10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

İnsan Hüquqları Şurasının 40-cı iclası işə başlayıb

BMT-nin İnsan Hüquqları Şurasının 40-cı iclası işə başlayıb.Azərtac xəbər verir ki, təşkilatın İsveçrədəki ofisində keçirilən iclas martın 22-dək davam edəcək. İclasın ilk üç günündə iki dövlət başçısının, iki baş nazirin və yetmişə yaxın nazirin çıxışı nəzərdə tutulub. İclasa BMT-nin baş katibi Antonio Quterreş də qatılıb. Baş katib çıxışında son üç ildə mindən çox insan haqları müdafiəçisinin və jurnalistin öldürüldüyünü deyib.xeber100.com

Fevral 25, 2019 1:41

Türkiyə mətbuatının məlumatına görə…

Türkiyə parlamentinin yeni sədri hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Mustafa Şentop seçilib.Türkiyə KİV-lərinin verdiyi məlumata görə, 542 deputatdan 336-sı öz səsini Mustafa Şentopa verib.Bundan əlavə, 124 deputat Cümhuriyyət Xalq Partiyasının (CHP) nüamyəndəsi Engin Altaya, 46-sı Xalqların Demokratik Partiyasının (HDP) nümayəndəsi Serpil Kemalbay Pekgözegüyə, 33-ü isə "İYİ Parti"nin nümayəndəsi İmam Hüseyn Filizə səs verib. 3 deputat səs verməyib.xeber100.com

Fevral 24, 2019 8:03

Valyuta tənzimlənməsi sahəsində razılıq əldə edilib

ABŞ maliyyə anziri Stiven Mnuçin bəyan edib ki, Çin heyəti ilə danışıqlar zamanı tərəflər valyuta tənzimlənməsi sahəsində addımlar barədə razılığa gəliblər.Trend-in məlumatına görə, Mnuçin Ağ Evdə jurnalistlərlə söhbət zamanı deyib ki, söhbət valyuta bazarının tənzimlənməsi sahəsində "final razılaşmadan" gedir.Nazir həmçinin deyib ki, tərəflər danışıqlarda "əhəmiyyətli irəliləyiş" əldə edib.xeber100.com

Fevral 23, 2019 6:15

Sudan respublikası fövqəladə vəziyyət elan edib

Sudan prezidenti Ömər əl-Bəşir ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edib.Trend-in məlumatına görə, prezident həmçinin hökumətin buraxıldığını da bildirib.“Bütün ölkə ərazisində bir illik fövqəladə vəziyyət elan olunur. Milli Həmrəylik Hökuməti, bütün ştatlarda yerli hökumət orqanları buraxılır”, - deyə o bildirib.xeber100.com

Fevral 23, 2019 6:04

Böyük Britaniya Brexit prosesini təxirə salmağı planlaşdırır

Böyük Britaniyanın 100 mühafizəkar deputatı Baş nazir Tereza Meyi Brexit prosesini təxirə salmağa məcbur etməyi planlaşdırır.Azərtac xəbər verir ki, The Daily Telegraph qəzetinin yaydığı məlumata görə, qanunvericilər Birləşmiş Krallığın Avropa İttifaqını sazişsiz tərk etməsinin qarşısını almaq üçün xüsusi qrupda birləşiblər. Onlar artıq Tereza Meyə Avropa İttifaqı rəhbərliyi ilə saziş əldə olunmayacağı təqdirdə ona qarşı çıxacaqları barədə xəbərdarlıq ediblər.Bu həftə növbəti dəfə Brüsselə gedən Böyük Britaniyanın Baş naziri Londona sərf edən şərtlər barədə danışıqlar aparmağa çalışıb. Lakin vaxt daralır, həll olunmayan məsələlər isə çoxdur. Belə ki, Böyük Britaniya Avropa İttifaqını 35 gündən sonra tərk etməlidir.Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən Brexit üzrə referendumun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa ittifaqının tərkibindən çıxmasına səs verib. Lakin ötən il noyabr ayının ortalarında Sky News telekanalının keçirdiyi sorğunun nəticələrinə əsasən, britaniyalıların 54 faizi Böyük Britaniyanın Aİ-nin tərkibində qalmasını istədiyini bildirib.xeber100.com

Fevral 22, 2019 1:46

İspaniyanın “Repsol”şirkəti ən iri qaz yatağı kəşf edib

İspaniyanın neft və qaz şirkəti “Repsol” son 18 ildə İndoneziyada ən iri qaz yatağı kəşf edib. Bu yataq bir il ərzində kəşf edilmiş 10 ən iri yataqdan biri sayılıb. İspaniya KİV-ləri xəbər verir ki, “KBD-2X” adlandırılan yataqda iki trilyon kubmetr qaz ehtiyatı olduğu bildirilir. Bu da İspaniyada qaz istehlakının ikiillik həcminə bərabərdir. 2017-ci ildə “Repsol” 15 milyon barrel İndoneziya nefti hasil edib.xeber100.com

Fevral 22, 2019 1:42

7,7 bal gücündə güclü zəlzələ baş verib

Ekvadorun şərqində 7,7 bal gücündə güclü zəlzələ baş verib.Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti (USGS) məlumat yayıb.Yeraltı təkanlar fevralın 22-də yerli vaxtla saat 10:17-də Palora şəhərindən 115 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı yer səthindən 132 kilometr dərinlikdə yerləşib.Hələlik mümkün dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.xeber100.com

Fevral 22, 2019 1:33

Hərbi Dəniz Qüvvələri genişmiqyaslı təlimlərə başlayıb

Bu gün İranın Hərbi Dəniz  Qüvvələri genişmiqyaslı təlimlərə başlayıb.Azərtac xəbər verir ki, “Velayet-97” kod adı ilə keçirilən təlimlər Hörmüz boğazını, Əmman dənizini, Hind Okeanını və digər əraziləri əhatə edəcək.Hərbi Dəniz Qüvvələrinin komandanı Admiral Hüseyn Hanzadə bu gün keçirdiyi mətbuat konfransında bəyan edib ki, 4 mərhələdən ibarət olacaq təlimlər 3 gün davam edəcək. Təlimlərə raketdaşıyan gəmilərlə yanaşı, sualtı qayıqlar da cəlb edilib.

Fevral 21, 2019 2:28

Estoniyanın Müdafiə Nazirliyinin bəyanatına əsasən…

Estoniyanın Müdafiə Nazirliyinin müdafiə investisiyaları şöbəsinin rəisi Kusti Salm ölkəsinin müharibəyə hazırlaşdığını bəyan edib.Trend-in məlumatına görə, onun bu bəyanatı yerli mətbuatda yer alıb.K.Salmın firkncə, hökumətin müdafiə sahəsinə yatırdığı investisiyaların xarakteri bunu göstərir.Estoniyalı rəsmi həyata keçirilən hərbi texnika və avadanlıq alqısına da diqqət çəkib.xeber100.com

Fevral 20, 2019 7:44

İranın Avrasiya İttifaqına qoşulması layihəsi təsdiqlənəcək

İran İslam Respublikasının bu ilin martın sonuna kimi Avrasiya İttifaqına qoşulması layihəsi təsdiqlənəcək.Trend-in məlumatına görə, bunu İranın energetika naziri Rza Ərdəkanian deyib.R.Ərdəkanianın sözlərinə görə, hazırda layihə İran parlamentinin gündəmindədir və ilin sonuna kimi təsdiqlənməsi qərara alınıb.Nazir deyib ki, ehtiyacların təmin olunması üçün bazarlarda iştirak İranın əsas prioritetlərindən biridir.xeber100.com

Fevral 19, 2019 3:42
    Page 91 of 301« First«...102030...8990919293...100110120...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az