Yaponiyada dörd peyvəndin preklinik sınaqları keçirilir

Yaponiya şirkətləri hazırda COVID-19 virusuna qarşı dörd peyvəndin preklinik sınaqlarını keçirirlər.Azərtac xəbər verir ki, bu barədə avqustun 18-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qərbi-Sakit okean regionu üzrə nümayəndəsi, doktor Sokorro Eskalante onlayn mətbuat konfransı zamanı məlumat verib.“Hazırda Yaponiyada yalnız bir peyvənd kliniki sınaqların ikinci mərhələsindədir. Bununla yanaşı, daha dörd peyvənd preklinik sınaqlar mərhələsindədir”, - deyə o, bu barədə sualı cavablandırarkən bildirib.Qərbi-Sakit okean regionunda peyvəndin gələcək istehsalı barədə danışan S.Eskalante bir sıra ölkənin, o cümlədən Avstraliya, Çin, Sinqapur və Yaponiyanın dünyanın bu hissəsində yerləşən, lakin kifayət qədər istehsal gücünə malik olmayana dövlətlərə yardım etmək niyyətini açıqladıqlarını da bildirib.Xatırladaq ki, Yaponiyanın “AnGes Inc.” farmasevtik şirkəti tərəfindən hazırlanan peyvəndin kliniki sınaqlarına iyunun sonlarında başlanılıb. “AnGes Inc.” şirkəti nuklein turşularına əsaslanan DNT peyvəndi hazırlayıb. Siçovullar üzərində aparılan sınaqların uğurla nəticələndiyi və mayın sonlarından başlayaraq gəmiricilərin anticisim hazırladığı bildirilir.ÜST-nin məlumatına görə, hazırda bütün dünya üzrə 26 ölkədə peyvəndin kliniki sınaqları keçirilir.xeber100.com

Avqust 18, 2020 12:20

Demokratik partiyanın seçkiöncəsi onlayn qurultayı start götürür

ABŞ-da Demokratik partiyanın koronavirus pandemiyası səbəbindən onlayn şəkildə keçiriləcək seçkiöncəsi milli qurultayı başlayır.Interfax informasiya agentliyi xəbər verir ki, avqustun 17-də Demokratik partiyanın qurultayında siyasətçi Berni Sanders və ABŞ-ın sabiq prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obamanın, həmçinin qubernator Endryu Kuomo və Emi Klobuçarın çıxışı gözlənilir.Növbəti gün Senatdakı demokratik azlığın lideri Çak Şumer, sabiq dövlət katibi Con Kerri, ABŞ Nümayəndələr Palatasının üzvü Aleksandriya Okasio-Kortes, sabiq prezident Bill Klinton və prezidentliyə namizəd Cozef Baydenin həyat yoldaşı Cill Baydenin çıxışı planlaşdırılıb.Avqustun 19-da ABŞ-ın sabiq prezidenti Barak Obama, həmçinin senator Elizabet Uorren, vitse-prezident postuna namizədliyini irəli sürən senator Kamala Harris və spiker Nensi Pelosi çıxış etməlidir.Konvensiyanın sonuncu günü – avqustun 20-də ABŞ prezidenti postuna Demokratik partiyanın namizədi Cozef Bayden noyabrda keçiriləcək seçkilərdə demokratları təmsil etməyə rəsmən razılıq verməlidir. Həmçinin həmin gün senator Kori Buker, prezidentliyə sabiq namizəd Pit Buticiç və Kaliforniya ştatının qubernatoru Hevin Nyusom partiya tərəfdarları qarşısında çıxış edəcək.Adətən qurultaylar partiyalar tərəfindən əhalisinin əksəriyyətinin hansı namizədi dəstəkləmək barədə seçimləri bəlli olmayan ştatlarda keçirilir. Belə ştatlarda qurultaylar daha çox seçicini cəlb etmək məqsədi daşıyır.Qeyd edək ki, ABŞ-da 59-cu prezident seçkiləri noyabr ayının 3-nə planlaşdırılıb. Bu seçkilərdə ali dövlət postu uğrunda respublikaçıların namizədi ABŞ-ın hazırkı Prezidenti Donald Tramp olacaq.xeber100.com

Avqust 17, 2020 2:46

Dünyanın ən iri 100 silah istehsalçısının adı açıqlanıb

ABŞ-ın “Defense News” nəşri dünyanın ən iri 100 silah istehsalçısının növbəti reytinqini dərc edib.Anadolu informasiya agentliyi xəbər verir ki, siyahıya Türkiyənin ASELSAN, TUSAŞ, BMC, ROKETSAN, STM, FNSS və HAVELSAN kompaniyaları daxil olub.ASELSAN reytinqdə 52-ci yerdə qərarlaşıb. 2006-cı ildə Türkiyə silah sənayesinin flaqmanı 93-cü mövqedə idi. 2019-cu ildə kompaniyanın dövriyyəsi ötən illə müqayisədə 21 faiz artaraq 2,172 milyard dollara çatıb.Kompaniya dövlət sifarişləri ilə yanaşı, öz məhsulunu xarici bazara da çıxarır. ASELSAN eyni zamanda, mülki sektora da daxil olub. Onun fəaliyyət sahəsini əlaqə və informasiya texnologiyaları, mikroelektronika, radar və hərbi elektron sistemləri, müdafiə, nəqliyyat, təhlükəsizlik və energetika texnologiyaları əhatə edir.Məhsullarını “Boeing”, “Airbus”, “Lockheed Martin”, “Leonardo”, “Northrop Grumman və Bombardier” kimi beynəlxalq kompaniyalara satan TUSAŞ kompaniyası siyahıda 16 pillə irəliləyərək 53-cü yerdə qərarlaşıb. Kompaniyanın dövriyyəsi 1,858 milyard dollara çatıb.Bundan başqa yük maşınları, avtobuslar və zirehli maşınlar istehsal edən BMC kompaniyası 89-cu, ROKETSAN kompaniyası 91-ci, STM kompaniyası isə 92-ci sıranı tutub.Həmçinin Türkiyənin HAVELSAN və hərbi texnika istehsalçısı FNSS kompaniyaları ilk dəfə reytinqə daxil olub.xeber100.com

Avqust 17, 2020 2:40