03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Rusiya prezidenti qanun layihəsinin prosedur hissəsini təsdiq edib

Rusiya Prezidenti Vladimir Putin ölkə Konstitusiyasına düzəlişlər barədə qanun layihəsinin prosedur hissəsini təsdiq edib.Azərtac xəbər verir ki, Rusiya Prezidenti sənədi imzaladıqdan sonra qanun layihəsi Konstitusiya Məhkəməsində baxılacaq və sonra ümumxalq səsverməsinə təqdim olunacaq.Xatırladaq ki, ümumxalq səsverməsi aprelin 22-də keçiriləcək. Səsvermədə iştirak edən vətəndaşların yarısından çoxu Konstitusiyaya dəyişikliklərin tətbiqinə səs verərsə, qanun qəbul edilmiş sayılacaq.xeber100.com

Mart 14, 2020 4:39

Yaponiya və ABŞ liderləri Olimpiya Oyunlarını müzakirə ediblər

Yaponiyanın Baş Naziri Şinzo Abe və ABŞ Prezidenti Donald Tramp yeni koronavirusun yayılmasına qarşı mübarizəni gücləndirmək istiqamətində əməkdaşlığı möhkəmləndirəcəklər. İki ölkənin liderləri, həmçinin “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının təşkili üçün birgə çalışmaq barədə də razılığa gəliblər.NHK telekanalı xəbər verir ki, bu barədə razılıq martın 13-də Yaponiya və ABŞ liderlərinin təqribən 50 dəqiqə davam telefon danışığı zamanı əldə edilib.Ş.Abe deyib ki, onun hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə irimiqyaslı tədbirləri təxirə salıb və sərhəd nəzarətini gücləndirib. O, həmçinin qeyd edib ki, hökumət virusun yayılmasının qarşısını almaq üçün bundan sonra da qətiyyətlə hərəkət edəcək.xeber100.com

Mart 13, 2020 3:31

Koronavirusun pandemiyası ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər görülür

Koronavirusun pandemiyası ilə əlaqədar Qazaxıstanda beynəlxalq aviasiya daşımalarına qarşı əlavə məhdudlaşdırıcı tədbirlər görülür.Azərtac-ın məlumatına görə, Sənaye və İnfrastruktur İnkişafı nazirinin müavini Berik Kamaliyev bildirib ki, Qazaxıstan Avropa və bir sıra digər ölkələrə uçuşların sayını azaldır.Hazırda Qazaxıstan Avropa İttifaqı ölkələrinə həftədə 25 aviareys yerinə yetirir. Martın 16-dan etibarən bəzi istiqamətlər üzrə, İstanbul, Frankfurt, Amsterdam, London, Praqa, Dubay, Əbu-Dabi istiqamətlərində həyata keçirilən reyslərin sayı azalacaq.Berik Kamaliyev bildirib ki, Avropada və başqa ölkələrdə olan Qazaxıstan vətəndaşlarının bu reyslərlə ölkəyə qayıtmaq imkanı var.xeber100.com

Mart 12, 2020 2:47

Gürcüstanda Prezident Administrasiyasının məlumatına görə…

Gürcüstanda Prezident Administrasiyası fəaliyyətini martın 8-dən 16-dək məhdudlaşdırıb.Azərtac xəbər verir ki, bu qərar ölkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə qəbul edilib.Administrasiyanın yaydığı məlumatda deyilir ki, martın 8-dən 16-dək Orbeliani sarayında rəsmi tədbirlər keçirilməyəcək və vətəndaşların qəbuluna da məhdudiyyətlər tətbiq olunacaq.Müxtəlif məsələlərlə bağlı Prezident Administrasiyasına müraciət etmək üçün vətəndaşlar “qaynar xətt” və ya rəsmi elektron poçt ünvanı ilə əlaqə saxlaya biləcəklər.Bu məhdudiyyətlərə baxmayaraq, Administrasiya adi rejimdə fəaliyyətini davam etdirəcək.xeber100.com

Mart 8, 2020 2:42

Moldovada “narıncı təhlükə” kodu elan edilib

Moldovada koronovirusla əlaqədar “narıncı təhlükə” kodu elan edilib.Azərtac xəbər verir ki, Moldova hökuməti ölkədə təhlükəsizlik tədbirlərini gücləndirib. Hökumət əhalini diqqətli olmağa, gigiyenik qaydalara riayət etməyə çağırıb.Qeyd edək ki, Moldovada koronavirusa ilk yoluxma faktı qeydə alınıb. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, İtaliyadan qayıdan 48 yaşlı moldovalı qadının koronavirusa yoluxduğu analizlərlə təsdiqlənib. O, martın 7-də İtaliyadan Kişineuya qayıdarkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.Onun təmasda olduğu insanların da müalicəyə cəlb edilməsi üçün araşdırmalara başlanılıb.xeber100.com

Mart 8, 2020 2:39

Avropa Yenidənqurma və İnkişaf Bankı Litvaya uzunmüddətli kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Litvaya 100 milyon avro məbləğində uzunmüddətli kredit ayırıb.Azərtac xəbər verir ki, bu barədə Litvanın Maliyyə Nazirliyindən bildirilib. Məlumata əsasən, ayrılan vəsait mədəniyyət, səhiyyə və idman sahələri üzrə binaların təmiri və tikintisinə yönəldiləcək.xeber100.com

Mart 6, 2020 2:23

“Türk Hava Yolları” şirkəti aviareyslərin bəzilərini təxirə salıb

İtaliyada yeni koronavirusun yayılması ilə əlaqədar “Türk Hava Yolları” şirkəti bu ölkəyə aviareyslərin bəzilərini təxirə salıb.Azərtac xəbər verir ki, bu barədə aviaşirkətdən məlumat verilib.Bildirilib ki, mart ayı üçün İstanbulun Sabiha Gökcən hava limanından Milana və Romaya nəzərdə tutulan səfərlər ləğv edilib. Yeni İstanbul aeroportundan nəzərdə tutulan uçuşlar isə qismən azaldılıb.xeber100.com

Fevral 29, 2020 6:58

Bu gün NATO-nun fövqəladə toplantısı keçiriləcək

Türkiyənin tələbi ilə bu gün NATO-nun fövqəladə toplantısı keçiriləcək.Azərtac xəbər verir ki, dünən axşam saatlarında Suriya rejimi tərəfindən Türk Silahlı Qüvvələrinə qarşı törədilmiş hava hücumunun ardından Türkiyə tərəfi bu tələbi irəli sürüb.Xatırladaq ki, hücum nəticəsində 33 türk əsgəri şəhid olub.xeber100.com

Fevral 28, 2020 1:42

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının məlumatına görə…

Birləşmiş Ştatların gündəlik xam neft istehsalı azalır.Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft hasilatı 8 min barrel azalaraq gündəlik orta hesabla 13 milyon barrel olub. Bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. Birləşmiş Ştatların neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.Ötən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 330 min barrel azalaraq sutkada 6,22 milyon barrel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 93 min barrel artaraq gündəlik 3,66 milyon barrel təşkil edib.EIA-nın proqnozuna görə, ABŞ-ın neft istehsalı bu il sutkalıq orta hesabla 13,2 milyon barrel olacaq. 2021-ci ildə isə gündəlik hasilatın 13,56 milyon barrelə çatacağı gözlənilir.Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.xeber100.com

Fevral 27, 2020 2:05

Martın 1-dən etibarən İrana aviareyslər dayandırılır

Qazaxıstan martın 1-dən İrana aviareysləri dayandırır.Azərtac xəbər verir ki, Qazaxıstan baş sanitar həkimi Jandarbek Bekşin açıqlama verib ki, İranda olan Qazaxıstan vətəndaşları martın 1-nə kimi ölkəyə qayıda bilərlər.Qeyd edək ki, daha əvvəl Qazaxıstanın baş sanitar həkimi vətəndaşları Yaponiya, İtaliya, Sinqapur, Cənubi Koreya, Tailand, Malayziya kimi ölkələrə getməməyə, biletləri təhvil verməyə çağırmışdı.O, həmçinin bildirib ki, idarələrarası komissiyanın iclasında bu ölkələrə uçuş üçün alınan biletlərin dəyərinin vətəndaşlara qaytarılması barədə qərar qəbul olunub.xeber100.com

Fevral 26, 2020 1:54
    Page 56 of 299« First«...102030...5455565758...708090...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az