Çinin “Huawei” şirkətinə qadağa qoyulub

Böyük Britaniya hökuməti Çinin “Huawei” şirkətinin ölkədə beşinci nəsil mobil rabitə şəbəkəsinin qurulmasında iştirakını rəsmən qadağan edib.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, qəbul edilmiş qərara görə, hazırda quraşdırılmış “Huawei” şəbəkə avadanlığı “5G” şəbəkəsindən çıxarılacaq, rabitə operatorlarına isə 2021-ci ilin yanvarından etibarən Çin istehsalçısından yeni “5G” telekommunikasiya avadanlığının alışı qadağan ediləcək.Bildirilir ki, Britaniya operatorlarına “5G” infrastrukturundan avadanlığın ləğv edilməsinə 7 il möhlət verilib. Avadanlığın demontaj və dəyişdirilməsinin təxmini dəyəri 2 milyard funt sterlinq təşkil edir.Qərar Böyük Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzi tərəfindən “Huawei” şirkətinin Britaniya milli infrastrukturunda rolu haqqında yeni hesabat dərc edildikdən sonra qəbul olunub. Qəbul edilmiş qərar hökumətin yanvarda bəyan edilən mövqeyi ilə tam ziddiyyət təşkil edir. Belə ki, o zaman “Huawei” avadanlığından Britaniyanın “5G” infrastrukturunda bir sıra məhdudiyyətlərlə istifadəsinə icazə verilib.Böyük Britaniyanın Rəqəmsal Texnologiyalar, Mədəniyyət, KİV və İdman naziri Oliver Dauden qərarın ölkədə “5G” şəbəkəsinin qurulmasını yubadacağı ilə bağlı xəbərdarlıqla çıxış edib. Bundan başqa, hökumət rabitə operatorlarına genişzolaqlı internet üçün “Huawei” avadanlığının alışından imtina etməyi tövsiyə edib.xeber100.com

İyul 15, 2020 11:40

“5G” tezliyinin istifadəsi ilə bağlı hərrac keçiriləcək

Qonşu ölkələrlə müqayisədə Fransanın iqtisadi cəlbediciliyinə “5G”nin yerləşdirilməsi məsələsində bəzi yeni ekologiya tərəfdarları olan merlər bu texnologiyaya moratorium tətbiq edilməsinə çağırışlar edirlər. Bu merlər sonuncu nəsil mobil telefonun xüsusilə sağlamlığa və ətraf mühitə təsirinə dair potensial təhlükələr olmasını bildirirlər.Azərtac xəbər verir ki, bu barədə mobil telefon operatoru “Free”nin baş direktoru yerli mətbuata bildirib. O, “5G” texnologiyasının sağlamlığa, eləcə də ətraf mühitə zərərli olmasına dair dəlilləri təkzib edib.Deyib ki, “5G”nin sağlamlığa və ətraf mühitə heç bir mənfi təsiri yoxdur. Əksinə, “5G” texnologiyası daha az enerji sərf edir.Vurğulayıb ki, “5G” daha sürətli mobil yükləmə və gecikmə hallarının əhəmiyyətli dərəcədə azalmasını vəd edir. Maraqlı operatorlara “5G” tezliyinin verilməsi ilə bağlı sentyabrın 20-dən 30-dək hərrac keçiriləcəyi diqqətə çatdırılıb. Fransada “5G”yə moratorium ideyası hökumət tərəfindən dəfələrlə rədd edildiyi bildirilib.Xatırladaq ki, COVID-19 pandemiyası başlayanda insanlar onun “5G “texnologiyasından yarandığını düşünərək Birləşmiş Krallıq, Niderland kimi bir neçə Avropa ölkəsində “5G” antenalarını yandırmışdılar.xeber100.com

İyul 9, 2020 8:21