10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Financial Times” qəzeti yazır…

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaların olmayacağını düşünür, çünki yeni məhdudiyyətlər özü ilə daha çox istisnalar gətirəcək. “Financial Times” qəzeti bu barədə öz mənbələrinə istinadla məlumat yayıb. Ekspertlər hesab edir ki, Avropa İttifaqının bir neçə ölkəsi Rusiya iqtisadiyyatının sanksiyalara məruz qalmayan sahələri olmadan mövcudluğunu davam etdirə bilməz. Nəşrin fikrincə, Rusiyaya qarşı yeni məhdudiyyətlərdə çox güman ki, yalnız fiziki şəxslərin siyahısı genişləndiriləcək və artıq qüvvədə olan qadağalar sərtləşdiriləcək. Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ-nin mart ayındakı sammiti çərçivəsində keçirilən mətbuat konfransda Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin artıq tətbiq olunan məhdudiyyətlərdən yayınma ilə mübarizəyə yönələcəyini bildirib.xeber100.com

Aprel 20, 2023 3:22

Avropa İttifaqının ballistik raketinin buraxılışını pisləyən bəyanatında

Şimali Koreyanın kütləvi qırğın silahlarının çatdırılması vasitələrini inkişaf etmək niyyəti beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir. Bu ölkə BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozan bütün qeyri-qanuni və təhlükəli fəaliyyətləri dayandırmalıdır. Bu barədə Avropa İttifaqının (Aİ) Şimali Koreyanın yeni tipli uzaqmənzilli ballistik raketinin buraxılışını pisləyən bəyanatında yer alıb. Bəyanatda Aİ Şimali Koreyanın bütün nüvə, digər kütləvi qırğın silahlarından, ballistik raket proqramlarından tamamilə imtina edərək BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn öhdəliklərinə dərhal əməl olunması zərurəti qeyd edilib. Brüssel hesab edir ki, bu, Koreya yarımadasında davamlı sülh və təhlükəsizliyin yeganə yoludur. “Şimali Koreya Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əsasən nüvə silahına malik dövlət statusuna və ya bu məsələ ilə bağlı hər hansı digər xüsusi statusa malik ola bilməz və heç vaxt olmayacaq”, - bəyanatda deyilir. Bundan əvvəl Şimali Koreyanın yeni qitələrarası ballistik raketi (Hvason-18) sınaqdan keçirdiyi barədə məlumat yayılmışdı.xeber100.com

Aprel 16, 2023 12:55

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bəyanatı

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Sudandakı münaqişə tərəflərini dərhal hərbi əməliyyatları dayandırmağa və dialoqa qayıtmağa çağırıb. Bu barədə təşkilatın müvafiq bəyanatında deyilir. Təhlükəsizlik Şurasının üzvləri Sudan Silahlı Qüvvələri ilə Çevik Reaksiya Qüvvələri arasında baş verən hərbi toqquşmalardan dərin narahat olduqlarını və mülki əhali də daxil olmaqla insanların həlak olması və yaralanmasından təəssüfləndiklərini bildiriblər. Qeyd edək ki, Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalarda ölənlərin sayı 56-ya çatıb.xeber100.com

Aprel 16, 2023 12:53

Panamanın cənub sahillərində zəlzələ qeydə alınıb

Panamanın cənub sahillərində 6,6 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə ABŞ-ın Geoloji xidməti bildirib. Yeraltı təkanların episentri David şəhərindən 94 km cənubda yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikə olub. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.xeber100.com

Aprel 5, 2023 1:03

274 milyon avro məbləğində yeni yardım paketi ayrılacaq

Niderland Ukraynaya 274 milyon avro məbləğində yeni yardım paketi ayıracaq. TASS xəbər verir ki, ayrılan məbləğin təxminən 180 milyon avrosu humanitar yardım, səhiyyə, enerji təchizatı, mənzil və infrastrukturun bərpası və kənd təsərrüfatı torpaqlarının minalardan təmizlənməsinə yönəldiləcək. 94 milyon avro isə Ukrayna ilə NATO arasında əməkdaşlığın gücləndirilməsi və Ukrayna mədəniyyətinin qorunmasına xərclənəcək. Qeyd edək ki, bu yardım Niderland hökumətinin bu il Ukraynaya dəstək üçün ayırdığı 2,5 milyard avroya daxildir.xeber100.com

Aprel 4, 2023 1:14

“Su-27” və “Miq-29”dan ibarət 5 qırıcı briqadası yaradıb

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri hazırda “Su-27” və “Miq-29” qırıcılarından ibarət beş briqadaya malikdir. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnatın telemarafonun efirində məlumat verib. "Döyüş təyyarələrinin Ukrayna verilməsi tarixi addımdır. Bu gün belə təyyarələrdən ibarət beş qırıcı briqadamız var: iki “SU-27” və üç “MİQ-29” briqadası, deyə İqnat bildirib. Onun sözlərinə görə, bu tip silahların ötürülməsi istiqamətində atılan ilk addım digər ölkələr üçün bir işarədir. "Növbəti addım kimi müasir qabaqcıl aviasiya platformalarının göndərilməsi olacaq", - deyə spiker vurğulayıb.xeber100.com

Aprel 4, 2023 1:11

G7 ölkələrinin ədliyyə nazirləri iyul ayında Tokioda görüşəcək

Yeddilər qrupu (G7) ölkələrinin ədliyyə nazirləri iyul ayında Tokioda keçiriləcək görüşdə Ukraynaya təcavüz səbəbindən Rusiyaya qarşı xüsusi tribunalın qurulmasını müzakirə edə bilərlər. Ədliyyə məsələləri üzrə Avropa Komissarı Didye Reynders bunu Kyodo agentliyinə müsahibəsində deyib. O, hazırda Yeddilər qrupuna sədrlik edən Yaponiyanın öz statusundan istifadə edərək tribunalın yaradılması istiqamətində Asiyanın digər ölkələrinə təsir göstərəcəyinə və beynəlxalq ictimaiyyətin dəstəyini qazanacağına ümidvar olduğunu bildirib. Didye Reyndersin sözlərinə görə, hazırda Avropa İttifaqı Ukrayna da daxil olmaqla, müxtəlif ölkələrdən olan hakimlərin iştirakı ilə “xüsusi məhkəmənin” və ya “hibrid məhkəmənin” qurulması məsələsinin müzakirə edilməsi üçün ədliyyə orqanları və Beynəlxalq Cinayət Məhkəməsi ilə birgə çalışır. Qeyd edək ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi ukraynalı uşaqların “qanunsuz deportasiyası” ittihamı ilə Rusiyanın dövlət başçısı Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belovanın həbsinə order verib.xeber100.com    

Aprel 4, 2023 1:03

Aprelin 2-də prezident seçkilərinin ikinci turu keçirilir

Aprelin 2-də Monteneqroda prezident seçkilərinin ikinci turu keçirilir. Martın 19-da keçirilən seçkilərin ilk turunda ən çox səs toplayan hazırki Prezident Milo Cukanoviç və Avropa Hərəkatının rəhbəri Yakov Milatoviç ikinci turda mübarizə aparırlar. Dövlət Seçki Komissiyasının məlumatına görə, 542 min 154 nəfər ölkə daxilində və xaricdə səsvermə hüququna malikdir. 61 yaşlı Milo Cukanoviç 1990-cı ildə çoxpartiyalı sistemə keçən Monteneqroda altı dəfə Baş nazir, iki dəfə (1997-2003 və 2018-2023-cü illər) prezident olub. Onun səlahiyyət müddəti mayın 19-da başa çatacaq. Xatırladaq ki, prezident seçkilərinin ilk turunda seçici fəallığı 63,1 faiz olub, M.Cukanoviç səslərin 35,3 faizini, Y.Milatoviç isə 29,2 faizini toplayıb.xeber100.com

Aprel 2, 2023 3:01

Finlandiyada parlament seçkilərində səsvermə başa çatıb

Finlandiyada parlament seçkilərində səsvermə başa çatıb. Xarici KİV-lər xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb. İlkin nəticələrin bazar günü axşam açıqlanacağı gözlənilir. Yekun nəticələr aprelin 5-də açıqlanacaq. Seçkilərdə qeydə alınmış 22 partiyadan 2424 namizəd iştirak edib. Martın 22-dən 28-dək keçirilmiş erkən səsvermə zamanı sakinlərin 39,8 faizi (1 701 525 seçici) öz mövqeyini ifadə edib ki, bu da ölkə üçün yeni rekorddur. Finlandiyada əvvəlki parlament seçkiləri 2019-cu ilin yazında keçirilib. Nəticədə beş partiyanın nümayəndələrindən hökumət formalaşdırılmışdı.xeber100.com

Aprel 2, 2023 2:58

Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək

Türkiyənin Ali Seçki Şurası (MSK) qarşıdakı prezident seçkiləri üçün səsvermə bülletenlərində namizədlərin adlarının yer alacağı sıranın müəyyən edilməsi üzrə püşkatma keçirib. Anadolu agentliyi xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı bülletendə birinci yazılacaq. İkinci yerdə Məmləkət Partiyasının sədri Muharrem İncenin, üçüncü yerdə Millət İttifaqının namizədi və Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlunun, dördüncü – sonuncu sırada isə Ata İttifaqının namizədi Sinan Oğanın adı qeyd olunacaq. Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Əgər prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu baş tutacaq.xeber100.com

Aprel 1, 2023 6:58
    Page 11 of 301« First«...910111213...203040...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az