10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

İranın Ali Milli Təhlükəsizlik Şurası bəyanat ünvanlayıb

İranın Ali Milli Təhlükəsizlik Şurası Hərtərəfli Birgə Fəaliyyət Planının üzvlərinə bəyanat ünvanlayıb.Trend-in məlumatına görə, bəyanatda deyilir ki, İran bu gündən etibarən nüvə sazişindəki bəzi addımlarını dayandıracaq.Əlavə olunur ki, İran hazırkı mərhələdə artıq zənginləşdirilmiş uranın və ağır su ehtiyatlarının saxlanılmasına dair məhdudiyyətlərə öhdəlikli olmayacaq.İranın Ali Milli Təhlükəsizlik Şurası Hərtərəfli Birgə Fəaliyyət Planında qalan ölkələrə nüvə sazişindəki, xüsusilə də bank və neft sektorlarında öz öhdəliklərini yerinə yetirmək üçün 60 gün vaxt verir.2016-cı il yanvar ayında İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa, Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. ABŞ 2018-ci il may ayında nüvə sazişindən çıxdığını bəyan edib və noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib.xeber100.com

May 8, 2019 4:47

“C-400” raket sistemlərinin istismarı üzrə təlimlər keçiriləcək

Türkiyə hərbçiləri Rusiyada “C-400” raket sistemlərinin istismarı üzrə təlimlər keçəcəklər.Hərbi-diplomatik mənbələrdən TASS agentliyinə verilən məlumata görə, mayın sonlarından başlayaraq 100-ə yaxın türk hərbçisi Rusiya ərazisindəki hərbi mərkəzlərdən birində “C-400” “Triumf” zenit raket sistemlərinin istismarına dair təlimlər keçəcək. Təlimlər 5 ay müddətində davam edəcək. Mənbənin məlumatına görə, Çin hərbi qulluqçuları da mart ayından başlayaraq bu raket sistemlərinin istismarını öyrənirlər. Türkiyə hərbçiləri Çin ordusu nümayəndələrinin ikinci qrupu ilə birgə təlimlər keçəcək.xeber100.com

May 7, 2019 2:46

Şimali Makedoniyada prezident seçkilərinin ikinci turu keçirilib

Xəbər verdiyimiz kimi, mayın 5-də Şimali Makedoniya Respublikasında prezident seçkilərinin ikinci turu keçirilib.Azərtac Şimali Makedoniyanın Dövlət Seçki Komissiyasının (DSK) rəsmi saytına istinadla xəbər verir ki, ölkə üzrə seçicilərin təxminən 46.7 faizdən çoxu səsvermədə iştirak edib.Hələlik səslərin 51.66 faizini toplayan Stevo Pendarovski liderdir. Bildirilir ki, DSK ən yaxın zamanda son nəticələri elan edəcək.Qeyd edək ki, Şimali Makedoniyanın Sosial Demokratlar Birliyinin namizədi olan Stevo Pendarovski ölkənin türk icması tərəfindən ciddi dəstəklənib.xeber100.com

May 6, 2019 2:48

“Şərq tərəfdaşlığı”nın 10 illik yubiley tədbirində…

Belarus prezidenti Aleksandr Lukaşenko "Şərq tərəfdaşlığı"nın yubiley tədbirinə qatılmayacaq.Milli.az xəbər verir ki, bu barədə Sputnik agentliyinin yaydığı məlumatda deyilir.Bildirilir ki, əvəzində Brüsellə Belarus xarici işlər naziri Vladimir Makey yollanacaq.Qeyd olunur ki, Lukaşenko "Şərq tərəfdaşlığı"nın 10 illik yubiley tədbirinə dəvət alsa da, sonda Brüsselə getməmək qərarına gəlib.Bununla belə Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz bildirib ki, yaxın zamanlarda "Şərq tərəfdaşlığı"nın əsas məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün şərait yaradılsa, Lukaşenkonun Brüsselə səfəri gerçəkləşə bilər.Qeyd edək ki, sözügedən tədbir Brüsseldə mayın 13-14-də keçiriləcək.xeber100.com

May 5, 2019 2:43

5,7 bal gücündə zəlzələ baş verib

Filippinin Mindoro adasında 5,7 bal gücündə zəlzələ baş verib.Milli.az bildirir ki, zəlzələnin episentri 4 min nəfər əhalisi olan Adela yaşayış məntəqəsindən 2 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanlar 40 kilometr dərinlikdə qeydə alınıb.Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.xeber100.com

May 4, 2019 2:16

KXDR Yapon dənizi istiqamətində yaxın məsafəli raket buraxıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizi istiqamətində yaxın məsafəli raket buraxıb.Milli.az xəbər verir ki, bunu Koreya Respublikasının Baş Qərargah Rəislərinin Birləşmiş Komitəsi (BQRBK) bildirib.Məlumata əsasən, raket Vansan şəhəri tərəfindən yerli vaxtla 09:06-da buraxılıb.xeber100.com

May 4, 2019 2:12

Estoniyanın qızıl ehtiyyatı 256 kiloqram təşkil edir

Estoniyanın qızıl ehtiyyatı cəmi 256 kiloqram təşkil edir.Milli.az bildirir ki, ölkənin Mərkəzi bankında cəmi bir külçə qızıl var. Bankına maliyyə bazarları şöbəsinin təhbəri Fabio Filipotsi deyib ki, qızıl ehtiyyatının bu səviyyədə olmasının səbəbi SSRİ-dən çıxdıqdan sonra ölkənin qiymətli metallarının satması olub.Həmçinin qeyd olunur ki, ölkənin qızıl ehtiyyatı "təhlükəsizlik baxımından" xarici banklarda saxlanılır. Bankda saxlanılan külçənin qiyməti isə təqribən yarım milyon ABŞ dolları təşkil edir: "Onun təmizliyi maliyyə bazarlarında reallaşdırılması üçün kifayət qədər deyil, buna görə də, 11 kiloqramı "muzey eksponatı" adlandırmaq olar".xeber100.com

May 4, 2019 2:04

Böyük Çamlıca məscidinin açılışı baş tutub

İstanbulda cümə namazı zamanı yeni Böyük Çamlıca məscidinin açılışı baş tutub.Trend-in məlumatına görə, bu, Türkiyədə ən böyük məscid adını qazanıb.Məscidin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.Məscidin hündürlüyü 72 metrə bərabərdir. Burada muzey və kitabxana da fəaliyyət göstərəcək.Qeyd edək ki, eyni anda 63 min nəfərin namaz qıla biləcəyi məscidin tikintisi 6 il əvvəl başlamışdı.xeber100.com

May 3, 2019 10:21

Əmək haqqının artırılması tələbi ilə tətil elan edilib

Skandinaviyanın SAS aviaşirkəti pilotların tətili ilə əlaqədar bu günə nəzərdə tutulan 280 reysi təxirə salıb.Trend-in məlumatına görə, pilotlar əmək haqqının artırılması tələbi ilə ötən həftənin cümə günündən tətil elan edib.Etiraz aksiyası ümumilikdə 3300-dən çox reysin təxirə salınmasına səbəb olub.Hazırda pilot həmkarlar təşkilatları şirkət rəhbərliyi ilə danışıqlar aparır.Qeyd edək ki, SAS İsveç, Norveç və Danimarkanın birgə aviaşirkətidir.xeber100.com

May 2, 2019 1:50

72-ci Kann kinofestivalının tam tərkibi açıqlanıb

Yunanıstan aktyoru və ssenaristi Yorqos Lantimos, polşalı rejissor Pavel Pavlikovski və aktrisa El Fanninq 72-ci Kann kinofestivalının münsiflər heyətinə daxil olub.Azərtac festivalın saytına istinadla xəbər verir ki, ekran əsərləri, həmçinin ssenarist Roben Kapiyo, kinorejissorlar Enki Bilal və Aliçe Rorvaher tərəfindən qiymətləndiriləcək. Jüriyə meksikalı rejissor Alehandro Qonsales İnyarritu başçılıq edəcək.Mayın 14-25-də keçiriləcək festivalın seçim komitəsinə təxminən 2 min tammetrajlı əsər daxil olub. Onların arasından yalnız 60 film Kann kinofestivalı üçün seçilib.xeber100.com

Aprel 30, 2019 1:04
    Page 82 of 301« First«...102030...8081828384...90100110...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az