05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Berlində tətil səbəbindən onlarla reys ləğv edilib

Berlinin Teqel və Şönefeld hava limanlarında təhlükəsizlik xidməti əməkdaşlarının tətil etməsi səbəbindən onlarla reys ləğv edilib və ya gecikib.Trend-in məlumatına görə, bundan əvvəl Almaniyanın "Verdi" Həmkarlar İttifaqı aeroportların təhlükəsizlik xidməti əməkdaşlarını əməkhaqqının artırılması tələbi ilə tətil etməyə çağırmışdı.Bir çox sərnişinlər əvvəlcədən tətil barədə məlumatlandırılıb. Tətil ən azı 80 reysin icrasına təsir edib. Belə ki, 50 istiqamət üzrə reyslərin göndərilməsində çətinlik yaranıb, 25 uçuş təxirə salınıb. Bununla belə, tətilin nəticə vermədiyi bildirilir.Qeyd edək ki, söhbət uçuşların təhlükəsizliyinə cavabdeh olan 23 min əməkdaşın maaşının artırılmasından gedir.xeber100.com

Yanvar 8, 2019 8:52

Yaponiya ilə Rusiya arasında sülh müqaviləsi imzalanacaq

Yaponiyanın Rusiya ilə sülh müqaviləsi imzalaması Asiya-Sakit okean regionunda təhlükəsizliyə müsbət təsir göstərməklə yanaşı, Tokionun təhlükəsizliklə bağlı müqaviləyə malik olduğu ABŞ üçün də faydalı ola bilər.Milli.az xəbər verir ki, Yaponiyanın Baş naziri Şinzo Abe bunu yanvarın 6-da NHK telekanalının efirində bəyan edib."Yaponiya ilə ABŞ arasında təhlükəsizlik barədə müqavilə Yaponiyanın beynəlxalq təhlükəsizliyi üçün əsas zəmanət rolunu oynayır. Yaponiya və Rusiya arasında sülh müqaviləsinin imzalanması isə regional sabitliyə müsbət təsir göstərə bilər. Fikrimcə, bu, ABŞ üçün də müsbət hal olar", - Baş nazir bildirib.Yaponiya hökumətinin başçısı, həmçinin qeyd edib ki, yanvarın ikinci yarısında o, Rusiyaya səfər edəcək.Xatırladaq ki, ötən il noyabrın 14-də Sinqapurda keçirilən görüşdə Şinzo Abe və Vladimir Putin iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün danışıqların 1956-cı il oktyabrın 19-da imzalanmış Birgə Bəyannamə əsasında sürətləndirilməsi barədə razılığa gəliblər.xeber100.com

Yanvar 6, 2019 1:04

Venesuelanın yeni prezidenti ölkənin Ali Məhkəməsində and içəcək

Yanvarın 10-da Venesuelada yeni prezidentlik müddətinə başlamalı olan Nikolas Maduromüxalifətyönlü parlament qarşısında deyil, ölkənin Ali Məhkəməsində and içəcək.RİA "Novosti"nin məlumatına görə, bunu şənbə günü Milli Təsisat Məclisinin rəhbəri Diosdado Kabelyo deyib."Onlar (parlament) konstitusiya və hakimiyyətin digər qollarına hörmətsizlik etdikdən sonra öz legitimliliklərini itiriblər", - "Nacional" portalı onun sözlərini sitat gətirib.xeber100.com

Yanvar 6, 2019 12:54

ABŞ Konqresi iki qanun layihəsini təsdiq edib

Yanvarın 3-də yeni heyətlə işə başlayan və hazırda Demokratlar Partiyasının nəzarətində olan ABŞ Konqresinin Nümayəndələr Palatası fevralın 8-nə qədər Daxili Təhlükəsizlik Nazirliyinin, sentyabrın 30-dək isə digər qurumların maliyyələşməsi üzrə iki qanun layihəsini təsdiq edib.TASS informasiya agentliyi xəbər verir ki, Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsi Amerika-Meksika sərhədində səddin maliyyələşməsini nəzərdə tutmur.Bir qədər öncə ABŞ Prezidenti Donald Tramp səddin tikintisinin nəzərdə tutulmadığı istənilən sənədə veto qoyacağını bildirmişdi. Bundan əlavə, yeni çağırışda da respublikaçıların nəzarətində qalan ABŞ Konqresi Senatının rəhbərliyi belə qanun layihəsini hətta səsverməyə çıxarmayacağını elan etmişdi. Buna görə də hər iki qanun layihəsinin yanvarın 4-də Senatdan keçməyəcəyi gözlənilir.Xatırladaq ki, maliyyə vəsaiti ayrılmadığı üçün dekabrın 22-də ABŞ-da federal hökumətin işi qismən dayanıb. Buna Tramp və respublikaçıların Meksika ilə sərhəddə səddin tikintisi üçün 5 milyard dollar vəsaitin büdcəyə daxil edilməsi cəhdləri səbəb olub. Demokratlar isə öz növbəsində federal xəzinədən səddin tikintisinə vəsait ayrılmasına yol verməyəcəklərini bildiriblər.xeber100.com

Yanvar 4, 2019 12:20

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının iclası keçirilib

Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) yeni tərkibdə ilk iclası keçirilib. Bu münasibətlə yanvarın 2-də BMT TŞ-nın yeni seçilmiş 5 qeyri-daimi üzvü olan ölkənin – Belçika, Dominikan Respublikası, Almaniya, İndoneziya və Cənubi Afrikanın dövlət bayraqlarının qaldırılması mərasimi keçirilib.Azərtac təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, yeni üzvlərin səlahiyyət müddəti iki ildir. Tarixində ilk dəfə BMT TŞ üzvü olan Dominikan Respublikası isə qurumda sədrliyinə başlayıb. Bundan əvvəlki qeyri-daimi üzvlərin – Boliviya, Efiopiya, İtaliya, Qazaxıstan və İsveçin isə səlahiyyət müddəti başa çatıb. Yeri gəlmişkən, yeni qeyri-daimi üzv dövlətlərin bayraqlarının qaldırılması məhz Qazaxıstanın təşəbbüsüdür.BMT TŞ on beş üzvdən ibarətdir: Böyük Britaniya, Çin Xalq Respublikası, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və Fransa daimi üzvlərdir. Qalan on ölkə isə qeyri-daimi üzv statusunda Baş Assambleya tərəfindən hər beşi ildə bir dəfə seçilməklə fəaliyyət göstərir. 2020-ci ildə Ekvatorial Qvineya, Polşa, Peru, Küveyt və Kot-Divuar BMT TŞ-nın yeni qeyri-daimi üzvü olacaqlar.xeber100.com

Yanvar 3, 2019 12:41

Moskvanın bəzi hava limanlarında uçuşlar ləğv olunub

Moskvanın Vnukovo, Domodedovo və Şeremetyevo hava limanlarında 20-dən çox reys gecikib, 9 uçuş ləğv olunub.Trend-in məlumatına görə, əlverişsiz hava şəraiti səbəbindən Vnukovoda 2, Domodedovoda 10 reys gecikib, 9-u ləğv olunub, Şeremetyevoda isə 9 reys gecikmə ilə həyata keçiriləcək.Jukovski aeroportunda isə bütün reyslər cədvəl üzrə icra olunur.Sinoptiklər 2019-cu ilin ilk həftəsi ərzində Moskvada qarlı hava şəraitinin davam edəcəyini bildirir.xeber100.com

Yanvar 2, 2019 12:31

NASA yerə “Ultima Thule” asteroidinin görüntülərini göndərib

NASA-nın "Nyu Horizon" zondu Yerə ilk dəfə olaraq "Ultima Thule" asteroidinin görüntülərini göndərib.Milli.az bildirir ki, asteroid Yerdən 6.4 milyard kilometr uzaqlıqda yerləşir və oradan radiosiqnal 6 saat 8 dəqiqəyə gəlir.Qeyd edək ki, bu asteroid "Nyu Horizon"un hədəfində olmayıb. Kosmik zond 2015-ci ildə Plutona çataraq, bu balaca planet və onun peykləri ilə bağlı çoxlu kəşflər etmişdi. Məhz bundan sonra alimlər onu Koyper Qurşağına tərəf göndərmişdilər.xeber100.com

Yanvar 1, 2019 10:09

İtaliya büdcəsinin 2019-cu il üzrə layihəsində

Venesiya hakimiyyəti regiona gələn turistlər üçün yeni vergi tətbiq etmək niyyətindədir.Milli.az xəbər verir ki, bu təşəbbüs İtaliya büdcəsinin 2019-cu il üzrə layihəsində nəzərdə tutulub.Mövsümdən asılı olaraq, tariflər 2,5 - 5 avro civarında dəyişəcək.xeber100.com

Dekabr 31, 2018 3:04

Konqonun səhiyyə nazirliyinin məlumatı əsasında…

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 593 nəfər çatıb.Trend-in məlumatına görə, bu barədə Konqonun səhiyyə nazirliyindən bildiriblər.Nazirliyin məlumatında deyilir: "Virus yayılandan 593 yoluxma halı qeydə alınıb (545 təsdiq edilmiş və 48 mümkün). Ümumilikdə 360 nəfər həlak olub, 203 nəfər isə müalicə edilib".xeber100.com

Dekabr 30, 2018 9:19

Banqladeşdə parlament seçkiləri keçirilir

Bu gün Banqladeşdə seçkilər keçirilir. Trend-in məlumatına görə, iki nəfər həlak olub. Onlardan biri polisin açdığı atəş nəticəsində, digəri isə ölənədək döyülüb.Seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb.Xatırladaq ki, bu gün Banqladeşdə parlament seçkiləri keçirilir.xeber100.com

Dekabr 30, 2018 9:07
    Page 96 of 299« First«...102030...9495969798...110120130...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az