10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Czech Airlines” aviakompaniyasının beynəlxalq reysləri bərpa edilib

“Czech Airlines” aviakompaniyası koronavirus pandemiyası səbəbindən dayandırılan bir sıra beynəlxalq reysləri mayın 18-dən bərpa edib.Çexiya KİV-ləri xəbər verir ki, bu barədə jurnalistlərə milli aviadaşıyıcının rəsmi nümayəndəsi Vladimira Dufkova deyib.“Mayın 18-dən etibarən Praqanı Paris, Amsterdam və Frankfurt-Mayn şəhərləri ilə birləşdirən müntəzəm uçuşlar bərpa olunur. “Czech Airlines” mayın 21-dən Stokholma, mayın 24-dən Kiyevə, mayın 25-dən isə Odessa və Buxarestə uçuşlara başlayacaq”, - deyə Vladimira Dufkova bildirib. Onun sözlərinə görə, sərnişinlər və ekipaj üzvləri bütün uçuş müddəti ərzində tibbi maskada olmalı, eniş vaxtı və təyyarəni tərk edən zaman iki metrlik sosial distansiyanı saxlamalıdır.İlk reyslər zamanı təyyarələr yarıboş uçacaq. Pandemiya səbəbindən ölkələr arasında hərəkətə qoyulan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra aviadaşımaların dirçələcəyi gözlənilir.xeber100.com

May 18, 2020 11:51

İranda orta ümumtəhsil məktəblərində tədris prosesi bərpa olunub

Bu gün İranda orta ümumtəhsil məktəblərində tədris prosesi bərpa olunub.Azərtac xəbər verir ki, koronavirus pandemiyası səbəbindən bağlanmış orta ümumtəhsil məktəbləri mayın 16-dan başlayaraq fəaliyyətlərini davam etdirir. İranın Təhsil Nazirliyinin verdiyi məlumata görə, valideynlər uşaqlarını məktəbə buraxmaqda sərbəstdirlər.Bununla yanaşı, bir sıra vacib qaydalara əməl olunmalıdır. Tədris prosesində müəllim və şagirdlər mütləq tibbi maskadan istifadə etməli və şagirdlər sinifdə sosial məsafə saxlamaqla əyləşdirilməlidir. Eyni zamanda, hər sinifdə əllərin dezinfeksiya edilməsi üçün spirt və s. olmalıdır. Bu qaydalara riayət etməyən məktəblərin rəhbərləri cəzalandırılacaq.xeber100.com

May 16, 2020 10:27

Sloveniya hökuməti epidemiyanın sona çatdığını elan edib

Sloveniya hökumətinin telefonla keçirilən iclası zamanı ölkədə COVID-19 epidemiyasının sona çatdığı elan edilib.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, Nazirlər Kabineti buna əsas olaraq infeksiyanın yayılma göstəricilərinin aşağı düşdüyünü göstərib.Sloveniya İctimai Sağlamlıq İnstitutunun son məlumatına görə, pandemiyanın əvvəlindən bəri 66 mindən çox test aparılıb, ümumilikdə 1465 yoluxma halı aşkarlanıb, 103 nəfər həyatını itirib. Son günlər ərzində cəmi bir nəfərdə koronavirus diaqnozu təsdiqlənib.Hökumət Avstriya, İtaliya və Macarıstanla sərhədlərin açılmasının mümkünlüyü, habelə müdafiə tədbirlərinə əməl olunması şərti ilə aeroportların işinin bərpa edilməsi barədə qərar qəbul edib. Mayın 18-dən ölkədə bütün ticarət obyektlərinin, kafe və restoranların, otellərin açılması planlaşdırılır.xeber100.com

May 15, 2020 11:48

İsveçrə iyunun 15-də sərhədləri tam açmaq niyyətindədir

İsveçrə iyunun 15-də Fransa, Almaniya və Avstriya ilə sərhədləri tam açmaq niyyətindədir.Azərtac İsveçrə Federal Şurasının (hökumətin) saytında yerləşdirilmiş məlumata istinadla xəbər verir ki, sərhədlər epidemioloji şəraitin imkan verdiyi təqdirdə açılacaq. Müvafiq qərar İsveçrə ilə qonşu olan üç ölkənin Daxili İşlər nazirlərinin danışıqlarında qəbul olunub.Hazırda Fransa, Almaniya və Avstriya COVID-19 pandemiyası ilə bağlı məhdudlaşdırıcı tədbirlərin yumşaldılmasının bənzər mərhələsini yaşayır. Sərhədlərin açılması barədə yekun qərar Federal Şuranın mayın 27-də keçiriləcək iclasında qəbul ediləcək.Mayın 11-dən İsveçrədə epidemiyanın qarşısının alınması məqsədilə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasının ikinci fazası başlayıb. Ölkədə bütün mağazalar açılıb, restoranlar və barlar bir sıra məhdudiyyətlər şərti ilə fəaliyyətini bərpa edib, İsveçrəyə Avropa İttifaqından gəliş qadağası qismən götürülüb. Vəziyyət sabitləşəcəyi təqdirdə iyunun 8-ə üçüncü mərhələyə keçid planlaşdırılır.

May 14, 2020 10:12

Yaponiya hökuməti fövqəladə vəziyyət barədə qərar qəbul edəcək

Bu gün Yaponiya hökuməti ölkənin 47 prefekturasından 39-da koronavirus pandemiyasına görə tətbiq edilən fövqəladə vəziyyət rejiminin aradan qaldırılması barədə qərar qəbul edəcək.Azərtac Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu, aprelin 7-dən tətbiq edilən məhdudiyyətlərin ilk yumşaldılması olacaq. Bildirilir ki, hökumət ilkin olaraq vəziyyətin daha sabit olduğu 34 prefekturada fövqəladə vəziyyət rejimini aradan qaldırmağı planlaşdırırdı. Lakin sonradan bu siyahıya “xüsusi diqqət tələb edən” statusuna malik daha beş prefekturanın əlavə olunması qərara alınıb. Yumşaldılmanın əsasən sənaye müəssisələrinin yerləşdiyi mərkəzi Aiçi, qərbi Kioto və cənub-qərbi Fukuoka prefekturalarını əhatə etməsi nəzərdə tutulur.Bununla yanaşı, fövqəladə vəziyyət rejiminin Tokio və ona yaxın Kanaqava, Saytama və Çiba prefekturalarında davam etdiriləcəyi bildirilir. Məhdudlaşdırıcı tədbirlər, həmçinin Kioto, Osaka, Hyoqo və Hokkaydo prefekturalarını da əhatə edəcək.Fövqəladə vəziyyət rejiminin ləğvi ilə bağlı hökumət tərəfindən qərar mütəxəssislərin rəyi nəzərə alınaraq qəbul ediləcək.xeber100.com

May 14, 2020 10:08

Avstriyada avtomobil satışı bazarında böhran yaranıb

Koronavirus pandemiyası ilə əlaqədar Avstriyada avtomobil satışı bazarında böhran yaranıb.Azərtac Avstriya Statistika İdarəsinə istinadla xəbər verir ki, ötən ay Avstriyada keçən ilin apreli ilə müqayisədə 64,9 faiz az, yəni cəmi 11 min 220 minik avtomobili dövlət qeydiyyatından keçib. İdarənin məlumatına əsasən, benzin mühərriki ilə çalışan yeni avtomobillərin qeydiyyatı 71 faiz, dizel mühərriki ilə çalışan avtomobillərdə isə 63, 8 faiz azalıb. Elektrik mühərriki ilə çalışan avtomobillərdə vəziyyət nisbətən yaxşı (23,1 faiz geriləmə) olub.Yük maşınlarının satışında da geriləmə müşahidə olunduğu aprel ayında yeganə artım kənd və meşə təsərrüfatı maşınlarında qeydə alınıb. Statistika İdarəsinin hesabatına əsasən, apreldə 19 min 950 nəqliyyat vasitəsi (ötən ilin aprel ayı ilə müqayisədə 56,6 faiz az) qeydiyyata alınıb.Qeyd edilməlidir ki, ölkədə ən çox satılan ilk on avtomobil markasının hər biri ötən ay ciddi satış itkisi ilə üzləşib: Skoda (-44,7 faiz), Renault (-51,4 faiz), Audi (-56,7 faiz), Mercedes (-57,6 faiz), BMW (-57,7 faiz), Peugeot (-62,3 faiz), VW (-66,6 faiz), Kia (-67,2 faiz), Ford (-67,5 faiz) və Seat (-74,0 faiz). Bu göstəricilər isə öz növbəsində avtomobil istehsalı sənayesində böhranı qaçılmaz edə bilər.xeber100.com

May 13, 2020 10:17

ABŞ və Böyük Britaniya hərbi təlimlərə başlayıb

ABŞ və Böyük Britaniyanın körfəzdəki gəmiləri hərbi təlimlərə başlayıblar.Azərtac xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın regiondakı hərbi dəniz qüvvələrinin komandanı Cefri Morqantaller yayıb. O bildirib ki, təlimlərdə körfəzin minalardan təmizlənməsi taktikası həyata keçiriləcək.ABŞ-ın Həbi Dəniz Donanmasının saytında isə qeyd olunub ki, körfəzdə keçirilən “Exercise 2020” hərbi təlimlərinin məqsədindən biri də ondan ibarətdir ki, ticarət gəmilərinin təhlükəsizliyi təmin edilsin.Təlimlərə ABŞ və Böyük Britaniyanın regionda yerləşdirdikləri hərbi hissələrə aid helikopterlər, patrul katerləri, sualtı əməliyyatlar üçün xüsusi hərbi hissələr cəlb olunub. Təlimlərin nə qədər davam edəcəyi barədə məlumat verilmir.Qeyd edək ki, İranın hərbi dəniz qüvvələri də təlimlər keçirir. Dünən İran dənizçiləri yanlışlıqla özlərinə məxsus hərbi gəmini raketlə vurub partladıblar ki, nəticədə 20 dənizçı həlak olub.xeber100.com

May 12, 2020 9:55

Yaponiyada 4,3 bal gücündə zəlzələ baş verib

Mayın 12-də Yaponiyanın şimalında yerləşən Hokkaydo adası sahillərində 4,3 bal gücündə zəlzələ baş verib.Azərtac Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yerli vaxtla saat 11:44 dəqiqədə qeydə alınan yeraltı təkanların episentri adanın şimalında, Nemuro şəhəri yaxınlığında, ocağı 50 kilometr dərinlikdə yerləşib.Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb.xeber100.com

May 12, 2020 9:47

“Lufthansa” aviaşirkəti iyun ayndan etibarən uçuşları bərpa edəcək

Almaniyanın “Lufthansa” aviaşirkəti iyun ayndan etibarən uçuşları bərpa edəcək.Azərtac xəbər verir ki, şirkətin 80-nə yaxın hava layneri sərnişinləri yenidən öz bortunda qarşılamağa hazırlaşır. 763 təyyarədən ibarət olan “Lufthansa Group” hava donanması parkı uçuşların sayının sonradan tədricən 160-a çatdırılacağını bəyan edib.Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 20 minə yaxın aviareys təxirə salınıb.Marşrutlar indi 106 istiqaməti özündə birləşdirəcək. Aviaşirkət o cümlədən Mayorka, Girit, Rostock, Zilt kurort adalarına da uçuşlar həyata keçirəcək.xeber100.com

May 10, 2020 5:45

ABŞ-dakı aktiv neft-qaz qazma qurğularının sayı azalır

ABŞ-dakı aktiv neft-qaz qazma qurğularının sayı azalır.Azərtac xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 34 ədəd azalaraq 374 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 614 ədəd geriləyib.Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 33 ədəd azalaraq 292 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 513 ədəd azalma qeydə alınıb.Aktiv qaz qazma qurğularının sayı isə 1 ədəd azalaraq 80 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 103 ədəd azalıb. İki qazma qurğusu isə müxtəlif təyinatlı olub.Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.xeber100.com

May 9, 2020 8:42
    Page 53 of 301« First«...102030...5152535455...607080...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az