02 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Qazaxıstan 2021-ci ildə neft hasilatını artırmağı planlaşdırır

Qazaxıstan 2021-ci ildə neft hasilatını artırmağı planlaşdırır.Azərtac xəbər verir ki, Qazaxıstanın milli iqtisadiyyat naziri Ruslan Dalenov gələn il ölkədə ümumilikdə 86 milyon ton neft hasil ediləcəyini bildirib.Nazir ölkənin 2021-2025-ci illər üçün sosial-iqtisadi inkişaf proqnozlarını qiymətləndirib. Deyib ki, gələn il ölkədə ümumilikdə 86 milyon ton neft istehsal ediləcək və 2025-ci ilə qədər bu rəqəm 100,7 milyon tona qədər artırılacaq.“İstehsal sektoru 6,7 faiz artacaq, kənd təsərrüfatında illik artım 6,2 faiz, ticarətdə isə 5,5 faiz olacaq. Proqnozlara görə, 2021-ci ildə ölkədə ixracın dəyəri 41,4 milyard dollar təşkil edəcək və 2025-ci ildə 51,5 milyard dollara qədər artacaq. İdxal sektoru 36,3 milyard dollardan 37,8 milyard dollara qədər artacaq. Qazaxıstanın ümumi daxili məhsulunda orta göstərici ilə müqayisədə 4 faiz artım qeydə alınacaq, 2025-ci ildə isə bu rəqəm 4,6 faizə çatacaq”, - deyə nazir qeyd edib.xeber100.com

Noyabr 19, 2020 10:10

İrana qarşı yeni sanksiyaların tətbiq olunması haqqında qərar qəbul edilib

ABŞ-ın Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiyaların tətbiq olunması haqqında əhatəli qərar qəbul edib.Azərtac xəbər verir ki, qərara əsasən, İranın informasıya naziri Seyid Mahmud Ələvi və “Mostazafan” fondunun rəhbəri Seyid Pərviz Fəttahın adları sanksiyalar siyahısına salınıb. Bununla yanaşı, adı yuxarıda göstərilən fond ilə əməkdaşlıq edən 49 şirkətə qarşı da sanksiyalar tətbiq olunacaq.Yerli mətbuat hesab edir ki, ABŞ-da yeni seçilən prezident münasibətləri yumşaltmağa çalışacaq.Avropa İttifaqının beynəlxalq məsələlər üzrə keçmiş komissarı Federika Moqerini Co Baydeni İran ilə danışıqlar aparmağa çağırıb. F.Moqerini hesab edir ki, yeni danışıqlar başlasa münasibətlər nisbətən yumşalar.Rəsmi Tehran da danışıqlardan imtina etmir. Lakin danışıqların ABŞ-ın 2015-ci ildə “İranın nüvə proqramının məhdudlaşdırılması haqqında” imzalanmış müqaviləyə qayıdışından sona mümkün olacağını bəyan edib. Qeyd edək ki, ABŞ-da Donald Tramp prezident seçildikdən sonra İrana qarşı sərt siyasi kurs müəyyən edildi. Rəsmi Vaşinqton birtərəfli qaydada müqavilədən çıxdı. Yeni prezident C.Baydenin isə İran ilə əlaqədar hansı addımlar atacağı hələlik bəlli deyil.xeber100.com

Noyabr 19, 2020 10:07

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…

Birləşmiş Ştatların 2020-ci il üzrə gündəlik xam neft istehsalına dair proqnoz azaldılıb.Azərtac ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, bu il Birləşmiş Ştatların neft hasilatının gündəlik 11,39 milyon barrel olacağı nəzərdə tutulur. Əvvəlki proqnoz isə 11,45 milyon barrel idi.Avqustda sutkada 10,6 milyon barrelə düşən ABŞ-ın neft istehsalının noyabrda 11,2 milyon barrelə qədər artacağı gözlənilir. 2020-ci ildə hasilat 2019-cu illə müqayisədə gündəlik 860 min barrel azalacaq.Gələn il isə ABŞ-da neft hasilatının gündəlik 11,1 milyon barrelə düşəcəyi nəzərdə tutulur.Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük xam neft istehsalçısı olub.xeber100.com

Noyabr 11, 2020 3:03

Türkiyə ərazisində Egey dənizində 4,8 bal gücündə zəlzələ olub

Noyabrın 11-də Türkiyə ərazisində Egey dənizində 4,8 bal gücündə zəlzələ olub.Azərtac xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.Yeraltı təkanlar yerli vaxtla saat 09:49-da qeydə alınıb.Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.xeber100.com

Noyabr 11, 2020 3:00

“Baker Hughes” şirkətinin ötən hesabat həftəsində

ABŞ-dakı aktiv neft-qaz qazma qurğularının sayı artıb.Azərtac xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 4 ədəd artaraq 300 olub. Lakin bu, son 4 ilin minimum göstəricisidir. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 517 ədəd geriləyib.Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 5 ədəd çoxalaraq 226 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 458 ədəd azalma qeydə alınıb.Aktiv qaz qazma qurğularının sayı isə bir ədəd azalaraq 71 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 59 ədəd geriləyib. Üç qazma qurğusu isə müxtəlif təyinatlı olub.Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.xeber100.com

Noyabr 7, 2020 8:09

Qırğızıstan parlamentinin noyabrın 4-də keçirilən iclasında

Qırğızıstan parlamentinin – Joqorku Keneşin noyabrın 4-də keçirilən iclasında parlamentin sədri Kanat İsayev istefa verib.Azərtac xəbər verir ki, Kanat İsayev iclasdakı çıxışı zamanı “Kırqızıstan” partiyası tərəfindən onun prezident seçkilərində namizədliyi irəli sürüldüyü üçün istefa verdiyini bildirib.Parlamentin iclasında yeni spikerin seçilməsi məsələsinə də baxılıb.“Respublika-Ata Jurt” partiyasından deputat Talant Mamıtov səsvermə yolu ilə Joqorku Keneşin sədri seçilib. Yeni spikerin lehinə 100 deputat səs verib.xeber100.com

Noyabr 4, 2020 1:39

Misir parlamentinin aşağı palatasına seçkilərin ilk mərhələsi keçirilib

Oktyabrın 24-25-də Misir parlamentinin aşağı palatasına seçkilərin ilk mərhələsi keçirilib.Azərtac xəbər verir ki, 568 deputat yeri olan parlamentə seçkilər Misirin 14 vilayətində baş tutub. Milli Seçki Komissiyasının sədri Ləşin İbrahim bildirib ki, seçkilərin nəticələri noyabrın 15-də açıqlanacaq. Seçkilərin ikinci turu isə noyabrın 24-25-də keçiriləcək.Bundan başqa, oktyabrın 21-23-də xarici ölkələrdə yaşayan Misir vətəndaşları səfirliklərdə səs veriblər.xeber100.com

Oktyabr 26, 2020 2:28

Ukrayna Səhiyyə Nazirliyi: 7517 nəfər koronavirusa yoluxub

Ukraynada son sutkada koronavirusa yoluxmada yeni antirekord qeydə alınıb.Azərtac Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün ölkədə 7517 nəfər koronavirusa yoluxub. Bununla da pandemiya dövründə Ukraynada koronavirusa yoluxanların sayı 330 min 396-ya çatıb, 137 min 538 nəfər müalicəsini başa vurub. Ən çox yoluxma halları Kiyev, Odessa, Jitomir və Xarkov vilayətlərində qeydə alınıb.Ötən gün ölkədə 121 nəfər koronavirusdan həyatını itirib. Bununla da bu infeksiyadan ölənlərin ümumi sayı 6164 nəfərə çatıb.Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və karantin şərtləri sərtləşdirilib.xeber100.com

Oktyabr 23, 2020 2:20

Qazaxıstanda parlament (aşağı palata) seçkilərinin tarixi təyin edilib

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ölkədə parlament (aşağı palata) seçkilərinin tarixini təyin edib. Ölkə başçısı seçkilərin ilk dəfə partiya siyahıları ilə keçiriləcəyini bildirib.Sənəddə bildirilir ki, partiya siyahıları ilə növbəti parlament seçkiləri 2021-ci il yanvarın 10-na, Qazaxıstan Xalq Assambleyası tərəfindən seçilən deputatların seçkiləri isə yanvarın 11-nə təyin edilib.Qazaxıstan rəhbəri MSK və Baş Prokurorluğun seçkilərin qanuniliyinə, şəffaflığına və ədalətinə riayət olunmasını tapşırıb.Hökumətə Nur-Sultan, Almatı, Çimkent və bölgələrin akimlərinə növbəti seçkilərin təşkilati, maddi, texniki və maliyyə dəstəyi üçün lazımi tədbirlərin görülməsi həvalə edilib.xeber100.com

Oktyabr 21, 2020 2:45

İsveçrə hökuməti təhlükəsizlik qaydalarını daha da sərtləşdirib

Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində İsveçrə hökuməti təhlükəsizlik qaydalarını daha da sərtləşdirib.Azərtac xəbər verir ki, oktyabrın 19-dan etibarən, İsveçrədə ictimai məkanlarda 15-dən artıq şəxsin toplaşması qadağandır. Eyni zamanda, ölkə sakinləri şəxsi təmasları minimuma endirməyə çağırılıblar.Vəziyyəti olduqca ciddi qiymətləndirən İsveçrə Konfederasiyasının Prezidenti Simonetta Sommaruqa mətbuat konfransında bildirib ki, ölkədə tibbi maskalardan istifadə öhdəlikləri də sərtləşdiriləcəkdir. İndiyədək ictimai nəqliyyat vasitələrinə şamil olunan bu öhdəlik bütün növ ticarət obyektləri, kafe və restoranlar, eləcə də muzeylərə də aid ediləcəkdir. Eyni zamanda, vağzallar, hava limanları və dayanacaqlarda da insanlar tibbi maskalardan istifadə etməyə məcbur olacaqlar.Qeyd edək ki, İsveçrədə koronavirusa gündəlik yoluxma sayı 2606 nəfərə çatıb.Eyni zamanda, İsveçrə hökuməti ölkədəki şirkətləri öz əməkdaşlarına evdən işləmək (homə office) üçün maksimum şərait yaratmağa çağırıb.xeber100.com

Oktyabr 19, 2020 9:32
    Page 39 of 299« First«...102030...3738394041...506070...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az