə bəyan etdiyimiz kimi Türkiyə Körfəz Əməkdaşlıq Şurasının birlik və həmrəyliyinə önəm verir. Körfəz ölkələri arasında etimadın bərpası nəticəsində Türkiyə strateji tərəfdaşı olan Körfəz Əməkdaşlıq Şurası ilə əlaqələrin inkişafı üçün səylər göstərməyə hazırdır.xeber100.com

Yanvar 6, 2021 11:29

Düşənbə MDB-nin mədəniyyət paytaxtı və turizm şəhəri elan olunub

Tacikistanın paytaxtı Düşənbə 2021-ci ildə MDB-nin mədəniyyət paytaxtı, İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən isə turizm şəhəri elan olunub.Azərtac xəbər verir ki, bu barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi məlumat yayıb. Qeyd edilir ki, 2021-ci il ərzində bununla bağlı Düşənbədə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.Statistik məlumata görə, hazırda Düşənbədə 37 mehmanxana, 42 əyləncə mərkəzi, 25 bazar, 91 ticarət mərkəzi, 17 mədəniyyət və istirahət parkı, 7 professional teatr, 306 müalicə-profilaktika müəssisəsi və digər xidmət sahələri fəaliyyət göstərir.Xatırladırıq ki, 2020-ci ildə Qazaxıstanın Çimkənd şəhəri MDB-nin mədəniyyət paytaxtı olub.xeber100..com

Yanvar 6, 2021 11:26
    Page 36 of 299« First«...102030...3435363738...506070...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az