30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Özbəkistan Konstitusiyasının qəbul olunmasının 27-cı ildönümündə

Özbəkistan Konstitusiyasının qəbul olunmasının 27-cı ildönümü Daşkənddə qeyd edilib.Azərtac xəbər verir ki, tədbirdə Özbəkistan Hökumətinin, Ali Məclisinin və Senatın üzvləri, deputatlar, elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, səfirlər, beynəlxalq təşkilatların və ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mərasim iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib, bütün sahələrdə aparılan islahatlardan danışıb. Dövlət başçısı deyib ki, müstəqilliyin ilk illərində qəbul edilən Konstitusiyada insan hüquqlarının və maraqlarının təminatçısı olan prinsiplər, dövlət quruculuğunun əsasları öz əksini tapıb. Əsas Qanun cinsindən, dinindən, milliyyətindən, sosial mənsubiyyətindən asılı olmayaraq ölkədə yaşayan bütün xalqlara bərabər hüquqlar verib və müasir demokratik inkişaf üçün möhkəm təməl yaradıb.Mərasimdə ölkəmizin Özbəkistandakı müvəqqəti işlər vəkili Arif Abbasov da iştirak edib.Bayram tədbiri konsert proqramı ilə başa çatıb.xeber100.com

Dekabr 7, 2019 2:58

“United Airlines” aviakompaniyası yeni qərar qəbul edib

Amerikanın “United Airlines” aviakompaniyası özünün “Boeing 757-200s” təyyarə parkını “Airbus A321XLR” laynerləri ilə əvəzləmək barədə qərar qəbul edib.Xarici KİV-lər xəbər verir ki, aviakompaniyanın sifariş etdiyi 50 təyyarənin çatdırılmasına 2024-cü ildə başlanacaq. Sifarişin ümumi məbləği 7 milyard dollar təşkil edir.“Boeing” kompaniyası hazırda “Airbus A321XLR” ilə rəqabət aparmaq üçün orta magistrallı təyyarələri çatdırmaq imkanına malik deyil. Bundan başqa, onun aviatexnikası 737 MAX ailəsindən olan laynerlərin iştirakı ilə baş verən və 346 nəfərin həyatına son qoyan iki qəza ilə bağlı qalmaqal səbəbindən populyarlığını itirib. Qəzanın səbəbləri kimi təyyarənin proqram təminatı sistemində uyğunsuzluq göstərilir. Həmin insidentlərdən sonra dünyanın bütün aviakompaniyaları MAX ailəsindən olan “Boeing 737” təyyarələrinin istismarını dayandırıb.“Airbus” A321XLR təyyarələrini ilk dəfə bu ilin iyununda Paris aviasalonunda nümayiş etdirib. Yeni dar füzelyajlı təyyarənin uçuş uzaqlığı əvvəlki A321LR modelindən 15 faiz çoxdur ki, bu da onu uzaq magistrallı geniş füzelyajlı laynerlərin qənaətcil alternativi edir.“United Airlines” yeni təyyarələrdən Avropa marşrutlarında istifadə etmək niyyətindədir.xeber100.com

Dekabr 5, 2019 1:16

ABŞ-ın xam neft istehsalı rekord səviyyədədir

ABŞ-ın gündəlik xam neft istehsalı rekord səviyyədədir.Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı dəyişməyərək sutkada orta hesabla 12,9 milyon barrel olub. Bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. Birləşmiş Ştatların neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.ABŞ-ın sutkalıq neft istehsalı yanvarda orta hesabla 11,9 milyon barrel, fevralda 12 milyon, martda 12,2 milyon, apreldə 12,3 milyon, mayda 12,4 milyon, iyunda 12,2 milyon, iyulda 12 milyon, avqustda 12,3 milyon, sentyabrda 12,4 milyon, oktyabrda 12,6 milyon, noyabrda isə 12,8 milyon barrel olub.Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 201 min barrel azalaraq gündəlik 5,99 milyon barrel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 345 min barrel geriləyərək sutkada 3,13 milyon barrel təşkil edib.EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,3 milyon barrel, gələn il isə 13,3 milyon barrel olacaq.xeber100.com

Dekabr 5, 2019 1:06

Hindistanın “Vikram” kosmik aparatının qalıqları aşkar edilib

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) “Lunar Reconnaissance Orbiter” (LRO) orbital stansiyası sentyabrda Yerin təbii peykinə endiyi zaman qəzaya uğrayan Hindistanın “Vikram” kosmik aparatının qalıqlarını Ayın səthində aşkar edib.Azərtac NASA-nın saytına istinadla xəbər verir ki, agentlik Hindistan kosmik aparatının Ayın səthinə çırpıldığı yerin fotoşəklini yayıb.Xatırladaq ki, sentyabrın 7-də Hindistan Ay missiyasını yerinə yetirən özünün “Chandrayaan-2” pilotsuz kosmik gəmisi və “Vikram” aparatı ilə əlaqəni Yerin təbii peykinin səthindən 2 kilometr hündürlükdə itirib. Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) hər ötən saat kosmik aparatın batareyasının tükəndiyini, bir neçə gündən sonra modulun işləməsi üçün heç bir gücünün qalmayacağını bildirmişdi. İndi məlum olub ki, kosmik aparat Ayın səthinə çırpılaraq parçalanıb. O, Yerin təbii peykinə “Praqyan” lunoxodunu çatdırmalı idi. “Chandrayaan-2” pilotsuz kosmik gəmisi isə bu gün də orbitdə fəaliyyətini davam etdirir.xeber100.com

Dekabr 3, 2019 3:10

Özbəkistan Ali Məclisi Senatının 24-cü plenar iclasında

Noyabrın 30-da Özbəkistan Ali Məclisi Senatının 24-cü plenar iclasında 2020-ci il üçün ölkənin dövlət büdcəsi təsdiq edilib.Azərtac xəbər verir ki, Özbəkistanın Maliyyə naziri Jamşid Kuçkarov 2020-ci ilin büdcəsi haqqında ətraflı danışıb. Bildirib ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 128,5 trilyon sum (1 dollar 9,491sumdur), xərcləri isə 131,1 trilyon sum müəyyən edilib.Ümumiyyətlə, Senatın iclasında 19 məsələyə baxılıb.xeber100.com

Noyabr 30, 2019 9:27

“Gazprom” şirkətinin xalis mənfəəti 211,7 milyard rubl təşkil edib

Cari ilin üçüncü rübündə Rusiyanın “Gazprom” şirkətinin xalis mənfəəti 211,7 milyard rubl təşkil edib.Azərtac şirkətə istinadla xəbər verir ki, hesabat dövründə “Gazprom”un gəlirləri isə 1,62 trilyon rubl olub.Analitiklərin proqnozu mənfəətin 199,8 milyard rubl, gəlirin isə 1,65 trilyon rubl səviyyəsində olacağı idi.“Gazprom”un üçüncü rübdə Avropa İttifaqı (Aİ) və Türkiyəyə satdığı təbii qazın orta qiyməti 1000 kubmetr üçün 169,8 dollar olub.xeber100.com

Noyabr 29, 2019 2:17

ABŞ Milli Meteorologiya Xidmətinin məlumatı

ABŞ aeroportlarının və aviaşirkətlərin administrasiyaları ölkədə kəskin hava şəraitinin yaranması ilə əlaqədar son iki gündə yüzlərlə reysi ləğv etməyə məcbur olublar.Azərtac xəbər verir ki, Qayalı dağlarda qar qasırğası nəticəsində minlərlə reys təxirə salınıb. Sinoptiklərin sözlərinə görə, noyabrın 27-də güclü qar istiqamətini Qayalı dağlar regionuna və Orta Qərbə doğru dəyişib, Denverdə qar örtüyünün qalınlığı 25 santimetrdən çox olub.Çikaqonun O`Xara beynəlxalq aeroportunda və Minneapolis/Sent-Pol aeroportunda ləngimələrin sayı daha çox olub: müvafiq olaraq 321 və 201 ləngimə. Noyabrın 27-nə olan məlumata görə, Birləşmiş Ştatlara və oradan istiqamət götürən 4500-dən çox reys qar qasırğası ilə əlaqədar ləngiyib.ABŞ Milli Meteorologiya Xidmətindən bildiriblər ki, fırtına öz gücünə və miqyasına görə rekord səviyyədə ola bilər.xeber100.com

Noyabr 28, 2019 12:08

Amerika Neft İnstitutunun məlumatı əsasında…

Ötən həftə Birləşmiş Ştatların xam neft ehtiyatları artıb.Azərtac xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 3,64 milyon barrel artıb. Bazar proqnozları da ehtiyatların çoxalacağı istiqamətində idi. Əvvəlki həftə ehtiyatlar 5,95 milyon barrel artmışdı.Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.xeber100.com

Noyabr 27, 2019 12:59

Krit adası yaxınlığında 5,8 bal gücündə zəlzələ baş verib

Afina Seysmologiya Laboratoriyasının məlumatına əsasən, Krit adası yaxınlığında 5,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Xaniya şəhərindən 74 kilometr qərb istiqamətində dənizdə 30 kilometr dərinlikdə baş verib.Azərtac xəbər verir ki, təkanlar Afinada da hiss olunub. Xəsarət alanlar barədə məlumat yoxdur.xeber100.com

Noyabr 27, 2019 12:56

Vikinqlər dövrünə aid insan məskəni və gəmi aşkar edilib

Norveçin qərb hissəsindəki Edoya adasında yerləşən kilsə yaxınlığında Norveç Mədəni İrsin Tədqiqatları İnstitutunun arxeoloqları tərəfindən aparılan arxeoloji qazıntı işləri zamanı vikinqlər dövrünə aid olması ehtimal edilən insan məskəninin və gəminin qalıqları aşkar edilib.Azərtac xəbər verir ki, bu ərazidə arxeoloji tədqiqatlar tarixi izləri aşkar etməyə imkan verən ən yeni georadar texnologiyalarından istifadə edilməklə aparılıb.Edoya adasındakı kəşf ilə arxeoloqlar tərəfindən bu il Yelestadda aşkar edilmiş tapıntı arasında xeyli oxşarlıq var. Hər iki gəmi torpağın üst qatından bir az aşağıda yerləşirdi, Orada əvvəl kurqan olub. Georadar məlumatlarında diametri 18 metr olan kurqanın mərkəzində gəminin 13 metr uzunluğunda kili aydın görünür. Arxeoloqlar vurğulayırlar ki, gəminin nə vaxt inşa olunmasını dəqiq təyin etmək mümkün deyil, amma, bununla belə, onlar əmindirlər ki, gəminin yaşı 1000-dən çoxdur.xeber100.com

Noyabr 26, 2019 1:16
    Page 63 of 301« First«...102030...6162636465...708090...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az