Finlandiya “Ən yaxşı ölkələr” indeksində

Finlandiya “Ən yaxşı ölkələr” indeksində (“The Good Country Index”) 153 ölkə arasında ilk yerə layiq görülüb. Bu reytinq cədvəli konkret bir ölkənin öz miqyası çərçivəsində bəşəriyyətin rifahına verdiyi töhfəyə görə tərtib olunur.“Rossiyskaya Qazeta” xəbər verir ki, reytinqdə yekun nəticələr BMT, UNICEF, BVF kimi beynəlxalq təşkilatların onlarla parametrlər üzrə təqdim etdikləri məlumatlar əsasında hazırlanır. Tərtibatçılar bildirirlər ki, onlar reytinq vasitəsilə konkret bir ölkənin bəşəriyyətə faydası, yaxud ona yük olması ilə bağlı vəziyyəti əyani şəkildə təqdim etmək istəyirlər.Finlandiya ötən il 2017-ci ildə tutduğu dördüncü yerdən ilk pilləyə yüksəlib və reytinq cədvəlində İrlandiya, İsveç, Almaniya, Danimarka kimi ölkələri geridə qoya bilib. “Ən yaxşı ölkələr” reytinqində ilk onluğa Kanada, İsveçrə, Norveç, Fransa və İspaniya da daxildir.Ekspertlərin qənaətinə görə, Finlandiya ətraf mühitin mühafizəsi, bolluq və bərabər hüquqların təmin olunması, patentlər, hərəkət sərbəstliyi və mətbuat azadlığı, kibertəhlükəsizlik, sərbəst ticarət və digər parametrlər üzrə başqa ölkələrdən irəlidədir.Reytinq cədvəlində sonuncu – 153-cü yeri isə İraq tutur. Liviya, Yəmən, Mavritaniya da siyahının sonunda qərarlaşıblar.xeber100.com

Yanvar 24, 2019 12:48

Yunanlar Afinada etiraz aksiyası keçiriblər

Makedoniyanın adının dəyişdirilməsinə etiraz edən yunanlar Afinada küçələrə çıxaraq etiraz aksiyası keçiriblər. Makedoniyanın adının dəyişdirilməsinə rəsmi Afinanın razılaşması və parlamentin də qonşu dövlətlə anlaşmanı ratifikasiya etməsi yunanları hiddətləndirib.Daily Mail bildirir ki, Afinada ölkə parlamentinin önündəki meydana toplaşmış 600 min insan aksiya keçiriblər.Onları mitinqə 3 min avtobus daşımışdı."Makedoniya satılmır!, "Makedoniya Yunanıstandır!" qışqıran etrazçılarla polis arasında toqquşmalar olub.Yunanıstanda əhalinin 70 faizi Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı referendum tələb edirlər.Referendum yanvarın 25-də keçiriləcək.Yunanıstanda Makedoniya adlı vilayət olduğundan, rəsmi Afina sabiq Yuqoslaviya respublikasının Avropa İttifaqına və NATO-ya daxil olmasını əngəlləyir.Afina narahatdır ki, qonşu ölkənin adı "Makedoniya" olandan sonra rəsmi Skopye yunan ərazisi ilə bağlı torpaq iddiaları ilə çıxış edə bilər.Makedoniya adını dəyişərək Şimali Makedoniya olub. Skopye bu minvalla Avropa İttifaqına üzvlüklə bağlı əngəlləri aradan qaldırmaq niyyətindədir.NATO da Makedoniyadan üzvlüklə bağlı problemin həlli üçün ölkənin adının dəyişdirilməsini tələb edirdi.İndi "Şimali Makedoniya" adlanan ölkədə rəsmi dil qismində alban dili elan olunub.xeber100.com

Yanvar 21, 2019 4:30