23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Prezident seçkilərində namizədlərin reytinq siyahısı açıqlanıb

Ukraynada prezident seçkilərinin keçirilməsinə bir həftə qalmış namizədlərin reytinq siyahısı açıqlanıb.Azərtac xəbər verir ki, Kiyev Beynəlxalq Sosioloji İnstitutunun martın 14-23-də keçirdiyi rəy sorğusuna əsasən, ikinci tura hazırki prezident Petro Poroşenko, şoumen Vladimir Zelenski və Ukraynanın sabiq Baş naziri, “Batkivşina” partiyasının lideri, deputat Yuliya Timoşenkonun şansları daha yüksək qiymətləndirilib. Namizədlərin reytinqində V.Zelenski (32,1 faiz) birinci, P.Poroşenko (17,1 faiz) ikinci yerdədir. Y.Timoşenko isə 12,5 faizlə ilk üçlüyü tamamlayıb.Martın 31-də keçiriləcək prezident seçkilərində 39 namizəd mübarizə aparacaq.xeber100.com

Mart 25, 2019 11:38

Sulavesi yaxınlığında 6,0 bal gücündə zəlzələ baş verib

Molukka dənizində Sulavesi adasının (İndoneziya) yaxınlığında 6,0 bal gücündə zəlzələ baş verib.Trend-in məlumatına görə, zəlzələnin episentri Manado şəhərindən (452 min sakin) 166 kilometr şərqdə yerləşib. Yeraltı təkanlar 60 kilometr dərinlikdə baş verib.Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.xeber100.com

Mart 24, 2019 2:45

Avropa İttifaqı Şurası Brexiti təxirə salmağa razılıq verib

Avropa İttifaqı Brexiti şərti olaraq təxirə salmağa razılıq verib. Avropa İttifaqı Şurası Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxma tarixini başqa vaxta keçirmək tələbini şərti olaraq təsdiqləyib.Aİ liderlərinin zirvə görüşündə qəbul edilən qərara əsasən, əgər Britaniya parlamenti gələn həftə Brexit müqaviləsini təsdiqləsə, ölkə qurumu mayın 22-də tərk edəcək. Müqavilə təsdiqlənmədiyi təqdirdə, Brexit aprelin 12-dək təxirə salınacaq.Qeyd edək ki, Britaniya hökuməti Aİ-ni tərk etmə tarixinin iyunun 30-dək uzadılmasını istəmişdi, lakin mayın 23-də Avropa Parlamentinə seçkilər keçirilməsi səbəbindən bu tarix mayın 22-nə təyin olunub.xeber100.com

Mart 22, 2019 3:35

İslam Əməkdaşlıq Təşkilatı terror aktları ilə əlaqədar iclas keçirəcək

İslam Əməkdaşlıq Təşkilatı Yeni Zelandiyada baş verən terror aktları ilə əlaqədar iclas keçirəcək.Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinn məlumatında deyilir.Məlumatda bildirilir: "Türkiyə İslam Əməkdaşlıq Təşkilatının sədri olaraq martın 15-i Yeni Zelandiyada baş verən terror hücumları ilə əlaqədar fövqəladə toplantı kaçirəcək. Martın 22-si Trükiyə xarici işlər nazirinin sədrliyi ilə İƏT-in nazirləl səviyyəsində Təcili İcra Komitəsinin iclası keçiriləcək. İclasa BMT, Aİ və ATƏT kimi beynəlxalq təşkilatların nümayəndələri dəvət olunub".Xatırladaq ki, martın 15-də Kraystçerçdə iki məsciddə insanlar atəşə tutulub. Hadisə nəticəsində 50 nəfər ölüb, 50 nəfər xəsarət alıb.xeber100.com

Mart 21, 2019 3:19

“Böyük Britaniya Avropa İttifaqından rəsmi olaraq çıxmalıdır”…

Böyük Britaniya hakimiyyəti Avropa İttifaqına ölkənin təşkilatdan çıxmasını iyunun 30-a qədər təxirə salmaq barədə rəsmi sorğu göndərib.Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Tereza Mey parlamentdə çıxış edərkən deyib.Mey bildirib: "Mən bu gün Avropa İttifaqı Şurasının sədri Donald Tuska yazmışam və Böyük Britaniyanın "Brexit"i iyunun 30-a qədər təxirə salmaq istədiyi barədə məlumatlandırmışam".Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker, öz növbəsində deyib ki, Aİ Böyük Britaniyadan martın 29-a planlaşdırılan "Brexit"in təxirə salınması barədə sorğu alıb.Qeyd edək ki, Birləşmiş Krallığın Avropa İttifaqında gələcək üzvlük məsələsinə dair referendum 2016-cı ilin 23 iyulunda keçirilib. Referendumda "Brexit" tərəfdaşları 51,9 faiz nəticə ilə qalib gəliblər. Referendumun nəticəsinə görə Böyük Britaniya martın 29-u Avropa İttifaqından rəsmi olaraq çıxmalıdır.xeber100.com

Mart 20, 2019 6:47

ABŞ-ın üç ştatında fövqəladə vəziyyət rejimi elan edilib

ABŞ-ın Orta Qərbini bürüyən yağış və qar çovğunu mövsümündən sonra regionun ən iri çayı olan Missuri məcrasından çıxıb. Yüzlərlə ailə çayın hövzəsində yerləşən şəhərlərdən təxliyə edilib.Azərtac yerli KİV-lərə istinadla xəbər verir ki, bu günədək daşqınların 3 nəfərin həyatına son qoyduğu bildirilir. Nebraska, Ayova və Viskonsin ştatlarının qubernatorları fövqəladə vəziyyət rejimi elan ediblər.Daşqınlar barədə xəbərdarlıq Viskonsin ştatının cənubunda, Nebraskanın şərq hissəsində və Ayova ştatının cənubunda hələ də qüvvədədir. Ayova ştatının cənub-qərbindəki Frimont dairəsində Missuri çayının suyunun səviyyəsi 9 metri keçərək, Bartlett və Turman şəhərlərindəki dambaların üzərinə qalxıb, bununla da rekordu 60 santimetr yeniləyib. Daşqınlar Nebraska ştatında Omaxadan şimal-qərbə Nort-Bend şəhəri yaxınlığında yerləşən dambanın dağılmasına gətirib çıxarıb. Hakimiyyət orqanları bütün yerli əhalini dərhal yaşayış yerlərini tərk etməyə və yüksək rayonlarda məskunlaşmağa çağırıb.xeber100.com

Mart 19, 2019 2:05

Çanaqqala Dəniz Zəfərinin 104-çü ildönümü münasibətilə…

Türkiyədə Çanaqqala Dəniz Zəfərinin 104-çü ildönümü münasibətilə Çanaqqala şəhərində tədbirlər keçirilir.Azərtac xəbər verir ki, Çanaqqalanın Cümhuriyyət meydanında keçirilən tədbirdə Türkiyə Prezidenti Administrasiyası adından müdafiə naziri Hulusi Akar, Türk Silahlı Qüvvələrini təmsil edən Çanaqqala Boğaz və Qarnizon komandiri Levent Kerim Uça, Çanaqqala valisi Orhan Tavlı və digər dövlət qurumları tərəfindən Atatürk Abidəsi önünə çələng qoyulub.Tədbir əsnasında “TCG Burgazada” gəmisindən 21 ədəd top atılıb.xeber100.com

Mart 18, 2019 1:14

“NATO-Gürcüstan 2019” hərbi təlimlərinin rəsmi açılışı olub

Martın 18-də Tbilisidə “NATO-Gürcüstan 2019” çoxmillətli komanda-qərargah hərbi təlimlərinin rəsmi açılışı olub.Azərtac xəbər verir ki, Gürcüstanın Müdafiə Nazirliyinin “Armyhall” zalında baş tutan tədbirdə müdafiə nazirinin müavini Lela Çikovani, NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin (JTEC) rəis müavini, briqada generalı Ladislav Jung və digər rəsmi şəxslər, hərbçilər iştirak ediblər.General L.Jung bildirib ki, NATO ilə Gürcüstan arasında əlaqələr yüksək səviyyədədir. Birgə hərbi təlimlərin keçirilməsi bunun göstəricisidir. Təlimlərin əsas məqsədi NATO-ya üzv və tərəfdaş ölkələrin müdafiə imkanlarının gücləndirilməsi və təcrübə mübadiləsinə nail olmaqdır. Gürcüstan NATO-ya üzv olmayan yeganə dövlətdir ki, Alyansın genişmiqyaslı təlimlərinin keçirilməsinə dəstək göstərir.L.Çikovani Gürcüstanın NATO təlimlərinə növbəti dəfə ev sahibliyi etməsindən qürur duyduğunu bildirib. Deyib ki, NATO ilə Gürcüstan arasında münasibətlər dinamik və intensiv inkişaf edir. “NATO-Gürcüstan 2019” təlimləri bunu bir daha sübut edir. Bu təlimlər, həmçinin Gürcüstanın NATO-ya üzv olması üçün hazırlıq səviyyəsinin gücləndirilməsinə xidmət edir.xeber100.com

Mart 18, 2019 1:12

Prezident seçkilərinin ikinci turunun namizədləri məlum olub

Slovakiyada prezident seçkilərinin ikinci turuna keçən namizədlərin adı məlum olub. Trend-in məlumatına görə, vəkil və ictimai Zuzana Çaputova 40.3%, Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç isə 18.7% toplayaraq ikinci tura keçiblər.Namizədlərdən heç biri 50%-dən çox səs toplamadağına görə 30 martda ikinci tur keçiriləcək.Seçkilərin yekun nəticəsi bazar günü saat 15:00-da elan olunacaq.Qeyd edək ki, ilkin məlumatlara əsasən, seçkilərdə 48.5% qeydiyyata alınmış seçici iştirak edib.xeber100.com

Mart 17, 2019 2:58

“Smithsonian Magazine’s 16th Annual Photo Contest” başa çatıb

Dünyanın ən nüfuzlu fotomüsabiqələrindən sayılan "Smithsonian Magazine's 16th Annual Photo Contest" başa çatıb.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 207 ölkədən 48 mindən artıq fotonun göndərildiyi müsabiqənin qalibləri martın 29-da elan ediləcək.Finala çıxmış fotoları təqdim edirik.xeber100.com

Mart 16, 2019 6:48
    Page 87 of 299« First«...102030...8586878889...100110120...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az