30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

RİA Novosti agentliyinin məlumatına görə…

Yaponiya Meteoroloji Xidməti bu il sakuranın çiçəkləməsinə dair ilk proqnozunu açıqlayıb.RİA Novosti agentliyi xəbər verir ki, Yosino albalısı mart ayının ikinci yarısında – ayın 18-də Kotidə, 25-də Yosinoda, 29-da Fukuoka və Tokioda, aprelin 1-də Naqoya və Hiroşimada çiçək açacaq. Ekspertlərin fikrincə, 2018-ci ilin oktyabrında temperaturun yüksəlməsi ölkənin bəzi yerlərində albalının erkən çiçəkləyəcəyinə səbəb olub.Vakayama, Osaka, Kioto və Kaqosima şəhərlərində sakura apreldə çiçəkləyəcək. Şimal prefekturalarında, o cümlədən Miyaqi, Aomori və Hokkaydoda sakura aprelin ortasında və mayın əvvəlində çiçək açacaq.Yaponiyaya fevral ayında səfər edəcək turistlərə Kavadzu şəhərinə getmək məsləhət görülür. Orada sakura digərə prefekturalardan bir ay tez çiçəkləyəcək.xeber100.com

Yanvar 18, 2019 12:21

Yeni qaz kəmərinin tikintisinə başlanılıb

Moldova və Rumıniyanın qaz ötürücü sistemlərini birləşdirəcək yeni qaz kəmərinin tikintisinə başlanılıb.Azərtac xəbər verir ki, Moldovanın infrastruktur və iqtisadiyyat naziri Kiril Qaburiç mətbuata açıqlamasında “Ungeni-Kişineu” qaz kəmərinin Rumıniyanın “Transqaz” şirkəti tərəfindən inşa edildiyini bildirib. Onun sözlərinə görə, yeni qaz kəməri Moldovanın milli maraqlarına cavab verir və ölkənin iqtisadiyyatının inkişafına təsir edəcək. Eyni zamanda, Moldovaya təbii qazın verilməsində alternativ mənbənin yaradılması ölkənin enerji təhlükəsizliyini möhkəmləndirir. Nazir qeyd edib ki, yeni qaz kəməri vasitəsilə təbii qaz daha ucuz qiymətə təklif olunacaq.Çəkilişinin 120 milyon avroya başa gələcəyi və 2020-ci ilin əvvəlinə yekunlaşacağı nəzərdə tutulan qaz xəttinin gücü illik 1,5 milyard kubmetr olacaq.xeber100.com

Yanvar 16, 2019 2:19

Misirə təbii qaz ixracı ikiqat artacaq

İsrail yaxın aylarda Misirə təbii qaz ixracına başlayacaq.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə İsrailin enerji naziri Yuval Steinitz deyib.Nazir qeyd edib ki, qaz nəqlinin 10 illik müddətdə 7 milyard kubmetr olması hədəflənir. Yaxın aylarda Misirə qaz ixracı həyata keçiriləcək.O, ilkin mərhələdə ixrac ediləcək təbii qaz həcmi barədə məlumat verməyib. Bildirib ki, “Leviathan” yatağının noyabrda tam gücü ilə hasilata başlamasından sonra Misirə təbii qaz ixracı ikiqat artacaq.xeber100.com

Yanvar 15, 2019 1:32

Tokionun şimalında 5 bal gücündə zəlzələ baş verib

Yanvarın 14-də yerli vaxtla saat 13:23 dəqiqədə Tokionun şimalında yerləşən İbaraki prefekturasında 5 bal gücündə zəlzələ baş verib.Azərtac xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, yeraltı təkanların episentri İbaraki prefekturasının Nambu şəhərinin yaxınlığında, ocağı 50 kilometr dərinlikdə yerləşib.Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.xeber100.com

Yanvar 14, 2019 10:31

İqtisadiyyat və Sənaye Nazirliyi yaradılıb

Özbəkistanda İqtisadiyyat Nazirliyinin bazasında İqtisadiyyat və Sənaye Nazirliyi yaradılıb.Azərtac xəbər verir ki, bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fərman imzalayıb.Sənəddə deyilir ki, nazirlik Özbəkistanın sosial-iqtisadi, sənaye həmçinin investisiya strategiyası sahəsində dövlət siyasətini həyata keçirəcək.Yeni strukturun vəzifələrinə makroiqtisadi indikatorların təhlili və proqnozlaşdırılması, iqtisadiyyat bazar mexanizmləri vasitəsilə idarəetmə sahəsində təkliflərin araşdırılması, iqtisadiyyatın əsas sahələrinin inkişaf strategiyasının formalaşdırılması və digər vəzifələr daxildir.“UZAVTOSANOAT” şirkətinin sabiq rəhbəri Umidjan Salimov iqtisadiyyat və sənaye nazirinin müavini təyin olunub.xeber100.com

Yanvar 14, 2019 10:16

Çin Rusiya ilə iqtisadi əməkdaşlığın dərinləşməsində maraqlıdır

ABŞ üçün daha böyük təhdid Rusiya və Çin əməkdaşlığının güclənməsidir.Milli.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın Milli Maraqlar Mərkəzi çıxış edib.Mərkəzin iddiasına görə, bu ittifaq ABŞ üçün əsl kabusa çevrilə bilər.Məqalədə Vaşinqtonun Moskva və Pekinin sıx əməkdaşlığını dəyərləndirməməklə kobud səhvə yol verdiyi vurğulanıb:"ABŞ soyuq müharibədən sonra yaranan əlverişli mövqeni əldən verib. Soyuq müharibə dövründə ABŞ-ın SSRİ və Çin ilə ayrı-ayrılıqda münasibəti Moskva və Pekin arasında olan münasibətdən daha yaxşı idi. Hazırda Rusiya və Çin arasında münasibətlərin yaxşı olmasına rəğmən, Pekin hələ də Moskva ilə alyansın onun Vaşinqtonla iqtisadi əməkdaşlığını güclü şəkildə zəiflədəcəyindən qorxur. Digər tərəfdən, Çin Rusiya ilə iqtisadi əməkdaşlığın dərinləşməsində maraqlıdır. Bununla belə, Pekin Moskvanı Qərbin təzyiqlərindən müdafiə üçün tədbirlər görmək niyyətində deyil. Amerikalı analitiklər uzun illər bu ölkələr arasındakı alyansa skeptik yanaşıblar. ABŞ-ın məntiqsiz addımları bu iki ölkəni sadəcə yaxınlaşdırmağa xidmət edib. Hazırda mövcud olan bu yaxınlaşmaya Vaşinqtonun necə cavab verəcəyi hələ də çətin məsələ olaraq qalır".xeber100.com

Yanvar 13, 2019 3:52

Bəhreyn aviaşirkətləri uçuşları bərpa etməyə hazırlaşırlar

BƏƏ, Oman və Bəhreyn aviaşirkətləri Suriyanın paytaxtı Dəməşqə uçuşları bərpa etməyə hazırlaşırlar.Trend-in məlumatına görə, bu barədə Dəməşq hava limanını idarə edən "Syrian Air" aviaşirkətinin baş direktoru Şəfa ən-Nuri bildirib.Baş direktor bildirib: ""Oman Air" aviaşirkətinin nümayəndə heyəti cümə axşamı Dəməşqin hava limanını ziyarət edib və Suriyanın paytaxtına uçuşları bərpa etmək məqsədilə hava limanının texniki vəziyyəti ilə tanış olub".Onun sözlərinə görə, analoji yoxlama keçirmək məqsədilə Bəhreynin "Gulf Air" və BƏƏ-nin "Etihad" aviaşirkətləri də hava limanına müraciət ediblər.xeber100.com

Yanvar 13, 2019 3:46

Yaponiya hökuməti xüsusi zərbə qurğuları hazırlamaq niyyətindədir

Yaponiya hökuməti düşmənin radarları və əlaqə vasitələrini sıradan çıxaracaq xüsusi zərbə qurğuları hazırlamaq niyyətindədir.Milli.az xəbər verir ki, yeni hazırlanan qurğuların Yaponiya ordusunun arsenalında olan nəqliyyat və patrul təyyarələrinə quraşdırılması nəzərdə tutulub.Həmçinin Yaponiyanın elektron müharibə üçün qurğularının artıq mövcud olduğu bildirilir:"İndiyə qədər olan qurğular müdafiə xarakteri daşıyırdı. Bunlardan biri düşmənin atdığı ballistik raketin sistemini sıradan çıxara biləcək yeni sistemlərdir. Hazırkı fəaliyyətdə əsas məqsəd Rusiya və Çinin elektron müharibə aparılması üçün artan imkanlarına qarşı müqavimətdir".xeber100.com

Yanvar 13, 2019 3:41

İran Xarici İşlər Nazirliyinin məlumatına əsasən…

İran Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına "donuz qripi" səbəbindən Gürcüstana səfər etməməyi tövsiyə edib.Trend xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi saytının məlumatında bildirilir.Məlumata görə, Gürcüstanda "donuz qripinin" yayılması ilə əlaqədar, bu ölkəyə səfər etmək istəyən İran vətəndaşlarına zəruri hallar olmadığı halda Gürcüstana getməmələri tövsiyə olunur.xeber100.com

Yanvar 12, 2019 7:38

“Google” korporasiyası 3,4 milyon avro həcmində vergi ödəyib

"Google" korporasiyası 2017-ci ildə Hollandiya və İrlandiyadakı filialları vasitəsilə 19,9 milyard avro vergi yayındırıb.Milli.az bildirir ki, "Google" bu məbləği Hollandiya qeydiyyata alınmış "Google Niderland Holdinq BV" filialı ilə Bermud adalarına yönəldib və həmin vəsait oradan İrlandiyada qeydə alınmış başqa bir filialın "Google Ireland Holdings" hesabına daxil olub. 2017-ci ildə "Google" korporasiyasının Hollandiyadakı filialı büdcəyə 3,4 milyon avro həcmində vergi ödəyib."Google" digər transmilli şirkətlər kimi korporativ gəlir vergisini əsasən öz ölkəsində ödəyir. "Son on ildə biz dünya üzrə effektiv vergini 26 faiz dərəcə ilə ödəmişik, - şirkət nümayəndəsi bildirmişdir. - Biz bütün vergiləri ödəyirik və fəaliyyət göstərdiyimiz hər bir ölkədəki vergi qanunvericiliyinə əməl edirik".xeber100.com

Yanvar 12, 2019 7:31
    Page 96 of 301« First«...102030...9495969798...110120130...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az