05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Hərbçilərlə müxalifət arasında saziş imzalanıb

Minlərlə sudanlı ölkədə hərbçilərlə müxalifət arasında hakimiyyət bölgüsünə dair sazişin imzalanmasını bayram etmək üçün paytaxt Xartumun küçələrinə çıxıb. Ölkədə sivil hökumətin tərəfdarları demokratiya şüarları səsləndirib, bu sahədə islahatlar keçirilməsini tələb ediblər. Azərtac BBC telekanalının saytına istinadla xəbər verir ki, paytaxt Xartumla yanaşı, ölkənin əyalətlərində də izdihamlı mitinqlər keçirilib.Sudanda keçid dövrünün Hərbi Şurası və Azadlıq və İslahatlar Şurası arasında bir neçə gündür davam edən danışıqlar avqustun 3-də keçid dövründə müvəqqəti hökumət yaradılmasına dair Konstitusiya Bəyannaməsinin imzalanması ilə başa çatıb. Tərəflər yeni Nazirlər Şurasının tabeliyində təhlükəsizlik orqanları və Çevik Dəstək Qüvvələri yaradılması barədə də razılıq əldə ediblər.Xatırladaq ki, bu ölkədə cari il aprelin 11-dən – otuz il ərzində Sudana rəhbərlik edən Prezident Ömər Bəşirin hərbçilər tərəfindən vəzifəsindən kənarlaşdırılmasından sonra iğtişaşlar başlayıb. Əhali hərbçilərdən ölkədə sivil hökumətin qurulmasını və azad seçkilərin keçirilməsini tələb edirdi.xeber100.com

Avqust 3, 2019 11:17

7,54 bal gücündə zəlzələdən sonra sunami təhlükəsi elan edilib

Avqustun 2-də İndoneziyanın Yava adasında yerli vaxtla saat 12:03-də baş vermiş Rixter cədvəli üzrə 7,54 bal gücündə zəlzələdən sonra sunami təhlükəsi elan edilib. Reuters agentliyi xəbər verir ki, ölkənin Banten, Lampunq, Qərbi Yava və Bengkulu rayonlarında sunami təhlükəsi ilə əlaqədar əhalinin təxliyəsinə başlanılıb. Adalara gəlmiş turistlərin də ərazini tərk etdikləri bildirilir.Məlumatda qeyd olunur ki, yeraltı təkanların episentri Sumur-Bantendən 174 kilometr cənub-qərbdə yerin 10 km dərinliyində olub. Zəlzələ ölkənin paytaxtında da hiss edilib. Dağıntılar və itkilər haqqında məlumat verilmir.xeber100.com

Avqust 2, 2019 7:57

Seçkiqabağı debatların ikinci turunun növbəti mərhələsi keçirilib

İyulun 31-də Miçiqan ştatının Detroyt şəhərində ABŞ prezidenti vəzifəsinə Demokratlar Partiyasının namizədləri arasında seçkiqabağı debatların ikinci turunun ikinci mərhələsi keçirilib.Azərtac xəbər verir ki, Demokratlar Partiyasının nümayəndələri 2020-ci ildə ABŞ prezidenti vəzifəsinə seçkilərdə Donald Tramp ilə mübarizə aparacaq namizədi seçməlidirlər. Debatlar iki gün keçirilir. Debatların ikinci turunun ikinci mərhələsində 10 namizəd - Co Bayden, Kamala Harris, Kori Buker, Xulian Kastro, Kirsten Cillibrend, Tulsi Qabbard, Cey Aynsli, Maykl Bennet, Endrü Yanq və Bill de Blazio iştirak ediblər.Debatların moderatorları CNN kanalının nümayəndələri olub. Aparıcılar debatlar üçün ayrılmış vaxtın çox hissəsini qarşıdakı illərdə ölkə iqtisadiyyatının inkişafı, minimum əməkhaqqının artırılması, tibbi sığorta və immiqrasiya sahələrində islahatlar mövzusunda diskussiyalara həsr ediblər. İqlim dəyişmələri problemi, pulsuz təhsil, əməyin ödənilməsində gender fərqləri və ABŞ-ın xarici siyasəti məsələləri də müzakirə edilib.xeber100.com

Avqust 1, 2019 1:39

Polşa hökuməti 2 milyon vətəndaşını gəlir vergisindən azad edib

Polşa hökuməti iyulun 30-dan etibarən bu ölkədə yaşayan və çalışan 2 milyona yaxın gənc vətəndaşını gəlir vergisindən azad edib. Buna səbəb gənc kadrların sürətlə ölkəni tərk etməsidir.Azərtac xəbər verir ki, 26 yaşadək olan gənc polyaklar ildə orta hesabla 85 min 528 zlotı (22 min 547 dollar) qazanır. Artıq avqustun 1-dən etibarən gənclər yeni ay üçün əməkhaqlarından tutulan aylıq 18 faiz vergidən azad olacaqlar.Bu məsələ ilə bağlı parlamentdə çıxış edən Baş Nazir Mateus Moraveskiy bildirib ki, son 15 ildə Polşanı 1,7 milyon gənc mütəxəssis tərk edib. Bu rəqəm Varşavanın əhalisi qədərdir və ölkə iqtisadiyyatına, habelə demoqrafik artıma ciddi zərbə vurur.Lakin ölkənin bəzi siyasi qüvvələri bu qərardan narazılıqlarını ifadə ediblər. Belə ki, onlar güzəştin 26 yaşdan sonra ləğv olunacağı halda baş verəcəklərdən narahatlıqlarını dilə gətiriblər.Polşalı miqrantların ən çox üz tutduqları ölkə isə Böyük Britaniyadır. Bu ölkədə təxminən 1 milyon polyak yaşayır.xeber100.com

İyul 30, 2019 9:30

Federal Ehtiyat Sisteminin uçot dərəcəsi azaldılacaq

ABŞ Federal Ehtiyat Sisteminin (FED) son 10 ildə ilk dəfə uçot dərəcəsini aşağı salacağı nəzərdə tutulur.Azərtac xəbər verir ki, bazar proqnozları FED-in bu həftə keçiriləcək iclasında uçot dərəcəsinin 0,25 faiz azaldılacağı istiqamətindədir.Ekspertlər beynəlxalq bazarlar tərəfindən də diqqətlə izləniləcək FED-in iclasında zəifləyən qlobal iqtisadi vəziyyət və artan ticari gərginliklər fonunda bankın 2008-ci ildəki qlobal iqtisadi böhrandan bəri ilk dəfə uçot dərəcəsini azaldacağını gözləyirlər.Uçot dərəcəsinin azaldılması qlobal iqtisadiyyatın 1854-cü ildən indiyədək ən böyük uzunmüddətli artım göstərdiyi, işsizliyin rekord aşağı səviyyədə olduğu və birjaların dəyərinin maksimuma çatdığı bir vaxtda baş verəcək.xeber100.com

İyul 29, 2019 2:00

Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən…

Latviya 2025-ci ilə qədər əmək qabiliyyətli əhalinin üçdəbirini itirə bilər.Azərtac Beynəlxalq Valyuta Fondunun (İMF) hesablamalarına istinadla xəbər verir ki, hazırda demoqrafiya Latviyanın ən böyük problemlərindən biridir. Əgər bunun qarşısı alınmazsa, ölkə növbəti 30 il ərzində əsas işçi qüvvəsini itirəcək. Bu isə təxminən 400 min nəfər deməkdir.Fondun nümayəndələrinin Latviyaya səfəri zamanı aparılan hesablamalarda məlum olub ki, hər il əhalinin sayı 1 faiz azalır. Buna əsas səbəb isə gənc və orta yaşlıların iş ilə bağlı daha inkişaf etmiş ölkələrə emiqrasiyasıdır. Bu, əmək qabiliyyətli əhalinin sayına və məhsuldarlığına ciddi təsir edir.xeber100.com

İyul 28, 2019 3:31

Böyük Britaniya hökuməti ciddi hazırlığa başlayır

Böyük Britaniya hökuməti ölkənin Avropa İttifaqından çıxması ilə bağlı ciddi hazırlığa başlayır.Azərtac xəbər verir ki, bu barədə “Sunday Times” qəzetində dərc olunmuş məqaləsində Lankaster hersoqluğunun kansleri (de-fakto xüsusi tapşırıqlar üzrə nazir) Maykl Qouv bildirib.Maykl Qouv qeyd edib ki, yeni Baş Nazirlə, yeni hökumətlə, yeni və daha aydın missiya ilə Britaniya oktyabrın 31-də Avropa İttifaqından çıxacaq. Bundan sonra heç bir yubanma olmayacaq. Brexit artıq yaxınlaşır.xeber100.com

İyul 28, 2019 3:25

ABŞ Geoloji Xidmətinin məlumatı əsasında…

İyulun 27-də Filippində baş vermiş zəlzələ nəticəsində ən azı 7 nəfər ölüb, 60-dan çox adam yaralanıb. Azərtac AFP agentliyinə istinadla xəbər verir ki, bu məlumatı ölkənin rəsmiləri yayıblar.ABŞ-ın Geoloji Xidmətinin məlumatına görə, Filippinin şimalında yerləşən Batanes əyalətinin İtbayat bələdiyyəsinin ərazisində ard-arda dörd yeraltı təkan olub. Onlardan ən şiddətlisi Rixter cədvəli üzrə 5,7 bal təşkil edib. Bölgədə sunami təhlükəsi elan edilməyib. Zəlzələnin baş verdiyi ərazidə bir neçə tikilinin dağıldığı bildirilir.xeber100.com

İyul 27, 2019 6:16

“Uber” şirkəti bütün xidmətlərini müvəqqəti dayandırıb

“Uber” şirkəti Avstriyadakı bütün xidmətlərini müvəqqəti dayandırıb.Azərtac xəbər verir ki, məhkəmə qərarı əsasında fəaliyyətini dayandıran ABŞ konserni növbəti həftələrdə yenidən Avstriya bazarına geri qayıtmağı planlaşdırır.Vyanada taksi şirkətlərini birləşdirən təmsilçilik və “Uber” şirkəti arasında illərdən bəri davam edən məhkəmə çəkişməsində hələ ki, birinci tərəfin maraqları təmin olunub. Belə ki, Vyana Ticarət Məhkəməsinin qərarına əsasən, “Uber” şirkəti də digər oxşar xidmətlər kimi Avstriyada öz nümayəndəliyi ilə təmsil olunmalı və müvafiq lisenziya üçün rəsmi qurumlara müraciət etməlidir. Vyana ilə yanaşı, şirkətin Qrats, Zaltsburq və Lints şəhərlərindəki fəaliyyətinin pilot mərhələsi də dayandırılıb.Qeyd edilməlidir ki, Vyanada taksi xidmətlərində olduqca ucuz qiymətləri təqdim edən “Uber” ilə yerli taksi şirkətləri arasında çəkişmə bir neçə ildir ki, davam edir. Vyanada aparıcı taksi xidmətləri operatoru olan “40100” şirkəti ABŞ konserninə qarşı aparılan mübarizədə ön cərgədə dayanır.xeber100.com

İyul 26, 2019 6:35

“Dubki” adlı yeni sərhəd nəzarəti məntəqəsi açılacaq

Litva-Rusiya sərhədində “Dubki” adlı yeni sərhəd nəzarəti məntəqəsi açılacaq.Azərtac xəbər verir ki, yüklərin daşınmasına nəzarət edəcək məntəqədə Riqa-Kalininqrad-Qdansk dəhlizində hərəkət edəcək yük maşınları yoxlanacaq.Tikinti işləri cari ilin sonunadək yekunlaşacaq. Məntəqənin gələn ilin martında istifadəyə verilməsi nəzərdə tutulur. Burada nəqliyyat vasitələri üçün 4 xətli yol və keçid məntəqəsi olacaq. Məntəqə gün ərzində 4 min nəqliyyat vasitəsinə xidmət göstərəcək.xeber100.com

İyul 25, 2019 2:37
    Page 71 of 299« First«...102030...6970717273...8090100...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az