30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

1,2 milyondan çox insan daşqın təhlükəsinə görə təxliyə ediləcək

Yaponiyanın cənub-qərbində yerləşən Küsyu adasının 1,2 milyondan çox sakini leysan yağışlarının səbəb olduğu daşqın və torpaq sürüşməsi təhlükəsi səbəbindən təxliyə xəbərdarlığı alıb.Kyodo agentliyi xəbər verir ki, təcili təxliyə zonasında təxminən 1,24 milyon insanın yaşadığı 58 min bina yerləşir. Adanın Kaqosima, Amakusa, Kirisima və Ayra şəhərlərində insanların həyatı üçün real təhlükə yaranıb.Kaqosima şəhərində təbii fəlakət yaşlı qadının ölümünə səbəb olub. O, torpaq sürüşməsinin altında qalan evini vaxtında tərk edə bilməyib.Yaponiya hökuməti regiondakı vəziyyətlə bağlı təcili qərargah yaradıb. Hazırda özünümüdafiə qüvvələrinin yerli əhaliyə və xilasetmə xidmətlərinə yardım etmək məqsədilə zərərçəkən rayonlara göndərilməsi imkanları müzakirə olunur.Bu saatlarda Küsyu adasında intensiv yağış yağır. Milli Meteorologiya İdarəsinin proqnozuna əsasən, sutka ərzində regiona 900 millimetr yağıntı düşə bilər.xeber100.com

İyul 3, 2019 2:43

Ən yüksək məvacibli fəaliyyət sahələri müəyyən edilib

Portuqaliya Əmək Nazirliyi ölkədə ən yüksək məvacibli fəaliyyət sahələrini müəyyən edib. Məlum olub ki, qaz və elektrik enerjisi sektorlarının işçiləri ən yüksək orta aylıq əməkhaqqı alırlar. 2018-ci ilin sonuna olan məlumata görə, bu işçilərin orta aylıq əməkhaqqı 1170 avro təşkil edib. Azərtac xəbər verir ki, bu barədə məlumatı “Lusa” xəbər agentliyi Strategiya və Planlaşdırma İdarəsinə istinadla yayıb.Turizm sahəsinin inkişaf etməsinə baxmayaraq, bu sektorda məvaciblərin artımında ən aşağı sürət qeydə alınıb. 2018-ci ildə bu sahədə baza əməkhaqqı 818 avro, inişil təqribən 788 avro təşkil edib.Bildirilib ki, ölkədə kişilərlə qadınların məvacibləri arasında hələ də xeyli fərq var. Statistika göstərir ki, Portuqaliyada qadınlar orta hesabla kişilərdən 250 avro az məvacib alırlar.xeber100.com

İyul 2, 2019 7:59

Rusdilli təhsilin miqyasını genişləndirmək nəzərdə tutulur

Litvanın Klaypeda Dövlət Universitetində rusdilli təhsilin miqyasını genişləndirmək nəzərdə tutulur.Azərtac xəbər verir ki, universitet yeni dərs ilindən etibarən rus dilində daha bir neçə fakültə açacaq. Universitetin yeni təyin olunmuş rektoru Arturas Razbadauskas hesab edir ki, Klaypeda keçmiş sovet ölkələrindən gələn abituriyent sayını artırmalıdır. Bu addım şəhərin də inkişafına ciddi təkan verəcək. Klaypeda rəhbərliyi şəhər əhalisinin sayının 2030-cu ilədək 190 min nəfərə çatdırılmasını qarşısına məqsəd qoyub. Bu istiqamətdə işlərdən biri də keçmiş postsovet ölkələrindən, o cümlədən Azərbaycandan şəhərə gənc mütəxəssislərin cəlb olunmasıdır.Rus dilində açılacaq fakültələr isə bunlardır: Avropa tarixi, informatika, bədən tərbiyəsi, psixologiya, neft hasilatı və emalı və etikadır.xeber100.com

İyul 1, 2019 3:38

İngiltərə Meteorologiya Mərkəzi əhaliyə xəbərdarlıq edib

İngiltərədə havanın temperaturunun yüksəlməsi nəticəsində son 40 ilin ən isti günü yaşanıb.Meteorologiya mərkəzi əhaliyə xəbərdarlıq edərək diqqətli olmağa çağırıb.Qeyd edək ki, Avropada yayılan istilik dalğası nəticəsində Fransada cümə günü temperatur 45.9 dərəcəyə çatmışdı.xeber100.com

İyun 30, 2019 1:24

Konstitusiyada dəyişiklik edilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Gürcüstan parlamenti ölkə Konstitusiyasına dəyişiklik edəcək.Azərtac xəbər verir ki, dəyişiklik parlament seçkilərində proporsional seçki sisteminin tətbiqi ilə əlaqədardır.Gürcüstanda müxalifətin keçirdiyi etiraz aksiyalarında irəli sürülən tələblərdən biri də 2020-ci ildə parlament seçkilərinin proporsional sistem üzrə keçirilməsi idi. Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası müxalifətin tələbini nəzərə alıb və Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb.Qanun layihəsi artıq parlamentə təqdim olunub.xeber100.com

İyun 29, 2019 5:44

Yaponiyada G20 ölkələrinin sammiti çərçivəsində

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Yaponiyada G20 ölkələrinin sammiti çərçivəsində görüş keçiriblər.Azərtac xəbər verir ki, Rusiya Prezidenti iki ölkə arasında əmtəə dövriyyəsinin 2018-ci ildə 16 faiz artdığını, 10 milyard dollar məbləğində qarşılıqlı investisiyalar yatırıldığını deyib. O, yaxın gələcəkdə 900 milyon avro məbləğində investisiya platforması yaradılmasının planlaşdırıldığını bildirib. Rusiya lideri Türkiyənin Yekaterinburqda keçiriləcək “İnnoprom” sərgisinin tərəfdaş ölkəsi olmasını mühüm hadisə adlandırıb.Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, ikitərəfli münasibətlər hazırda sürətlə inkişaf edir. O, birgə layihələrin, o cümlədən “Akkuyu” AES-in tikintisinin reallaşdırılmasının əhəmiyyətini vurğulayıb.xeber100.com

İyun 29, 2019 5:19

“Türk Hava Yolları” uçuş xəritəsini genişləndirməkdə davam edir

“Türk Hava Yolları” (THY) uçuş xəritəsini genişləndirməkdə davam edir.Aviaşirkətdən Azərtac-a bildirilib ki, bu dəfə şirkətin qlobal şəbəkəsinə Nigeriyanın mühüm şəhəri olan Port Harkort daxil olub. Bu, “Türk Hava Yolları”nın Afrikada 56-cı təyinat nöqtəsidir. Port Harkort və İstanbul arasında uçuşlar həftədə 4 dəfə həyata keçiriləcək.Nigeriyada artıq Laqos, Kano və Abuca şəhərlərinə uçuşlar edən THY siyahısını Port Harkort ilə genişləndirərək, uçuş şəbəkəsinə 311-ci məntəqəsini əlavə edib. “Türk Hava Yolları” Afrikada ən çox uçuşlar edən aviaşirkət olaraq qalmaqda davam edir.Beynəlxalq Port Harkort hava limanında baş tutmuş mətbuat konfransında “Türk Hava Yolları”nın regionda satış üzrə vitse-prezidenti Kerem Sarp bildirib ki, yeni istiqamət aviaşirkətin Afrika qitəsində genişlənməsində xüsusi rol oynayacaq. “Port Harkort “Türk Hava Yolları”nın Nigeriyada 4-cü təyinat nöqtəsidir. Şirkətimiz mədəniyyətlər arasında körpü rolunda çıxış etməkdə davam edir. Biz müştərilərimizə rahat uçuşun üstünlüklərini təklif etməkdən məmnunluq duyuruq”.xeber100.com

İyun 27, 2019 5:09

Yaponiyada seçkilər iyulun 21-də keçiriləcək

Yaponiya parlamentinin yuxarı - müşavirlər palatasına seçkilər iyulun 21-də keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə qərar hökumətin iyunun 26-da keçirilən iclasında qəbul edilib və onun rəsmi saytında yerləşdirilib. Bildirilir ki, namizədlərin qeydiyyatına iyulun 4-də başlanacaq. Bu, müxalifət qüvvələrinə son hazırlıqlar üçün ən az vaxt verir.Bu ərəfədə Yaponiyada Baş Nazir Şinzo Abenin yuxarı palataya seçkilərlə yanaşı, hökumət başçısının seçilməsində və dövlət büdcəsini qəbul edilməsində prioritet rol oynayan aşağı palataya da növbədənkənar seçkilər keçirəcəyi barədə şayiələr gəzirdi. Lakin kütləvi informasiya vasitələrinin bildirdiyinə görə, Baş Nazir son anda bu plandan imtina edib.Hazırda hakim Liberal Demokratik Partiyası və onun müttəfiqləri Yaponiya parlamentinin hər iki palatasında mütləq üstünlüyə malikdirlər.xeber100.com

İyun 26, 2019 8:18

Litvada qırıcıların yanacaqla təmin olunması sınaqdan keçiriləcək

Litvada NATO-nun təlimləri keçirilir.Azərtac xəbər verir ki, illik planlara əsasən təşkil olunan təlimin məqsədi NATO müttəfiq qüvvələri tərəfindən hava məkanına nəzarətin və monitorinqin aparılması, hərbi hava qüvvələrinin və regional hava qüvvələrinin güclərinin sınanmasıdır. Təlimlərdə 20-dən çox təyyarə iştirak edəcək.Uçuşlar zamanı axtarış və xilasetmə əməliyyatlarının həyata keçirilməsi, habelə qırıcıların havada yanacaqla təmin olunması sınaqdan keçiriləcək.Təlimlərdə Macarıstana, İspaniyaya, Böyük Britaniyaya, Polşaya, Finlandiyaya, Almaniyaya, İsveçə və Norveçə məxsus qırıcılar iştirak edir.

İyun 25, 2019 9:19

“To Vima” qəzetinin apardığı sorğuya əsasən…

Yunanıstanın “To Vima” qəzetinin apardığı sorğuya əsasən, ölkənin müxalif konservativ partiyası “Yeni demokratiya” hakim “Siriza” partiyasını parlament seçkilərinə 2 həftə qalmış 9 faiz səslə üstələyir. Kiriakos Mitsotakisin “Yeni demokratiya” partiyası 38,5 faiz, Baş Nazir Aleksis Tsiprasın “Siriza” partiyası isə 29,5 faiz səs qazana bilər.“Yeni demokratiya” “Siriza”nı Avropa Parlamentinə seçkilərdə 10 faiz üstələyərək qalib gəlib. Bu, Baş Nazir Aleksis Tsiprası növbədənkənar seçkilərin keçirilməsinə vadar edib. A.Tsiprasın mandatı sentyabrda bitməli idi. Sorğuya əsasən, üçüncü yeri “PASOK” sosialist partiyası və sabiq Baş Nazir Qeorqi Papandreu tərəfindən yaradılmış Dəyişiklik üçün Hərəkat Birliyi tutacaq.xeber100.com

İyun 24, 2019 7:40
    Page 76 of 301« First«...102030...7475767778...90100110...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az