Ukraynada keçiriləcək növbədənkənar parlament seçkilərində daha çox 4 partiyanın üzvləri deputat mandatı qazanacaqlar.Azərtac xəbər verir ki, bu barədə Ukraynanın 3 yerli sosial mərkəzinin birgə keçirdiyi rəy sorğusunda qeyd edilir.Sorğuya əsasən, Vladimir Zelenskinin partiyası olan “Xalqın xidmətçisi” daha çox 40,9 faiz səs toplayıb. “Müxalifət platforması” 11,1 faiz, sabiq Prezident Petro Poroşenkonun yeni yaratdığı “Avropa həmrəyliyi” partiyası 10,5 faiz, Ukraynanın sabiq Baş Naziri Yuliya Timoşenkonun rəhbəri olduğu “Batkivşina” partiyası isə 9,3 faiz səs qazana bilib.Qeyd edək ki, Ukraynada növbəti parlament seçkiləri oktyabr ayında keçirilməli idi. Lakin Prezident Vladimir Zelenski parlamentin buraxılması barədə fərman imzalayıb və növbədənkənar parlament seçkiləri iyulun 21-nə təyin olunub.xeber100.com