23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Yunanıstanda nəqliyyat sektorunda kütləvi tətil baş tutacaq

May ayının 1-də Yunanıstanda nəqliyyat sektorunda kütləvi tətil baş tutacaq.Azərtac xəbər verir ki, paytaxtda etiraz aksiyaları və yürüşlər keçiriləcək. Şəhər daxili qatarlar, trolleybuslar və avtobusların hərəkəti dayandırılacaq. Aksiyaçıların əsas tələbləri iş keyfiyyətinin yaxşılaşdırılması, nəqliyyatda təhlükəsizliyin təmin olunmasıdır.xeber100.com

Aprel 29, 2019 12:41

Rusiyada pul köçürülməsinə məhdudiyyət qoyulub

Rusiya Mərkəzi Bankı pul köçürmələri sistemlərinin Vyetnam, Çin, Qırğızıstan və Qazaxıstana pul köçürülməsinə limit qoymasına nail olub.Rusiya KİV-lərinin yazdığına görə, indi Qazaxıstana ayda 150 min rubladək, digər üç ölkəyə isə 100 min rubladək məbləğində vəsait köçürmək mümkün olacaq. Məhdudiyyət ölkədə qara bazarda aparılan əməliyyatlarla mübarizə məqsədi ilə qoyulur. Belə ki, Rusiya Mərkəzi Bankı hesab açılmadan və hüquqi şəxs kimi qeydiyyatdan keçmədən məhz bu ölkələrə böyük məbləğlərdə pul köçürüldüyünü aşkar edib. Pullar ticarət mərkəzlərinin yaxınlığındakı bank şöbələrindən göndərilir.xeber100.com

Aprel 29, 2019 12:37

Növbədənkənar parlament seçkiləri başlayıb

İspaniyada növbədənkənar parlament seçkiləri başlayıb.Trend-in məlumatına görə, növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar fevral ayının ortasında parlamentin 2019-cu il üçün sosialist Pedro Sançesin hakimiyyəti tərəfindən təklif edilən büdcə planını təsdiq etməkdən imtina etməsi olub.Bu seçkilər İspaniyada son üç il ərzində keçirilən dördüncü seçkilərdir.Seçkilərdə sosialistlərin rəqibləri liberal "Vətəndaş partiyası", sol partiya "Podemos", ultra-sağ partiya "Voks" və sağ mərkəzçi "Xalq partiyası"dır.Seçkilər yerli vaxtla 09:00-da başlayıb və saat 20:00-dək davam edəcək. Nəticələrin mayın 13-də elan olunacağı gözlənilir.Hazırki seçkilərdə 350 yerlik Deputatlar Konqresinin (parlamentin aşağı palatasının) yeni tərkibi və 266 yerlik Senatın (parlamentin yuxarı palatası) 208 üzvü müəyyənləşəcək. Seçilmiş nümayəndələrin səlahiyyət müddəti dörd ildir.xeber100.com

Aprel 28, 2019 7:49

ABŞ prezidenti Yaponiyaya ilə ticarət sazişi imzalamağı planlaşdırır

ABŞ prezidenti Donald Tramp may ayında Yaponiyaya rəsmi səfəri zamanı bu olkə ilə ticarət sazişi imzalamağı planlaşdırır.Trend-in məlumatına görə, bu barədə D.Tramp Ağ evdə Yaponiyanın baş naziri Şinzo Abe ilə gürüşü zamanı deyib.O, bildirib: "Mən düşünürəm ki, bu, tez bir zamanda baş tutacaq. Bəli, kifayət qədər tez ola biləcəyini düşünürəm, bəlkə də orada (Yaponiyada) olduğum zaman imzalayacağıq".D.Tramp, həmçinin Ş.Abe ilə ticarət və Koreya Yarımadasının denuklearizasiyası məsələrini müzakirə edəcəyini qeyd etdi.xeber100.com

Aprel 27, 2019 2:11

“Scandinavian Airlines System” aviakompaniyası bir çox reysi ləğv edib

İsveç, Danimarka və Norveçdə “Scandinavian Airlines System” (SAS) aviakompaniyası pilotlarının tətili səbəbindən 600-dən çox reys ləğv edilib.“The Local” portalı xəbər verir ki, tətil kompaniyanın reyslərinin təxminən 70 faizinə və 70 mindən çox sərnişinə təsir edib. Lakin kompaniyanın tərəfdaşlarının həyata keçirdiyi reyslər, həmçinin sanitar aviasiyasının uçuşları dayandırılmayıb.SAS reysləri ləğv olunan sərnişinlərə biletlərini pulsuz olaraq başqa günə dəyişdirmək imkanı yaradıb. Tətilə kompaniyanın ümumilikdə 1400 pilotu, o cümlədən Danimarkada 372, Norveçdə 545 və İsveçdə 492 pilotu qatılıb.nda kollektiv müqavilə ilə bağlı razılaşma baş tutmadıqdan sonra başlayıb. Pilotlar özləri üçün daha sərfəli əmək şəraiti - maaşların artırılmasını və iş qrafikinin dəyişdirilməsini tələb edirlər.xeber100.com

Aprel 26, 2019 1:02

“Ukrayna dilinin dövlət dili olması haqqında” qanun layihəsi qəbul olunub

Ukrayna Ali Radasının iclasında “Ukrayna dilinin dövlət dili olması haqqında” qanun layihəsi qəbul olunub.Azərtac xəbər verib ki, qanun layihəsi üzərində 2082 düzəliş edilib.Qanun layihəsi böyük səs çoxluğu ilə qəbul olunub. Bununla da Ukrayna dili dövlət dili olaraq işlədiləcək.İclas zamanı Ali Radanın binası qarşısında Ukrayna dilinin dəstəklənməsi üçün 1000-ə yaxın iştirakçının aksiyası keçirilib.xeber100.com

Aprel 25, 2019 1:56

NATO Parlament Assambleyasının yaz sessiyası Ukraynada keçiriləcək

NATO Parlament Assambleyasının 2020-ci ildə yaz sessiyası Ukraynada keçiriləcək.Azərtac xəbər verir ki, bununla bağlı Ukrayna Ali Radasının bu gün keçirilən iclasında qərar qəbul edilib.NATO PA-nın sessiyası mayın 22-25-də Kiyev şəhərində keçiriləcək. Bununla bağlı Ali Rada tərəfindən təşkilat komitəsi yaradılıb. Komitə iki həftə ərzində sessiyanın keçirilməsinə dair təşkilati işlərin proqramını hazırlayaraq Ali Radaya təqdim etməlidir.xeber100.com

Aprel 25, 2019 1:53

“Oskar” mükafatının növbəti təqdimetmə mərasimi keçiriləcək

Amerikanın "Oskar" kino mükafatının növbəti, 92-ci təqdimetmə mərasimi 2020-ci il fevralın 9-da Los-Anceles şəhərindəki "Dolby Theatre" teatrında keçiriləcək.Milli.az bildirir ki, mərasimin 25 ölkədə və ərazidə canlı yayımlanacağı gözlənilir. Bundan başqa, təşkilatçılar kino mükafatının reqlamentinə bir sıra dəyişikliklər ediləcəyini bildiriblər."Xarici dildə ən yaxşı film" (Foreign Language Film) kateqoriyasının adı "Beynəlxalq bədii film" (International Feature Film) adlandırılacaq. Kateqoriyanın adının dəyişdirilməsi mövcud qaydalara, ərizələrin göndərilməsinə və ya ixtisas tələblərinə təsir etməyəcək.Reqlamentdə edilən dəyişikliklərə əsasən "Beynəlxalq bədii film" mükafatına namizədlərin siyahısı 10 filmə qədər genişləndirilir, "Qrim və saç düzümü" kateqoriyasında nominasiya filmlərinin sayı üçdən beşədək, siyahı isə 7-dən 10-dək artırılır.xeber100.com

Aprel 24, 2019 8:46

Reuters agentliyinin məlumatı əsasında…

İŞİD terror qruplaşması Şri-Lankada aprelin 21-də törədilmiş silsilə partlayışlara görə məsuliyyəti üzərinə götürüb.Bu barədə Reuters agentliyi məlumat yayıb.Xatırladaq ki, aprelin 21-də Pasxa bayramı zamanı Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində azı 321 nəfər ölüb, 500-dən çox insan isə yaralanıb.xeber100.com

Aprel 23, 2019 1:30

Türkiyə Böyük Millət Məclisi – 99

Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasının 99-cu ildönümü və ənənəvi 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı münasibətilə ölkənin hər yerində bayram tədbirləri təşkil olunub.Azərtac xəbər verir ki, küçə və meydanlar bayramsayağı bəzədilib, ölkədə bayram tətili elan olunub. Orta məktəblərdə uşaq şənlikləri təşkil edilib.Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, dövlət və hökumət nümayəndələri, siyasi partiyaların rəhbərləri, eləcə də milli təhsil naziri Ziya Selçuk şagirdlərlə birlikdə ulu öndər Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət ediblər.xeber100.com

Aprel 23, 2019 1:27
    Page 82 of 299« First«...102030...8081828384...90100110...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az