05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

7,7 bal gücündə güclü zəlzələ baş verib

Ekvadorun şərqində 7,7 bal gücündə güclü zəlzələ baş verib.Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti (USGS) məlumat yayıb.Yeraltı təkanlar fevralın 22-də yerli vaxtla saat 10:17-də Palora şəhərindən 115 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı yer səthindən 132 kilometr dərinlikdə yerləşib.Hələlik mümkün dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.xeber100.com

Fevral 22, 2019 1:33

Hərbi Dəniz Qüvvələri genişmiqyaslı təlimlərə başlayıb

Bu gün İranın Hərbi Dəniz  Qüvvələri genişmiqyaslı təlimlərə başlayıb.Azərtac xəbər verir ki, “Velayet-97” kod adı ilə keçirilən təlimlər Hörmüz boğazını, Əmman dənizini, Hind Okeanını və digər əraziləri əhatə edəcək.Hərbi Dəniz Qüvvələrinin komandanı Admiral Hüseyn Hanzadə bu gün keçirdiyi mətbuat konfransında bəyan edib ki, 4 mərhələdən ibarət olacaq təlimlər 3 gün davam edəcək. Təlimlərə raketdaşıyan gəmilərlə yanaşı, sualtı qayıqlar da cəlb edilib.

Fevral 21, 2019 2:28

Estoniyanın Müdafiə Nazirliyinin bəyanatına əsasən…

Estoniyanın Müdafiə Nazirliyinin müdafiə investisiyaları şöbəsinin rəisi Kusti Salm ölkəsinin müharibəyə hazırlaşdığını bəyan edib.Trend-in məlumatına görə, onun bu bəyanatı yerli mətbuatda yer alıb.K.Salmın firkncə, hökumətin müdafiə sahəsinə yatırdığı investisiyaların xarakteri bunu göstərir.Estoniyalı rəsmi həyata keçirilən hərbi texnika və avadanlıq alqısına da diqqət çəkib.xeber100.com

Fevral 20, 2019 7:44

İranın Avrasiya İttifaqına qoşulması layihəsi təsdiqlənəcək

İran İslam Respublikasının bu ilin martın sonuna kimi Avrasiya İttifaqına qoşulması layihəsi təsdiqlənəcək.Trend-in məlumatına görə, bunu İranın energetika naziri Rza Ərdəkanian deyib.R.Ərdəkanianın sözlərinə görə, hazırda layihə İran parlamentinin gündəmindədir və ilin sonuna kimi təsdiqlənməsi qərara alınıb.Nazir deyib ki, ehtiyacların təmin olunması üçün bazarlarda iştirak İranın əsas prioritetlərindən biridir.xeber100.com

Fevral 19, 2019 3:42

Yeni Zelandiya hökuməti vergiləri artırmağa hazırlaşır

Yeni Zelandiya hökuməti “Google” və “Facebook” kimi informasiya texnologiyaları nəhəngləri üçün vergiləri artırmağa hazırlaşır.Associated Press informasiya agentliyi xəbər verir ki, Yeni Zelandiyanın Baş naziri Casinda Arden bu kompaniyaların ölkədə böyük pullar qazandıqları, lakin büdcəyə az vəsait ödədikləri üçün hazırkı vergi sisteminin ədalətli olmadığını hesab edir.Bununla bağlı hökumət beynəlxalq informasiya texnologiyaları kompaniyalarına Yeni Zelandiyada əldə etdikləri gəlirlərinin 2-3 faizi həcmində vergi tətbiq etmək istəyir. Analoji qərarın bu sahədə vergi qanunvericiliyini dəyişməyə hazırlaşan digər dövlətlər tərəfindən də müzakirə edildiyi bildirilir.Yeni Zelandiyada yeni vergilər artıq növbəti ildən tətbiq oluna bilər.xeber100.com

Fevral 18, 2019 2:17

Litva Mərkəzi Seçki Komitəsi prezident seçkilərində

Litva Mərkəzi Seçki Komitəsi prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatını bu gün dayandıracaq.Azərtac komitəyə istinadla xəbər verir ki, axşamadək qeydiyyatdan keçə bilməyən namizədlərin sənədləri artıq qəbul edilməyəcək.İndiyədək 14 nəfərin namizədliyi qeydə alınıb. Yalnız deputat Ausra Maldekiene namizədliyini geri götürdüyünü bildirib. Qeydə alınmış namizədlər martın 28-dək 20 mindən çox imza toplamalıdırlar.Qeyd edək ki, Litvada prezident seçkiləri may ayında keçiriləcək.xeber100.com

Fevral 18, 2019 2:10

“France Info”nun məlumatı əsasında…

Parisdə "sarı jiletlilər"in etiraz aksiyası zamanı azı 23 nəfər polis tərəfindən saxlanılıb.Milli.az bildirir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarına istinadən "France Info" məlumat yayıb.Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, Paris küçələrinə ümumilikdə təqribən 3 min nümayişçi çıxıb.xeber100.com

Fevral 17, 2019 12:18

Hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.Trend-in Kremlin mətbuat-xidmətinə istinadən verdiyi məlumata görə, tərəflər telefon danlışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər: "Əsas diqqət Suriyadakı vəziyyətə yönəldilmişdi. Vladimir Putin 14 fevral Soçidə Astana prosesinin qarant dövlətlərinin rəhbərlərinin görüşündə nail olunmuş razılıqlar haqqında məlumat verib. Hər iki tərəf Suriyanın daxili siyasi dialoqunun inkişaf etdirilməsinin vacibliyini qeyd edib, ilk növbədə - Konstitusiya Komitəsinin tez bir zamanda fəaliyyətə başlamasını".V.Putin və E.Makron bundan əlavə Suriyanın şimal-şərqdə, həmçinin İdlib deeskalasiya zonasındakı vəziyyəti müzakirə ediblər. Rusiya prezidenti silahlıların kimyəvi maddələrin istifadəsi ilə təxribatlar hazırladıqlarını bildirib.xeber100.com

Fevral 17, 2019 12:12

Amerikada fövqəladə vəziyyət elan edilməsi haqda sənəd imzalanıb

ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhəddəki vəziyyətə görə ölkədə fövqəladə vəziyyət elan edilməsi haqda sənəd imzalayıb.Trend-in məlumatına görə, bu barədə Prezidentin mətbuat katibi Sara Sanders bildirib. Sara Sanders Trampın bununla bağlı sənədi imzalayarkən çəkilmiş fotosunu Twitter sosial şəbəkəsində paylaşıb.Fövqəladə vəziyyətin elan edilməsi Trampa Konqresin razılığı olmasa belə, Meksika ilə sərhəddəki divarın tikintisinə lazım olan vəsaiti toplamağa imkan verəcək.Qeyd edək ki, Konqresdə baxılan büdcə layihəsinə əsasən, Meksika ilə sərhəddə divarın tikintisinə 1,4 milyard ayrılıb. Tramp isə 5,7 milyard dollar tələb edir.xeber100.com

Fevral 16, 2019 3:43

Prezident seçkilərinin vaxtı dəyişdirilib

Nigeriyada prezident seçkilərinin vaxtı dəyişdirilib.Milli.az bildirir ki, bu barədə Nigeriya Müstəqil və Milli Seçki Komissiyasının rəhbəri Mahmud Yaqubu məlumat verib. Bildirib ki, hazırlıq işləri başa çatmadığına görə fevralın 16-na təyin olunmuş seçkilər fevralın 23-də keçiriləcək. M.Yaqubu prezident seçkiləri ilə bərabər, martın 2-də keçirilməsi nəzərdə tutulan əyalət rəhbəri və parlament seçkilərinin də vaxtının dəyişdirildiyini qeyd edib. Bildirib ki, bu seçkilər martın 9-na keçirilib.xeber100.com

Fevral 16, 2019 3:28
    Page 90 of 299« First«...102030...8889909192...100110120...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az