Litvada NATO-nun təlimləri keçirilir.Azərtac xəbər verir ki, illik planlara əsasən təşkil olunan təlimin məqsədi NATO müttəfiq qüvvələri tərəfindən hava məkanına nəzarətin və monitorinqin aparılması, hərbi hava qüvvələrinin və regional hava qüvvələrinin güclərinin sınanmasıdır. Təlimlərdə 20-dən çox təyyarə iştirak edəcək.Uçuşlar zamanı axtarış və xilasetmə əməliyyatlarının həyata keçirilməsi, habelə qırıcıların havada yanacaqla təmin olunması sınaqdan keçiriləcək.Təlimlərdə Macarıstana, İspaniyaya, Böyük Britaniyaya, Polşaya, Finlandiyaya, Almaniyaya, İsveçə və Norveçə məxsus qırıcılar iştirak edir.