30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Venesuelanın yeni prezidenti ölkənin Ali Məhkəməsində and içəcək

Yanvarın 10-da Venesuelada yeni prezidentlik müddətinə başlamalı olan Nikolas Maduromüxalifətyönlü parlament qarşısında deyil, ölkənin Ali Məhkəməsində and içəcək.RİA "Novosti"nin məlumatına görə, bunu şənbə günü Milli Təsisat Məclisinin rəhbəri Diosdado Kabelyo deyib."Onlar (parlament) konstitusiya və hakimiyyətin digər qollarına hörmətsizlik etdikdən sonra öz legitimliliklərini itiriblər", - "Nacional" portalı onun sözlərini sitat gətirib.xeber100.com

Yanvar 6, 2019 12:54

ABŞ Konqresi iki qanun layihəsini təsdiq edib

Yanvarın 3-də yeni heyətlə işə başlayan və hazırda Demokratlar Partiyasının nəzarətində olan ABŞ Konqresinin Nümayəndələr Palatası fevralın 8-nə qədər Daxili Təhlükəsizlik Nazirliyinin, sentyabrın 30-dək isə digər qurumların maliyyələşməsi üzrə iki qanun layihəsini təsdiq edib.TASS informasiya agentliyi xəbər verir ki, Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsi Amerika-Meksika sərhədində səddin maliyyələşməsini nəzərdə tutmur.Bir qədər öncə ABŞ Prezidenti Donald Tramp səddin tikintisinin nəzərdə tutulmadığı istənilən sənədə veto qoyacağını bildirmişdi. Bundan əlavə, yeni çağırışda da respublikaçıların nəzarətində qalan ABŞ Konqresi Senatının rəhbərliyi belə qanun layihəsini hətta səsverməyə çıxarmayacağını elan etmişdi. Buna görə də hər iki qanun layihəsinin yanvarın 4-də Senatdan keçməyəcəyi gözlənilir.Xatırladaq ki, maliyyə vəsaiti ayrılmadığı üçün dekabrın 22-də ABŞ-da federal hökumətin işi qismən dayanıb. Buna Tramp və respublikaçıların Meksika ilə sərhəddə səddin tikintisi üçün 5 milyard dollar vəsaitin büdcəyə daxil edilməsi cəhdləri səbəb olub. Demokratlar isə öz növbəsində federal xəzinədən səddin tikintisinə vəsait ayrılmasına yol verməyəcəklərini bildiriblər.xeber100.com

Yanvar 4, 2019 12:20

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının iclası keçirilib

Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) yeni tərkibdə ilk iclası keçirilib. Bu münasibətlə yanvarın 2-də BMT TŞ-nın yeni seçilmiş 5 qeyri-daimi üzvü olan ölkənin – Belçika, Dominikan Respublikası, Almaniya, İndoneziya və Cənubi Afrikanın dövlət bayraqlarının qaldırılması mərasimi keçirilib.Azərtac təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, yeni üzvlərin səlahiyyət müddəti iki ildir. Tarixində ilk dəfə BMT TŞ üzvü olan Dominikan Respublikası isə qurumda sədrliyinə başlayıb. Bundan əvvəlki qeyri-daimi üzvlərin – Boliviya, Efiopiya, İtaliya, Qazaxıstan və İsveçin isə səlahiyyət müddəti başa çatıb. Yeri gəlmişkən, yeni qeyri-daimi üzv dövlətlərin bayraqlarının qaldırılması məhz Qazaxıstanın təşəbbüsüdür.BMT TŞ on beş üzvdən ibarətdir: Böyük Britaniya, Çin Xalq Respublikası, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və Fransa daimi üzvlərdir. Qalan on ölkə isə qeyri-daimi üzv statusunda Baş Assambleya tərəfindən hər beşi ildə bir dəfə seçilməklə fəaliyyət göstərir. 2020-ci ildə Ekvatorial Qvineya, Polşa, Peru, Küveyt və Kot-Divuar BMT TŞ-nın yeni qeyri-daimi üzvü olacaqlar.xeber100.com

Yanvar 3, 2019 12:41

Moskvanın bəzi hava limanlarında uçuşlar ləğv olunub

Moskvanın Vnukovo, Domodedovo və Şeremetyevo hava limanlarında 20-dən çox reys gecikib, 9 uçuş ləğv olunub.Trend-in məlumatına görə, əlverişsiz hava şəraiti səbəbindən Vnukovoda 2, Domodedovoda 10 reys gecikib, 9-u ləğv olunub, Şeremetyevoda isə 9 reys gecikmə ilə həyata keçiriləcək.Jukovski aeroportunda isə bütün reyslər cədvəl üzrə icra olunur.Sinoptiklər 2019-cu ilin ilk həftəsi ərzində Moskvada qarlı hava şəraitinin davam edəcəyini bildirir.xeber100.com

Yanvar 2, 2019 12:31

NASA yerə “Ultima Thule” asteroidinin görüntülərini göndərib

NASA-nın "Nyu Horizon" zondu Yerə ilk dəfə olaraq "Ultima Thule" asteroidinin görüntülərini göndərib.Milli.az bildirir ki, asteroid Yerdən 6.4 milyard kilometr uzaqlıqda yerləşir və oradan radiosiqnal 6 saat 8 dəqiqəyə gəlir.Qeyd edək ki, bu asteroid "Nyu Horizon"un hədəfində olmayıb. Kosmik zond 2015-ci ildə Plutona çataraq, bu balaca planet və onun peykləri ilə bağlı çoxlu kəşflər etmişdi. Məhz bundan sonra alimlər onu Koyper Qurşağına tərəf göndərmişdilər.xeber100.com

Yanvar 1, 2019 10:09

İtaliya büdcəsinin 2019-cu il üzrə layihəsində

Venesiya hakimiyyəti regiona gələn turistlər üçün yeni vergi tətbiq etmək niyyətindədir.Milli.az xəbər verir ki, bu təşəbbüs İtaliya büdcəsinin 2019-cu il üzrə layihəsində nəzərdə tutulub.Mövsümdən asılı olaraq, tariflər 2,5 - 5 avro civarında dəyişəcək.xeber100.com

Dekabr 31, 2018 3:04

Konqonun səhiyyə nazirliyinin məlumatı əsasında…

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 593 nəfər çatıb.Trend-in məlumatına görə, bu barədə Konqonun səhiyyə nazirliyindən bildiriblər.Nazirliyin məlumatında deyilir: "Virus yayılandan 593 yoluxma halı qeydə alınıb (545 təsdiq edilmiş və 48 mümkün). Ümumilikdə 360 nəfər həlak olub, 203 nəfər isə müalicə edilib".xeber100.com

Dekabr 30, 2018 9:19

Banqladeşdə parlament seçkiləri keçirilir

Bu gün Banqladeşdə seçkilər keçirilir. Trend-in məlumatına görə, iki nəfər həlak olub. Onlardan biri polisin açdığı atəş nəticəsində, digəri isə ölənədək döyülüb.Seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb.Xatırladaq ki, bu gün Banqladeşdə parlament seçkiləri keçirilir.xeber100.com

Dekabr 30, 2018 9:07

Amerika Neft İnstitutunun məlumatına əsasən…

Ötən həftə ABŞ-ın xam neft ehtiyatları çoxalıb.Azərtac xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 6,9 milyon barrel artaraq 448,2 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların artacağı istiqamətində idi.Əvvəlki həftə isə ABŞ-ın neft ehtiyatları azalmışdı.Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.xeber100.com

Dekabr 28, 2018 12:10

Yeni Qvineya adasında 5,8 bal gücündə zəlzələ olub

Dekabrın 28-də Yeni Qvineya adasının İndoneziya hissəsində 5,8 bal gücündə zəlzələ olub.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 03:03-də qeydə alınıb. Zəlzələnin episentri İndoneziyanın Qərbi Papua Manokvari əyalətinin administrativ mərkəzindən 70 kilometr cənubda, ocağı isə yer səthindən 55,6 kilometr dərinlikdə yerləşib.Hələlik mümkün dağıntılar və ya xəsarət alanlar barədə məlumat verilmir.Xatırladaq ki, dekabrın 22-də axşam saatlarında İndoneziya sahilləri qəfil sunaminin təsirinə məruz qalıb. Son məlumata əsasən, təbii fəlakət nəticəsində həlak olanların sayı 429 nəfərə çatıb, 150-dən çox insan itkin düşüb, təxminən 1400 nəfər isə xəsarət alıb. Həmçinin 16 min yerli sakin təhlükəli ərazilərdən təxliyə edilib.Mütəxəssislərin fikrincə, sunamiyə vulkanik aktivlik nəticəsində yaranmış sualtı sürüşmələr səbəb olub.xeber100.com

Dekabr 28, 2018 12:07
    Page 98 of 301« First«...102030...96979899100...110120130...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az