23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

İrimiqyaslı yanğınların söndürülməsi üçün robot dəstəsi yaradılıb

Yaponiyada irimiqyaslı yanğınların söndürülməsi üçün yanğınsöndürən robot dəstəsi yaradılıb.Trend-in məlumatına görə, bu robotlar yanğının daha təhlükəli hissələrində istifadə olunacaq.Bir dəstəyə dörd kateqoriyadan ibarət robot daxildir. Robotlardan biri pilotsuz uçuş aparatıdır. Bu aparat yanğının xüsusiyyətləri barədə dəqiq məlumatları çatdırır.Digər robotlar isə dağıntıları təmizləmək üçün ekskavator tipli aparat, eləcə də su şlanqları olan təkərli maşınlardır.Bu cür robotlar hadisə yerinə bir yük maşını vasitəsilə çatdırıla bilər.xeber100.com

May 24, 2019 5:20

Çin Xarici İşlər Nazirliyi ABŞ-a xəbərdarlıq edib

Rəsmi Pekin iki döyüş gəmisini Tayvan boğazına göndərdiyi üçün ABŞ-a xəbərdarlıq edib.Azərtac xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lu Kan mayın 23-də keçirdiyi ənənəvi mətbuat konfransında Birləşmiş Ştatlardan "Vahid Çin" prinsipinə hörmətlə yanaşmağı tələb edib. "Çin ABŞ hərbi gəmilərinin Tayvan boğazından keçidini yaxından izləyib və bununla əlaqədar Birləşmiş Ştatlara narazılığını bildirib, - deyə Lu Kan bildirib.Tayvan məsələsinin Çin-ABŞ münasibətlərinin ən vacib və həssas hissəsi olduğunu vurğulayan Çin XİN-in rəsmisi rəsmi Vaşinqtondan razılaşdırılmış "Vahid Çin" siyasətini və imzalanmış 3 Çin-ABŞ birgə kommünikesini dəstəkləməyə çağırıb.Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Çində baş vermiş vətəndaş müharibəsində Mao Cedonun rəhbərlik etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək Çin Xalq Respublikasının yaradıldığını elan ediblər. "Vahid Çin" prinsipinə əsaslanan ÇXR Tayvandakı qondarma "Çin Respublikası"nın mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir.Azərbaycan da "Vahid Çin" siyasətini dəstəkləməklə Tayvanı ÇXR-in tərkib hissəsi kimi qəbul edir.xeber100.com

May 23, 2019 2:44

“Apple” şirkəti “MacBook Pro” noutbuk modelini təqdim edib

"Apple" şirkəti ilk dəfə olaraq səkkiznüvəli prosessor ilə təchiz olan "MacBook Pro" noutbuk modelini təqdim edib.Trend-in məlumatına görə, bu barədə şirkət öz rəsmi saytında bildirib.Məlumata əsasən, yenilənmiş "MacBook Pro" səkkizinci və doqquzuncu nəsil Intel prosessorları ilə təchiz olunacaq ki, bu da onu keçmiş modellərdən daha sürətli edəcək. Əvvəlki kimi, noutbuk, iki ölçüdə təqdim olunacaq - 13 və 15 düym və iki rəng variyasiyasında - "gümüş" və "boz kosmos"."MacBook Pro"nun böyük versiyası altı və səkkiz nüvəli prosessorlar ilə olacaq. 13 düymlük versiya yenilənmiş dördüncü prosessor ilə təchiz olunacaq.xeber100.com

May 22, 2019 3:41

Növbədənkənar parlament seçkilərinin tarixi ilə bağlı razılıq əldə edilib

Ukrayna Prezidenti Vladimir Zelenski və Ali Radanın fraksiya rəhbərlərinin müzakirələrindən sonra növbədənkənar parlament seçkilərinin iyulun 21-də keçirilməsi barədə razılıq əldə olunub.Azərtac xəbər verir ki, bu barədə görüşdən sonra jurnalistlərə Radikal Partiyasının fraksiyasının rəhbəri Oleq Lyaşko məlumat verib.Onun sözlərinə görə, bununla bağlı Seçki Məcəlləsinə müvafiq dəyişiklik ediləcək. Bununla bağlı V.Zelenskinin xüsusi Sərəncamı gözlənilir.Qeyd edək ki, Ukraynada növbəti parlament seçkiləri oktyabr ayında keçirilməlidir. Lakin, Vladimir Zelenski andiçmə mərasimində parlamenti buraxacağı və növbədənkənar parlament seçkilərinin keçiriləcəyinə dair bəyanatla çıxış edib.xeber100.com

May 21, 2019 2:38

Amerikalı konqresmenlər üçün iftar süfrəsi açılıb

ABŞ Konqresi tarixində ilk dəfə amerikalı konqresmenlər üçün iftar süfrəsi açılıb.TASS agentliyi xəbər verir ki, iftar süfrəsi ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri İlxan Omar (Minnesota ştatı), Andre Karson (İndiana ştatı) və Rəşidə Tlaip (Miçiqan ştatı) tərəfindən Amerika Müsəlman Hüquqşünaslar Assosiasiyası ilə birgə təşkil edilib.İftarda ABŞ Konqresinin Nümayəndələr Palatasının çoxsaylı üzvləri və əməkdaşları iştirak ediblər.R.Tlaip iftarın böyük tarixi əhəmiyyətini qeyd edərək deyib: “Bizi qorxuya salmaq və nifrəti təşviq etmək üçün ədalətsizliklə təqib edirlər. Bu gün biz burada ədalətə və sülhə sadiq olduğumuzu nümayiş etdiririk”.2018-ci ilin noyabrında Konqresə aralıq seçkilərin yekunları əsasında tarixdə ilk dəfə iki müsəlman qadın ABŞ Konqresinin Nümayəndələr Palatasına üzv seçilib. Miçiqan ştatından Demokratlar Partiyasının nümayəndəsi, mənşəcə Fələstindən olan siyasətçi Rəşidə Klaip, Minnesota ştatından demokratların nümayəndəsi, əslən Somalidən olan İlxan Omar Konqresə seçilib.xeber100.com

May 21, 2019 2:35

Eyfel qülləsi müvəqqəti olaraq bağlanıb

Parisin rəmzlərindən biri olan Eyfel qülləsi müvəqqəti olaraq bağlanıb.Trend-in məlumatına görə, buna naməlum şəxsin dəmir qurğularla qülləyə çıxmaq niyyəti səbəb olub.Polis Eyfel qülləsini əhatəyə alaraq turistləri qüllədən təxliyə edib. Hazırda Eyfelin yaxınlığına da turistlər buraxılmır.Qeyd olunur ki, həmin şəxs qüllənin üçüncü mərtəbəsinədək çıxa bilib. Onun polis tərəfindən saxlanıldığı deyilir.Eyfel qülləsinin nə vaxt açılacağı barədə məlumat verilməyib.xeber100.com

May 20, 2019 8:55

Yaxın Şərqin inkişaf, təhlükəsizlik məsələləri müzakirə edilib

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman Əl Saud ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Yaxın Şərqin inkişaf, regionda təhlükəsizlik və sabitliyin qorunması məsələlərini müzakirə ediblər.Trend-in məlumatına görə, bu barədə "SPA" xəbər agentliyi xəbər verir.Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və ABŞ-ın dövlət katibi arasında telefon danışığı, Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül Əzizin Ərəb dünyasının liderlərini, mayın 30-da Məkkədə fövqəladə zirvə toplantısının keçirilməsinə dair çağırışından sonra baş tutub.xeber100.com

May 19, 2019 12:33

Vaşinqton bəzi məhdudiyyətlərin qoyulmasını təxirə sala bilər

Vaşinqton Çinin "Huawei" telekommunikasiya şirkətinə qarşı bəzi məhdudiyyətlərin qoyulmasını təxirə sala bilər.Milli.az bildirir ki, bu barədə ABŞ Ticarət Nazirliyinin rəsmi nümayəndəsi bildirib.Nümayəndə qeyd edib ki, təxirəsalınma məhdudiyyətlər tətbiq olunmağa başladıqdan sonra bağlanmış sazişlərə şamil edilmir. 90 günlük müvəqqəti lisenziyalar "Huawei"-lə işgüzar münasibətdə olan şəxs və ya şirkətlərə, onların avadanlıqları və şəbəkələrinin təhlükəsizliyini təmin etmək üçün verilə bilər.xeber100.com

May 18, 2019 1:51

Suriya məsələsi ilə əlaqədar növbəti görüş hələlik planlaşdırılmır

Rusiya, Türkiyə, İran sammitinin keçirilməsi planlaşdırılmır.Azərtac xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.O bildirib ki, Rusiya, Türkiyə və İran prezidentlərinin Suriya məsələsi ilə əlaqədar növbəti görüşü hələlik planlaşdırılmır.Xatırladaq ki, sonuncu dəfə prezidentlər Suriya münaqişəsinin müzakirəsi üçün bu formatda 2019-cu ilin fevralında Soçidə görüşmüşdülər.xeber100.com

May 17, 2019 3:16

“Zaventem” hava limanında 60-dan çox reys təxirə salınb

Brüsseldən Moskvaya uçan "Aeroflot"un reysi təxirə salınıb. Trend-in məlumatına görə, bu, Belçikada dispetçerlərin tətili ilə əlaqədardır.Qeyd olunur ki, ümumilikdə Brüsselin "Zaventem" hava limanında artıq 60-dan çox reys təxirə salınb. Tətil səhər saat 9:30-dan 13:00-a qədər təyin olunub.Belçikanın digər aeroportarında təxirə salınan reyslərin dəqiq sayı hələ ki qeyd edilmir.Xatırladaq ki, aeroport əməkdaşları iş rejiminin ağır olmasından narazı olduqları üçün tətil elan ediblər.xeber100.com

May 16, 2019 9:57
    Page 79 of 299« First«...102030...7778798081...90100110...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az