05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Avropa İttifaqı Ukraynaya 1,5 milyard avro ödəyib

Avropa İttifaqı bu gün Kiyevə 2023-cü il üçün planlaşdırılan 18 milyard avroluq makromaliyyə yardımından 1,5 milyard avro həcmində növbəti tranşı ödəyib. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen bu barədə özünün tviter səhifəsində yazıb. Onun sözlərinə görə, Aİ Ukrayna institutlarının maliyyələşməsini və vacib islahatların keçirilməsini dəstəkləməyə davam edəcək. Ötən ilin dekabrında Avropa İttifaqı Şurası Ukraynaya 2023-cü il üçün 18 milyard avro həcmində makromaliyyə yardımı ayırmaq barədə qərar qəbul edib. Həmin vəsait 10 illik imtiyazla veriləcək. Ukrayna krediti 2033-cü ildən başlayaraq 35 il ərzində ödəyəcək. Kiyev cari ilin yanvarında 3 milyard avroluq ilk tranşı alıb. Növbəti ödənişlər martdan başlayaraq ayda 1,5 milyard avro olmaqla hissə-hissə ayrılacaq. Bundan öncəki tranş isə martın 21-də həyata keçirilib. Ukrayna bu vəsaitlərin köməyi ilə əməkhaqqlarını, pensiyaları ödəməyə davam edəcək, əsas ictimai müəssisələrin, o cümlədən xəstəxana və məktəblərin fəaliyyətini dəstəkləyəcək. Bundan başqa, Avropa İttifaqının yardımı ölkəyə müharibə zamanı zərər çəkmiş infrastrukturu bərpa etməyə və makroiqtisadi sabitliyi qorumağa imkan verəcək.xeber100.com

Aprel 25, 2023 2:28

İtaliyanın Geofizika və Vulkanologiya İnstitutunun açıqlamasına əsasən…

Malta sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) episentrinin Siciliya adasının cənub-şərqi, İon dənizi olan yeraltı təkanın 10 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb. Zəlzələ Siciliya adasının Raqusa, Sirakuza və Kataniya əyalətlərində hiss edilib. Dağıntılar barədə məlumat verilməyib.xeber100.com

Aprel 22, 2023 8:45

Ramazan bayramı münasibətilə müsəlmanlara təbrik ünvanlanıb

İtaliya Prezidenti Sercio Mattarella Ramazan bayramı münasibətilə ölkə müsəlmanlarına təbrik ünvanlayıb. Sercio Mattarella İtaliyada İslam dininə etiqad edənləri Ramazan ayının başa çatması ilə əlaqədar təbrik edib, onlara xoş arzularını çatdırıb. “İnsanların qarşılıqlı hörmət, plüralizm, inteqrasiya şəraitində yaşaması həyatımızın vacib aspektləridir. İtaliya öz vətəndaşlarına əqidələrini azad şəkildə ifadə etmək hüququnu tanıyan və təmin edən ölkədir. Dini və ya hər hansı digər xarakterli dözümsüzlüyün istənilən formasına qarşı mübarizə ölkəmizin sülhə əsaslanan gələcəyini qurmaq üçün beynəlxalq kontekstdə də qəti öhdəliyidir. İtaliyada İslam dininə inananlara Ramazan ayının dinc və xoşbəxt başa çatmasını diləyirəm”, - deyə Prezident təbrikində qeyd edib.xeber100.com

Aprel 22, 2023 8:39

İrana yardım edən şirkətlərə qarşı sanksiyalar tətbiq edilib

ABŞ İrana yardım edən şirkətlərə qarşı sanksiyalar tətbiq edib. Bu şirkətlərin adları Amerikanın Maliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilib. ABŞ Maliyyə Nazirliyinin rəsmi saytı xəbər verir ki, həmin şirkətlər yeni texnologiyalar əsasında istehsal etdikləri elektron cihazları İrana satıblar. İran isə bu cihazlardan istifadə edərək hərbi yönümlü pilotsuz uçan aparatlar (PUA) istehsal edir. ABŞ-ın 6 iri şirkət və 1 nəfər fiziki şəxsə qarşı tətbiq etdiyi bu sanksiyaya İran hələlik münasibət bildirməyib.xeber100.com

Aprel 20, 2023 3:30

“Financial Times” qəzeti yazır…

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaların olmayacağını düşünür, çünki yeni məhdudiyyətlər özü ilə daha çox istisnalar gətirəcək. “Financial Times” qəzeti bu barədə öz mənbələrinə istinadla məlumat yayıb. Ekspertlər hesab edir ki, Avropa İttifaqının bir neçə ölkəsi Rusiya iqtisadiyyatının sanksiyalara məruz qalmayan sahələri olmadan mövcudluğunu davam etdirə bilməz. Nəşrin fikrincə, Rusiyaya qarşı yeni məhdudiyyətlərdə çox güman ki, yalnız fiziki şəxslərin siyahısı genişləndiriləcək və artıq qüvvədə olan qadağalar sərtləşdiriləcək. Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ-nin mart ayındakı sammiti çərçivəsində keçirilən mətbuat konfransda Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin artıq tətbiq olunan məhdudiyyətlərdən yayınma ilə mübarizəyə yönələcəyini bildirib.xeber100.com

Aprel 20, 2023 3:22

Avropa İttifaqının ballistik raketinin buraxılışını pisləyən bəyanatında

Şimali Koreyanın kütləvi qırğın silahlarının çatdırılması vasitələrini inkişaf etmək niyyəti beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir. Bu ölkə BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozan bütün qeyri-qanuni və təhlükəli fəaliyyətləri dayandırmalıdır. Bu barədə Avropa İttifaqının (Aİ) Şimali Koreyanın yeni tipli uzaqmənzilli ballistik raketinin buraxılışını pisləyən bəyanatında yer alıb. Bəyanatda Aİ Şimali Koreyanın bütün nüvə, digər kütləvi qırğın silahlarından, ballistik raket proqramlarından tamamilə imtina edərək BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn öhdəliklərinə dərhal əməl olunması zərurəti qeyd edilib. Brüssel hesab edir ki, bu, Koreya yarımadasında davamlı sülh və təhlükəsizliyin yeganə yoludur. “Şimali Koreya Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əsasən nüvə silahına malik dövlət statusuna və ya bu məsələ ilə bağlı hər hansı digər xüsusi statusa malik ola bilməz və heç vaxt olmayacaq”, - bəyanatda deyilir. Bundan əvvəl Şimali Koreyanın yeni qitələrarası ballistik raketi (Hvason-18) sınaqdan keçirdiyi barədə məlumat yayılmışdı.xeber100.com

Aprel 16, 2023 12:55

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bəyanatı

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Sudandakı münaqişə tərəflərini dərhal hərbi əməliyyatları dayandırmağa və dialoqa qayıtmağa çağırıb. Bu barədə təşkilatın müvafiq bəyanatında deyilir. Təhlükəsizlik Şurasının üzvləri Sudan Silahlı Qüvvələri ilə Çevik Reaksiya Qüvvələri arasında baş verən hərbi toqquşmalardan dərin narahat olduqlarını və mülki əhali də daxil olmaqla insanların həlak olması və yaralanmasından təəssüfləndiklərini bildiriblər. Qeyd edək ki, Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalarda ölənlərin sayı 56-ya çatıb.xeber100.com

Aprel 16, 2023 12:53

Panamanın cənub sahillərində zəlzələ qeydə alınıb

Panamanın cənub sahillərində 6,6 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə ABŞ-ın Geoloji xidməti bildirib. Yeraltı təkanların episentri David şəhərindən 94 km cənubda yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikə olub. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.xeber100.com

Aprel 5, 2023 1:03

274 milyon avro məbləğində yeni yardım paketi ayrılacaq

Niderland Ukraynaya 274 milyon avro məbləğində yeni yardım paketi ayıracaq. TASS xəbər verir ki, ayrılan məbləğin təxminən 180 milyon avrosu humanitar yardım, səhiyyə, enerji təchizatı, mənzil və infrastrukturun bərpası və kənd təsərrüfatı torpaqlarının minalardan təmizlənməsinə yönəldiləcək. 94 milyon avro isə Ukrayna ilə NATO arasında əməkdaşlığın gücləndirilməsi və Ukrayna mədəniyyətinin qorunmasına xərclənəcək. Qeyd edək ki, bu yardım Niderland hökumətinin bu il Ukraynaya dəstək üçün ayırdığı 2,5 milyard avroya daxildir.xeber100.com

Aprel 4, 2023 1:14

“Su-27” və “Miq-29”dan ibarət 5 qırıcı briqadası yaradıb

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri hazırda “Su-27” və “Miq-29” qırıcılarından ibarət beş briqadaya malikdir. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnatın telemarafonun efirində məlumat verib. "Döyüş təyyarələrinin Ukrayna verilməsi tarixi addımdır. Bu gün belə təyyarələrdən ibarət beş qırıcı briqadamız var: iki “SU-27” və üç “MİQ-29” briqadası, deyə İqnat bildirib. Onun sözlərinə görə, bu tip silahların ötürülməsi istiqamətində atılan ilk addım digər ölkələr üçün bir işarədir. "Növbəti addım kimi müasir qabaqcıl aviasiya platformalarının göndərilməsi olacaq", - deyə spiker vurğulayıb.xeber100.com

Aprel 4, 2023 1:11
    Page 9 of 299« First«...7891011...203040...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az