ABŞ-ın Nümayəndələr Palatası növbəti qətnamə qəbul edib

ABŞ-ın Nümayəndələr Palatası 1915-ci il hadisələrini erməni “soyqırımı” kimi tanıyan 296 saylı qətnamə qəbul edib. Konqresdə bu məsələ işə bağlı müzakirələr ərəfəsində Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıc qətnamənin Türkiyə ilə Birləşmiş Ştatlar arasında siyasi münasibətlərə xələl gətirəcəyi barədə xəbərdarlıq edib. Qətnamənin müəllifləri Kaliforniya və Floridadan olan konqresmenlər Adam Şiff və Qus Bilirakisdir.Azərtac xəbər verir ki, böyük səs çoxluğu ilə (lehinə 405, əleyhinə 11) qəbul edilmiş qətnamənin məcburi hüquqi qüvvəsi yoxdur. Nümayəndələr Palatası 1984-cü ildə də analoji qərar qəbul edib.Bir çox siyasi icmalçılar hesab edirlər ki, sözügedən qətnamə Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında “Sülh çeşməsi” əməliyyatına başlamasından sonra Türkiyə hökumətinə təzyiqin gücləndirilməsi məqsədi daşıyır. Erməni lobbisinin qatı tərəfdarlarından biri olan konqresmen Adam Şiff Konqresdə açıq şəkildə bəyan edib ki, qətnamənin qəbul edilməsi Türkiyə ordusunun Suriyaya girməsi ilə əlaqədardır. ABŞ-da 200 minlik erməni icmasının maraqlarını təmsil edən və Los-Ancelesdə yaşayan bu konqresmen on illərdir ki, hökuməti qondarma “soyqırımını” tanımağa sövq edirdi, lakin NATO-nun müttəfiqi olan Türkiyə hökumətinin güclü mövqeyi qarşısında aciz qalmışdı.Bir neçə konqresmen, o cümlədən Nümayəndələr Palatasının Texas ştatından olan üzvü Maykl Bercess belə bir sualla müraciət edib ki, Konqresin daha təxirəsalınmaz işləri, o cümlədən Amerika hökumətinin maliyyələşdirilməsinə dair müddəti noyabrın 21-də başa çatan məsələlər olduğu halda palatanın 100 il əvvəl baş vermiş hadisələrlə bağlı mütləq qaydada qətnamə qəbul etməyə tələsməsi nə ilə bağlıdır.xeber100.com

Oktyabr 30, 2019 1:54