05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

ABŞ-ın şimal-şərq hissələrində aviareyslər ləğv olunub

ABŞ-ın şimal-şərq hissələrində bərk qar yağması səbəbindən 6783 aviareys ləğv olunub.CNN telekanalının məlumatına görə, pis hava şəraitinin törətdiyi fəsadlar Missuri və Men ştatları arasındakı ərazidə yaşayan 100 milyon insana təsir edə bilər.Belə ki, Tennesi və Missisipi ştatlarında yağış və tufan davam edir, İllinoys, Miçiqan və Ohayoda şiddətli külək əsir, Nyu-York və Pensilvaniya ştatlarında isə sinoptiklər yağış və bol qar proqnozlaşdırırlar.Bildirilir ki, pis hava şəraiti ilə əlaqədar olaraq Nyu-York qubernatoru Endryu Kuomo ştat yollarının böyük hissəsində avtobus və qoşqulu yük maşınlarının hərəkətini qadağan edib.Həmçinin qatarların hərəkəti məhdudlaşdırılıb.xeber100.com

Yanvar 20, 2019 12:15

Hava limanlarında 40-dan artıq reys təxirə salınıb

Rusiyanın paytaxtı Moskvanın hava limanlarında 40-dan artıq reys təxirə salınıb və ya gecikir.Trend-in məlumatına görə, saat 02:46 üçün "Vnukovo" hava limanında 1 reys gecikir, 6 reys təxirə salınıb, "Domodedovo" hava limanında 4 reys gecikir, 7 reys təxirə salınıb, "Şeremetyevo" hava limanında isə 26 reys gecikir.Bildirilir ki, reyslərin təxirə salınmasına və gecikməsinə hava şəraiti səbəb olub.xeber100.com

Yanvar 19, 2019 8:50

RİA Novosti agentliyinin məlumatına görə…

Yaponiya Meteoroloji Xidməti bu il sakuranın çiçəkləməsinə dair ilk proqnozunu açıqlayıb.RİA Novosti agentliyi xəbər verir ki, Yosino albalısı mart ayının ikinci yarısında – ayın 18-də Kotidə, 25-də Yosinoda, 29-da Fukuoka və Tokioda, aprelin 1-də Naqoya və Hiroşimada çiçək açacaq. Ekspertlərin fikrincə, 2018-ci ilin oktyabrında temperaturun yüksəlməsi ölkənin bəzi yerlərində albalının erkən çiçəkləyəcəyinə səbəb olub.Vakayama, Osaka, Kioto və Kaqosima şəhərlərində sakura apreldə çiçəkləyəcək. Şimal prefekturalarında, o cümlədən Miyaqi, Aomori və Hokkaydoda sakura aprelin ortasında və mayın əvvəlində çiçək açacaq.Yaponiyaya fevral ayında səfər edəcək turistlərə Kavadzu şəhərinə getmək məsləhət görülür. Orada sakura digərə prefekturalardan bir ay tez çiçəkləyəcək.xeber100.com

Yanvar 18, 2019 12:21

Yeni qaz kəmərinin tikintisinə başlanılıb

Moldova və Rumıniyanın qaz ötürücü sistemlərini birləşdirəcək yeni qaz kəmərinin tikintisinə başlanılıb.Azərtac xəbər verir ki, Moldovanın infrastruktur və iqtisadiyyat naziri Kiril Qaburiç mətbuata açıqlamasında “Ungeni-Kişineu” qaz kəmərinin Rumıniyanın “Transqaz” şirkəti tərəfindən inşa edildiyini bildirib. Onun sözlərinə görə, yeni qaz kəməri Moldovanın milli maraqlarına cavab verir və ölkənin iqtisadiyyatının inkişafına təsir edəcək. Eyni zamanda, Moldovaya təbii qazın verilməsində alternativ mənbənin yaradılması ölkənin enerji təhlükəsizliyini möhkəmləndirir. Nazir qeyd edib ki, yeni qaz kəməri vasitəsilə təbii qaz daha ucuz qiymətə təklif olunacaq.Çəkilişinin 120 milyon avroya başa gələcəyi və 2020-ci ilin əvvəlinə yekunlaşacağı nəzərdə tutulan qaz xəttinin gücü illik 1,5 milyard kubmetr olacaq.xeber100.com

Yanvar 16, 2019 2:19

Misirə təbii qaz ixracı ikiqat artacaq

İsrail yaxın aylarda Misirə təbii qaz ixracına başlayacaq.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə İsrailin enerji naziri Yuval Steinitz deyib.Nazir qeyd edib ki, qaz nəqlinin 10 illik müddətdə 7 milyard kubmetr olması hədəflənir. Yaxın aylarda Misirə qaz ixracı həyata keçiriləcək.O, ilkin mərhələdə ixrac ediləcək təbii qaz həcmi barədə məlumat verməyib. Bildirib ki, “Leviathan” yatağının noyabrda tam gücü ilə hasilata başlamasından sonra Misirə təbii qaz ixracı ikiqat artacaq.xeber100.com

Yanvar 15, 2019 1:32

Tokionun şimalında 5 bal gücündə zəlzələ baş verib

Yanvarın 14-də yerli vaxtla saat 13:23 dəqiqədə Tokionun şimalında yerləşən İbaraki prefekturasında 5 bal gücündə zəlzələ baş verib.Azərtac xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, yeraltı təkanların episentri İbaraki prefekturasının Nambu şəhərinin yaxınlığında, ocağı 50 kilometr dərinlikdə yerləşib.Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.xeber100.com

Yanvar 14, 2019 10:31

İqtisadiyyat və Sənaye Nazirliyi yaradılıb

Özbəkistanda İqtisadiyyat Nazirliyinin bazasında İqtisadiyyat və Sənaye Nazirliyi yaradılıb.Azərtac xəbər verir ki, bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fərman imzalayıb.Sənəddə deyilir ki, nazirlik Özbəkistanın sosial-iqtisadi, sənaye həmçinin investisiya strategiyası sahəsində dövlət siyasətini həyata keçirəcək.Yeni strukturun vəzifələrinə makroiqtisadi indikatorların təhlili və proqnozlaşdırılması, iqtisadiyyat bazar mexanizmləri vasitəsilə idarəetmə sahəsində təkliflərin araşdırılması, iqtisadiyyatın əsas sahələrinin inkişaf strategiyasının formalaşdırılması və digər vəzifələr daxildir.“UZAVTOSANOAT” şirkətinin sabiq rəhbəri Umidjan Salimov iqtisadiyyat və sənaye nazirinin müavini təyin olunub.xeber100.com

Yanvar 14, 2019 10:16

Çin Rusiya ilə iqtisadi əməkdaşlığın dərinləşməsində maraqlıdır

ABŞ üçün daha böyük təhdid Rusiya və Çin əməkdaşlığının güclənməsidir.Milli.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın Milli Maraqlar Mərkəzi çıxış edib.Mərkəzin iddiasına görə, bu ittifaq ABŞ üçün əsl kabusa çevrilə bilər.Məqalədə Vaşinqtonun Moskva və Pekinin sıx əməkdaşlığını dəyərləndirməməklə kobud səhvə yol verdiyi vurğulanıb:"ABŞ soyuq müharibədən sonra yaranan əlverişli mövqeni əldən verib. Soyuq müharibə dövründə ABŞ-ın SSRİ və Çin ilə ayrı-ayrılıqda münasibəti Moskva və Pekin arasında olan münasibətdən daha yaxşı idi. Hazırda Rusiya və Çin arasında münasibətlərin yaxşı olmasına rəğmən, Pekin hələ də Moskva ilə alyansın onun Vaşinqtonla iqtisadi əməkdaşlığını güclü şəkildə zəiflədəcəyindən qorxur. Digər tərəfdən, Çin Rusiya ilə iqtisadi əməkdaşlığın dərinləşməsində maraqlıdır. Bununla belə, Pekin Moskvanı Qərbin təzyiqlərindən müdafiə üçün tədbirlər görmək niyyətində deyil. Amerikalı analitiklər uzun illər bu ölkələr arasındakı alyansa skeptik yanaşıblar. ABŞ-ın məntiqsiz addımları bu iki ölkəni sadəcə yaxınlaşdırmağa xidmət edib. Hazırda mövcud olan bu yaxınlaşmaya Vaşinqtonun necə cavab verəcəyi hələ də çətin məsələ olaraq qalır".xeber100.com

Yanvar 13, 2019 3:52

Bəhreyn aviaşirkətləri uçuşları bərpa etməyə hazırlaşırlar

BƏƏ, Oman və Bəhreyn aviaşirkətləri Suriyanın paytaxtı Dəməşqə uçuşları bərpa etməyə hazırlaşırlar.Trend-in məlumatına görə, bu barədə Dəməşq hava limanını idarə edən "Syrian Air" aviaşirkətinin baş direktoru Şəfa ən-Nuri bildirib.Baş direktor bildirib: ""Oman Air" aviaşirkətinin nümayəndə heyəti cümə axşamı Dəməşqin hava limanını ziyarət edib və Suriyanın paytaxtına uçuşları bərpa etmək məqsədilə hava limanının texniki vəziyyəti ilə tanış olub".Onun sözlərinə görə, analoji yoxlama keçirmək məqsədilə Bəhreynin "Gulf Air" və BƏƏ-nin "Etihad" aviaşirkətləri də hava limanına müraciət ediblər.xeber100.com

Yanvar 13, 2019 3:46

Yaponiya hökuməti xüsusi zərbə qurğuları hazırlamaq niyyətindədir

Yaponiya hökuməti düşmənin radarları və əlaqə vasitələrini sıradan çıxaracaq xüsusi zərbə qurğuları hazırlamaq niyyətindədir.Milli.az xəbər verir ki, yeni hazırlanan qurğuların Yaponiya ordusunun arsenalında olan nəqliyyat və patrul təyyarələrinə quraşdırılması nəzərdə tutulub.Həmçinin Yaponiyanın elektron müharibə üçün qurğularının artıq mövcud olduğu bildirilir:"İndiyə qədər olan qurğular müdafiə xarakteri daşıyırdı. Bunlardan biri düşmənin atdığı ballistik raketin sistemini sıradan çıxara biləcək yeni sistemlərdir. Hazırkı fəaliyyətdə əsas məqsəd Rusiya və Çinin elektron müharibə aparılması üçün artan imkanlarına qarşı müqavimətdir".xeber100.com

Yanvar 13, 2019 3:41
    Page 94 of 299« First«...102030...9293949596...100110120...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az