05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

ABŞ Nümayəndələr Palatası yeni qanun qəbul edib

ABŞ Konqressinin Nümayəndələr Palatası bir sıra nazirliklər və sərhəd təhlükəsizliyinin büdcəsi haqqında qanunu qəbul edib.Trend-in məlumatına görə, sənəd prezident Donald Trampa imzalanması üçün göndərilib. Daha öncə büdcə qanunu Senat tərəfindən qəbul edilib.Prezident Tramp növbəti "şatdaun"un (nazirliklərin və qurumların işlərinin müvəqqəti dayandırılması) qarşısını almaq üçün cümə gününün sonuna kimi sənədi təsdiqləməlidir.Ancaq Ağ Ev bildirib ki, büdcəni təsdiqləyərək Tramp Konqresi keçmək və Meksika ilə sərhəddə hasarın tikintisi üçün maliyyələşdirmənin artırılması üçün sərhəddə fövqəladə hal elan etmək istəyir.xeber100.com

Fevral 15, 2019 7:39

İspaniya parlamenti növbədənkənar seçkilər keçirilməsini tələb edib

Büdcə haqqında qanun layihəsinin rədd edilməsindən sonra İspaniya parlamenti Pedro Sançesin hökumətindən növbədənkənar seçkilər keçirilməsini tələb edib.Azərtac xəbər verir ki, P.Sançesin hökumətini deputatların yalnız dörddəbiri dəstəkləyir. Kataloniyanın müstəqilliyi tərəfdarları ilə danışıqlardan sonra Baş nazir bir sıra regional və sağ təmayüllü partiyaların etimadından məhrum olub. Separatçılar da Kataloniyanın müstəqilliyinə dair referendumun təşkilinə görə həbs olunan siyasi liderlərin məhkəmə prosesini dayandırmadığı üçün Pedro Sançesi dəstəkləmirlər.Danışıqlıların tərəfləri arasında fikir ayrılıqlarının qəribə vəhdəti səbəbindən uğradığı ağır və gözlənilməz məğlubiyyət Baş naziri yeni seçkilərə doğru aparır. Seçkilərin iki tarixdə - aprelin 14-də və ya 28-də keçirilməsi məsələsi müzakirə olunur.xeber100.com

Fevral 14, 2019 1:37

Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatı

Moskvada Vladimir Leninin mavzoleyi müvəqqəti bağlanır.TASS xəbər verir ki, bu barədə ölkənin Federal Təhlükəsizlik Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.Məlumatda bildirilir ki, fevralın 18-dən aprelin 16-dək nəzərdə tutulan profilaktik işlərlə əlaqədar Leninin mavzoleyi ziyarətçilərə bağlı olacaq.Qeyd edək ki, mavzoley sonuncu dəfə 2017-ci ildə profilaktik xidmət üçün bağlanıb.xeber100.com

Fevral 12, 2019 12:45

Ukrayna Avropa İttifaqına üzv olmaq üçün müraciət edəcək

Ukrayna 2023-cü ildə Avropa İttifaqına üzv olmaq üçün müraciət edəcək.Azərtac xəbər verir ki, bu barədə açıqlamasında Ukrayna Prezidenti Petro Poroşenko məlumat verib. “Mən 2023-cü ildən sonra Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı ictimaiyyət qarşısında öhdəlik götürmüşəm. Daha sonra isə NATO-ya üzv olmaq üçün plan təsdiq ediləcək”, - deyə P.Poroşenko əlavə edib.Prezident qeyd edib ki, gələn həftə Avropa İttifaqına və NATO-ya daxil olmaq üçün Ali Radanın Konstitusiyaya düzəlişlərə dair qəbul etdiyi qanunu imzalayacaq.xeber100.com

Fevral 12, 2019 12:41

Beynəlxalq Valyuta Fondu maliyyə yardımı göstərməyə hazırdır

Beynəlxalq Valyuta Fondu (BVF) Pakistana lazımi maliyyə yardımı göstərməyə hazırdır.Trend-in məlumatına görə, bu barədə BVF-nin rəhbəri Kristin Laqard Pakistanın baş naziri İmran Xan ilə Dubayda keçirilən görüşü zamanı bildirib.K.Laqard deyib: "Mən təsdiq etdim ki, Beynəlxalq Valyuta Fondu Pakistana dəstək göstərməyə hazırdır. Mən həmçinin vurğuladım ki, qətiyyətli siyasət və iqtisadi islahatlar paketi Pakistana öz iqtisadiyyatını bərpa etməyə və daha inamlı artım üçün təməl qoymağa kömək edəcək".BVF-nin rəhbəri qeyd edib ki, baş nazir İ.Xan ilə bizim yaxşı və konstruktiv görüşümüz baş tutdu: "Görüş zamanı biz iqtisadiyyatda yaxınlarda baş verən hadisələri və Pakistan üçün Beynəlxalq Valyuta Fondunun dəstək proqramının perspektivlərini müzakirə etdik".Qeyd edək ki, Pakistan hakimiyyəti BVF-dən 6-7 milyard dollar dəyərində kredit istəməyi planlaşdırırlar. Bu halda BVF İslamabaddan büdcə kəsirinin azaldılması və vergi sisteminin genişləndirilməsini tələb edə bilər.Pakistan 1980-ci ildən BVF-yə dəfələrlə maliyyə yardımı üçün müraciət edib. Sonuncu dəfə isə 2013-cü ildə müraciət edilib və BVF Pakistana 6,6 milyard dollarlıq kredit ayırıb.xeber100.com

Fevral 11, 2019 5:26

Eurojackpot lotereyasında 63,2 milyonluq uduş…

lmaniyanın Reynland-Pfals federal ərazisinin sakini Eurojackpot lotereyasında 63,2 milyon avro udub.Milli.az bildirir ki, bu barədə lotereya şirkəti məlumat yayıb.Qalibin kimliyi barədə ətraflı məlumat verilmir. Məlumdur ki, qalib lotereyanın beş əsas rəqəmi, həmçinin iki əlavə rəqəmi tapıb."Eurojackpot" lotereyası 2012-ci ildən Avropa İttifaqı ölkələrinin əksəriyyətində keçirilir. Uduşlu rəqəmlər Helsinkidə həftənin cümə günləri elan olunur.xeber100.com

Fevral 10, 2019 12:17

Italiyada hökümətin siyasətinə qarşı aksiya keçirilib

İtaliyanın paytaxtı Romada yüzminlərlə insan böyük peşə birliklərinin nümayişində iştirak edib.Trend-in məlumatına görə, aksiya iştirakçıları hazırki hakimiyyətin siyasətinə qarşı çıxır. Aksiyaçılar iqtisadi artımı təmin edəcək islahatları tələb edir.Etirazçıların əsas naraçılığı yeni pensiya islahatındandır.xeber100.com

Fevral 10, 2019 12:07

ABŞ-KXDR sammiti Vyetnamda keçiriləcək

ABŞ və Koreya Xalq Demokratik Respublikası (KXDR) liderləri arasında görüş 27-28 fevral tarixlərində Vyetnamda keçiriləcək.Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Senat və ABŞ Konqresinin Nümayəndələr Palatası qarşısında "Ölkənin vəziyyəti haqqında" illik müraciətlə çıxışı zamanı bildirib.D.Tramp deyib: "Sədr Kim və mən 27 və 28 fevral tarixlərində Vyetnamda görüşəcəyik".xeber100.com

Fevral 6, 2019 4:25

“Rosneft” şirkəti ötən ilin xalis mənfəətini açıqlayıb

Rusiyanın ən böyük neft şirkəti olan “Rosneft”in ötən ilin sonuncu rübündəki xalis mənfəəti açıqlanıb.Azərtac şirkətə istinadla xəbər verir ki, “Rosneft”in keçən ilin dördüncü rübündəki xalis mənfəəti 109 milyard rubl olub. Bazar proqnozu isə mənfəətin 125,4 milyard rubl olacağı idi.Beləliklə də şirkətin hesabat rübündəki xalis mənfəəti əvvəlki rüblə müqayisədə 23 milyard rubl azalıb.“Rosneft” Rusiyanın gündəlik 10 milyon barreli keçən neft istehsalının təxminən 40 faizini həyata keçirir.xeber100.com

Fevral 5, 2019 1:24

Rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ baş verib

Yunanıstanın Preveza şəhərindən 14 kilometr məsafədə Rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ baş verib.Azərtac xəbər verir ki, bu barədə Afina Universitetinin seysmologiya laboratoriyası məlumat verib. Bildirilir ki, zəlzələnin ocağı 10 kilometr dərinlikdə dənizdə olub.Xəsarət alanlar barədə hələlik məlumat yoxdur. Zəlzələ ətraf bölgələrdə, şəhərlərdə də hiss olunub.xeber100.com

Fevral 5, 2019 1:17
    Page 91 of 299« First«...102030...8990919293...100110120...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az