Yaponiya Xarici İşlər Nazirliyinin məlumatı əsasında…

G7 ölkələrinin Xarici İşlər nazirləri yeni koronavirusa qarşı mübarizədə səylərin birləşdirilməsi barədə razılığa gəliblər.Yaponiya Xarici İşlər Nazirliyindən Azərtac-ın bu ölkədəki müxbir məntəqəsinə verilən məlumata görə, bu barədə razılaşma martın 25-də axşam saatlarında keçirilən telekonfrans zamanı əldə edilib.Qeyd edək ki, G7 ölkələrinin Xarici İşlər nazirlərinin görüşü ABŞ-da baş tutmalı idi, lakin pandemiya təhlükəsinə görə iclas videokonfrans şəklində keçirilib.Bildirilir ki, nazirlər antivirus tədbirləri ilə bağlı əldə olunan təcrübənin mübadiləsi, sərhəd nəzarətinin təşkili, dərman və vaksinlərin birlikdə hazırlanması barədə razılığa gəliblər.Onlar, həmçinin yeni koronovirusun yayıldığı inkişaf etməkdə olan ölkələrə yardım göstərilməsi təşəbbüsü ilə çıxış edəcəklərini də bildiriblər.Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunlarının bir il müddətinə təxirə salınması məsələsinə toxunaraq, yarışların tam tərkibdə təşkilinin zəruriliyini vurğulayıb. Digər iştirakçılar bununla razılaşdıqlarını bildiriblər.Telekonfrans zamanı Şimali Koreyanın bu günlərdə keçirdiyi ballistik raket sınaqları məsələsinə də toxunulub. Qeyd edilib ki, beynəlxalq ictimaiyyət bu sınaqlarla barışa bilməz. Həmin ölkənin nüvə silahının ləğvi istiqamətində səylərin davam etdirilməsi barədə də razılıq əldə olunub.Qeyd edək ki, bu, G7 ölkələrinin Xarici İşlər nazirlərinin telekonfrans formatında keçirilən ilk görüşü olub.

Mart 26, 2020 8:59

Avstraliyanın paytaxtında fövqəladə vəziyyət elan edilib

Avstraliyanın Kanberra şəhəri administrasiyası və Viktoriya ştatının hökumət orqanları yeni koronavirusun yayılmasının qarşısını almaq məqsədilə martın 16-dan bu ərazilərdə fövqəladə vəziyyət elan ediblər.Azərtac xəbər verir ki, bu barədə ABC yayım korporasiyası məlumat yayıb.Məlumatda qeyd edilir ki, Viktoriya ştatında fövqəladə vəziyyət hələlik dörd həftə müddətinə tətbiq ediləcək. Regionun Baş Naziri Daniel Endryus bəyan edib ki, fövqəladə vəziyyət ona ehtiyac duyulan dövrədək davam edəcək. Bununla əlaqədar atılacaq addımlar çərçivəsində ştatın hökuməti 500-dən çox iştirakçının qatıldığı tədbirləri ləğv etmək, yeni gələnləri 14 gün müddətinə karantinə yerləşdirmək hüququna malikdir.Viktoriya ştatının ardınca Kanberra hökumətinin başçısı Endryu Barr da paytaxt ərazisində bir həftəlik fövqəladə vəziyyət elan olunduğunu bəyan edib.Xatırladaq ki, Avstraliyanın hakimiyyət orqanları yeni koronavirusun yayılmasının qarşısını almaq üçün müəyyən tədbirlər görüb. Martın 16-dan başlayaraq, bu ölkəyə yeni gələnlərin hamısı 14 günlük müddətə özünü cəmiyyətdən təcrid etməlidir. Avstraliyada bu günədək 250 yeni koronavirusa yoluxma halı qeydə alınıb. İndiyədək 23 nəfərin həmin xəstəlikdən sağaldığı, lakin 3 nəfərin vəfat etdiyi bildirilir. Hazırda Avstraliya sərhədləri Çin, Cənubi Koreya və İrandan gələnlər üçün bağlıdır.xeber100.com

Mart 16, 2020 9:37